HONQ KONQ
HONQ KONQ BEYNƏLXALQ ARBİTRAJ MƏRKƏZİ İLƏ
İNFORMASİYA MÜBADİLƏSİ APARILIR
İNFORMASİYA MÜBADİLƏSİ APARILIR


Honq Konq Beynəlxalq Arbitraj Mərkəzi mübahisələrin arbitraj və digər alternativ üsullarla həllini təşkil etmək məqsədilə 1985-ci ildə təsis olunmuşdur. Bu Mərkəz bir qrup aparıcı iş adamı və peşəkarlar tərəfindən yaradılmışdır. Mərkəzin qərargahı Asiya regionunda böyük nüfuza sahib olan Honq Konq şəhəri seçilmişdir. Mərkəz biznes birlikləri və Honq Konq Höküməti tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, onların təsirindən tamamilə azad, müstəqil fəaliyyət göstərən və öz maliyyə büdcəsinə sahib olan arbitraj qurumudur.

Mərkəzin ümumi idarəçiliyini Şura həyata keçirir. Şurada müxtəlif dövlətlərin vətəndaşları olan və geniş təcrübəyə malik peşəkar mütəxəssislər təmsil olunurlar. Mərkəzin arbitraj fəaliyyəti Şura tərəfindən Mərkəzin baş katibi vasitəsilə idarə olunur. Baş katib eyni zamanda Mərkəzin Baş İcraçısıdır və bu qurumun qeydiyyat işlərini aparır. Honq Konq Beynəlxalq Arbitraj Mərkəzinin baş katibi Kristofer To BKAM-ın fəaliyyətinin 5 illiyi və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) yenidən təşkili ilə əlaqədar öz səmimi təbriklərini çatdıraraq yazmışdır: “Artıq beş ildir ki, BKAM Azərbaycanda müstəqil arbitraj institutunun fəaliyyəti və beynəlxalq arbitrajın inkişafı üçün öz səylərini səfərbər etmişdir. BKAM-ın təşəbbüsləri regionda kommersiya mübahisələrinin arbitraj vasitəsilə həllinin təbliğini genişləndirmişdir.
Ümid edirik ki, uğurlu başlanğıcı olan AAMM Azərbaycanda mübahisələrin alternativ həlli üsullarının inkişafı üçün strategiyanın qurulmasında, beynəlxalq arbitraj konfranslarının təşkilində, həmçinin beynəlxalq əlaqələrin genişlənməsində mühüm rol oynayacaqdır.BKAM və AAMM-a üzümüzə gələn illərdə uğurlar arzulayırıq. Bu qurumların Azərbaycan məhkəmələri ilə birgə fəaliyyəti regionda mübahisələrin alternativ həlli üsullarının inkişafına dəstək olacaqdır.”