About AAMM
Xanımlar və cənablar!
“Beynəlxalq Arbitraj haqqında”Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi Azərbaycan Respublikasının Qanununa və digər normativ aktlara uyğun olaraq təsis edilmiş (BKAM) ölkəmizdə ilk münsif məhkəməsi olmaqla, arbitraj ideyasının yayılmasına nail olmuşdur. BKAM-ın fəaliyyəti Azərbaycanda mübahisələrin məhkəmədənkənar alternativ həlli üsullarının təbliği və tətbiqində ilk addım olmaqla, ölkədaxili hüquqi bazanın mövcudluğu və respublikamızın beynəlxalq aktlara qoşulması ilə şərtlənir.
Respublikamızda sivil, demokratik hüquqi dövlət quruculuğu istiqamətində, o cümlədən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi sahəsində aparılan islahatlar ölkəmizin dünya iqtisadi məkanına və beynəlxalq hüquqa inteqrasiyasına münbit zəmin yaratmışdır.
9 noyabr 1999-cu ildə Azərbaycan Respublikası “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasını ratifikasiya edərək qoşulmuşdur. Bu, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarında mühüm hadisə olmaqla yanaşı, BKAM-ın qəbul edəcəyi qərarların dünyanın 140-a qədər ölkəsində tanınması və icrası prosedurunu sadələşdirmişdir. Bütün bunlar Azərbaycan iqtisadiyyatına sərmayə qoymuş xarici investorların iqtisadi və mülki hüquqlarının səmərəli müdafiəsi istiqamətində dövlətimizin əlverişli hüquqi mexanizmlər yaratmasının göstəricisidir. Bu gün inamla demək olar ki, Azərbaycanda formalaşmış hüquqi baza mübahisələrin alternativ həlli üsulu kimi müstəqil arbitraj institutunun fəaliyyətinə tam zəmin yaratmışdır. Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən xarici və yerli sahibkarların mübahisələrin münsif üsulu ilə həlli vasitəsi olan BKAM-a inamı getdikcə artır.
Belə əlverişli şəraitdə 5 il əvvəl yaradılmış BKAM öz fəaliyyətini genişləndirmiş, xüsusən, beynəlxalq əlaqələr sahəsində müsbət nəticələr əldə etmişdir. Almaniya, Rumıniya, Misir, Malayziya, Avstraliya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Ukrayna və s. daxil olmaqla, ümumilikdə 10-dan çox ölkənin arbitraj və mediasiya sahəsində zəngin təcrübəsi olan qurumları ilə qarşılıqlı əməkdaşlıq sazişləri bağlanmış, müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir. Ölkəmizdə beynəlxalq arbitraj, ümumiyyətlə, mübahisələrin məhkəmədənkənar həlli üsullarının təbliği məqsədilə Azərbaycan, ingilis və rus dillərində 6 adda ədəbiyyat buraxılmış, “ARBİTRAJ” qəzeti nəşr edilmişdir.
Rəsmi dövlət qeydiyyatına alınmış Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin təsisçiliyi ilə 2008-ci ildə yenidən təşkil edilən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) 2002-ci ildən fəaliyyət göstərən “İnternational Commercial Arbitration” Cəmiyyətinin hüquqi varisi olmaqla, bu qurumun bazasında formalaşmışdır. Hazırda AAMM-ın nəzdində Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi; Azərbaycan Münsiflər Məhkəməsi; Bakı Mediasiya və Barışıq Xidməti fəaliyyət göstərir.
Son illərdə mübahisələrin vasitəçilik (mediasiya) yolu ilə həlli üsulları beynəlxalq aləmdə geniş təbliğ və tətbiq edilir. Arbitraj institutu ilə yanaşı, mübahisələrin mediasiya (vasitəçilik) yolu ilə həllini institusional qaydada həyata keçirən qurumların fəaliyyəti də beynəlxalq təcrübədə müsbət nəticələr göstərir.
Məhz bu kimi amilləri nəzərə alan AAMM əvvəlki illərdə qazanılmış təcrübəni davam etdirərək, BKAM-ın fəaliyyətinin inkişaf etdirilməsi ilə yanaşı, mübahisələrin məhkəmədənkənar həlli üsullarının (mediasiya, dostcasına danışıqlar və vasitəçilik) təbliği və tətbiqini həyata keçirməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə AAMM mübahisələrin məhkəmədənkənar həlli üsullarının üstünlükləri barədə maarifləndirmə işi aparır, iqtisadi mübahisələrin arbitraj və mediasiya yolu ilə həlli mexanizmini tətbiq edir, peşəkar arbitr və mediatorların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər görür.
AAMM-ın tədbirlərindən biri də xarici arbitraj və mediasiya institutları ilə mütəxəssis mübadiləsini həyata keçirməkdir. Bir sıra beynəlxalq arbitraj institutlarının üzvləri BKAM arbitrləri sırasında, eyni zamanda, AAMM-ın əməkdaşları da bir sıra beynəlxalq qurumlarda təmsil olunurlar. Bu, əlbəttə ki, milli mütəxəssislərimizin peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından təqdirəlayiq haldır.
Sizə təqdim olunan web saytımızda fəaliyyətimizdəki son yeniliklərlə bərabər, BKAM-ın 5 illik fəaliyyətində, xüsusən, beynəlxalq əlaqələr sahəsində görülmüş işlər, qazanılmış uğurlar da öz əksini tapmışdır. Əlbəttə ki, bunlar hələ uzun, çətin yolun başlanğıcıdır. Biz bu istək, bu arzu ilə yola çıxmışıq: məqsədimiz Azərbaycan dövləti tərəfindən yaradılmış əlverişli iqtisadi və hüquqi bazadan yararlanaraq, respublikamızda və onun hüdudlarından kənarda fəaliyyət göstərən sahibkarların pozulmuş hüquqlarının bərpasına, yaranmış mübahisələrin məhkəmədənkənar, dostcasına danışıqlar və arbitraj yolu ilə həllinə nail olmaqdır.
Sizi əmin etmək istərdik ki, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi arbitraj və mediasiya institutunun Azərbaycanda inkişafı üçün zəruri olan tədbirləri görmək iqtidarındadır.
Ötən dövr ərzində bizə dəstək olan, bundan sonrakı fəaliyyətimizə maraq göstərən, əməkdaşlıq edən hər kəsə, hüquqi və fiziki şəxslərə dərin minnətdarlığımızı bildirir, İnternet səhifəmizə “Xoş gəlmisiniz!”- deyirəm.
Our Arbitrators
Our Arbitrators
If you are going to use a passage of Lorem Ipsum, you need to be sure there isn't anything embarrassing hidden in the middle of text. All the Lorem Ipsum generators on the Internet tend to repeat predefined chunks as necessary, making this the first tr...
Andrew Phillips
BUSINESS LAWYER
If you are going to use a passage of Lorem Ipsum, you need to be sure there isn't anything embarrassing hidden in the middle of text. All the Lorem Ipsum generators on the Internet tend to repeat predefined chunks as necessary, making this the first tr...