RUMINİYA
RKSP BKAM-LA ƏMƏKDAŞLIQ DAVAM EDIR
13 sentyabr 2006-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (BKAM) ilə Rumıniya Kommersiya və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (RKSP BKAM) arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. RKSP BKAM prezidenti Prof. Adrian Severin BKAM-ın fəaliyyətinin 5 illiyi və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkil olunması ilə bağlı məktubunda Mərkəzin kollektivini təbrik edərək, fəaliyyətlərində müvəffəqiyyətlər arzulamış və əlavə etmişdir: “mahiyyəti etibarilə mürəkkəb olan beynəlxalq kommersiya arbitrajı və mübahisə həlli sahəsinin müxtəlif aspektlərində fikir mübadiləsi istiqamətində uzun müddətli və məhsuldar əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik.”
Qeyd edək ki, RKSP BKAM 1953-cü ildə xarici ticarət mübahisələrinin həlli məqsədilə yaradılmışdır. 3 dekabr 2007-ci il tarixli 335 saylı Qanuna əsasən, RKSP BKAM yenidən təşkil edilərək səlahiyyətləri genişləndirilmişdir, beynəlxalq və yerli mübahisələrin arbitraj qaydasında həll edilməsi səlahiyyətinə malik olmuşdur.
RKSP BKAM-ın Təşkili və Fəaliyyəti haqqında Əsasnaməyə görə, BKAM arbitraj prosesləri üzrə məsləhətləşmələr, arbitraj sahəsində təlimlər və tədqiqatlar, RKSP sistemi çərçivəsində arbitraj komissiyaları ilə əməkdaşlıq kimi xidmətləri həyata keçirir.
Arbitraj - beynəlxalq və yerli kommersiya mübahisələrinin həlli üçün nəzərdə tutulan və onun yurisdiksiyası tərəflər arasındakı işgüzar müqavilələrdə və ya onlara əlavələrdə əksini tapan razılaşmaya əsaslanır
Proseslər üzrə məsləhətləşmələr-Arbitraj Məhkəməsinin binasında telefon və ya poçt vasitəsilə məhkəmənin mütəxəssisləri tərəfindən təşkil olunur.
Beynəlxalq əməkdaşlıq-digər ölkələrin anoloji institut və təşkilatları ilə əməkdaşlığın yaradılması və inkişafı məqsədilə təşkil olunur. Beynəlxalq konfranslarda iştirak və onların təşkili, görüşlər, forum və seminarlar da bura daxildir.
Təlim və tədqiqatlar–mübahisələrə tətbiq olunan beynəlxalq arbitraj hüquq və qanunvericiliyinin araşdırılmasına xidmət edir.