UKRAYNA
UKRAYNA TİCARƏT VƏ SƏNAYE PALATASININ
BEYNƏLXALQ KOMMERSİYA ARBİTRAJ MƏHKƏMƏSİ (UTSP BKAM)
BEYNƏLXALQ KOMMERSİYA ARBİTRAJ MƏHKƏMƏSİ (UTSP BKAM)

Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (UTSP BKAM) daimi fəaliyyət göstərən müstəqil arbitraj təsisatıdır (münsiflər məhkəməsidir). Fəaliyyəti 24 fevral 1994-cü il tarixli “Beynəlxalq Kommersiya Arbitrajı haqqında” Ukrayna Qanunu, Ukrayna Ticarət və Sənaye Palatası Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi haqqında Əsasnamə ilə tənzimlənir.

***

Ukrayna Ticarət və Sənaye Palatasının Rəyasət Heyətinin 25 iyun 2008-ci il tarixli qərarı ilə BKAM-ın arbitri Alidə Mahmudova Ukrayna TSP Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin arbitrləri siyahısına seçilmişdir.
18 fevral 2008-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.
***
2008-ci ildən etibarən Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə əməkdaşlıq edir və onlar arasında mütəmadi olaraq informasiya mübadiləsi aparılır. Ukraynadan BKAM-a “Практика Международного Коммерческого Арбитража” jurnalı göndərilir.18 fevral 2008-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Ukrayna Ticarət və Sənaye Palatasının Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.