MALAYZİYA
KUALA LUMPUR REGİONAL ARBİTRAJ MƏRKƏZİ (KLRCA) HAQQINDA

Hökümətlərarası beynəlxalq qurum olan Asiya-Afrika Hüquqi Məsləhət Təşkilatının himayəsi altında Mərkəz Asiya-Sakit Okean regionunda kommersiya və investisiya mübahisələrinin həlli üçün neytral institut kimi fəaliyyət göstərir. Kuala Lumpur Regional Arbitraj Mərkəzinin əsas funksiyaları aşağıdakılardır:
-Asiya-Sakit Okean regionunda beynəlxalq kommersiya arbitrajının inkişaf etdirilməsi;-Mərkəzin Qaydalarına (UNCITRAL Qaydaları) uyğun olaraq beynəlxalq və yerli arbitrajların idarə edilməsi;
-Qərarların icrası ilə bağlı yardım edilməsi;
-Mərkəzin Konsiliasiya Qaydalarına müvafiq olaraq mübahisələrin həlli üçün mediasiya, konsiliasiya kimi digər vasitələrin istifadəsini genişləndirmək;
-MYNİC Strategiya və Qaydaları, Mərkəzin Əlavə Qaydalarına əsasən beynəlxalq və yerli mübahisə həlli prosesinin idarə edilməsi;
-Mərkəzin Konsiliasiya Qaydalarına müvafiq olaraq mübahisələrin həlli üçün mediasiya, konsiliasiya kimi digər vasitələrin istifadəsini genişləndirmək;
-MYNİC Strategiya və Qaydaları, Mərkəzin Əlavə Qaydalarına əsasən beynəlxalq və yerli mübahisə həlli prosesinin idarə edilməsi;
-Mərkəzə müraciət edən hər bir şəxsə məsləhətlər vermək və yardım göstərmək. Mübahisə tərəflərinin öz mübahisələrini beynəlxalq və ya yerli xarakter daşımasından asılı olmayaraq Mərkəzin Qaydalarına müvafiq həll etmək hüququ var. Malayziyada arbitraj prosesi 1952-ci il tarixli Arbitraj Aktı (Akt 93) və 1980-ci il tarixli Ali Məhkəmənin Qaydaları əsasında, 69 saylı Sərəncama müvafiq olaraq nizamlanır.
-ci il tarixli Arbitraj Aktı UNCİTRAL Nümunəvi Qanununa deyil, İngiltərənin
1950-ci il Arbitraj Aktına əsaslanmışdır.Hazırda Malayziya hüququnda iki müxtəlif rejimlər vardır: 1952-ci il Arbitraj Aktının 34-cü bölməsinin tənzimlədiyi məhkəmə yurisdiksiyasından kənar arbitrajlar və 34-cü bölmə istisna olmaqla, Aktın qalan hissəsinin tətbiq edildiyi arbitrajlar. 1952-ci il Arbitraj Aktının 34-cü bölməsi əsasında fəaliyyət göstərən arbitrajlar
![]() Alidə Mahmudova (AAMM-ın baş katibi), Dato’ Noorashikin Tan Sri Abdul Rahim (KLRCA direktoru) |
-1965-ci il tarixli Dövlətlər və xarici dövlətlərin şəxsləri arasında İnvestisiya Mübahisələrinin Həlli üzrə Konvensiya (“Vaşinqton Konvensiyası”) ilə idarə olunan arbitrajlar;
-1976- cı i l tarixli UNCITRAL-ın Nümunəvi Arbitraj Qaydaları əsasında;
-Kuala Lumpur Regional Arbitraj Mərkəzinin Qaydaları əsasında fəaliyyət göstərən arbitrajlar.
Malayziya 1965-ci il tarixli Vaşinqton Konvensiyasına uyğun olan İnvestisiya Mübahisələrinin Həlli üzrə 1966-cı il tarixli Konvensiya Aktını qəbul etmişdir. Kuala Lumpur Regional Arbitraj Mərkəzi 1976-cı il tarixli UNCITRAL-ın Arbitraj Qaydalarını öz institusional çərçivəsinə müvafiq olan düzəlişlərlə qəbul etmişdir. Hazırda Malayziyada nüfuzlu arbitraj mərkəzlərindən sayılır. Malayziya höküməti ciddi şəkildə beynəlxalq arbitrajı dəstəkləyir və Kuala Lumpur Regional Arbitraj Mərkəzinin infrastrukturunun maliyyələşdirilməsinə və beynəlxalq arbitrajların inkişafına dəstək verir.
Arbitraj qərarlarının icrası 1952-ci il Arbitraj Aktının 34(2) və 34(3) bölməsi ilə təmin olunur. 1965-ci il Vaşinqton Konvensiyasına əsasən aparılan arbitraj proseslərinin
nəticəsi kimi əldə edilən arbitraj
![]() Alidə Mahmudova (AAMM-in baş katibi)
|
qərarı həmin Konvensiyanın müddəalarına müvafiq, Kuala Lumpur Regional Arbitraj Mərkəzi Qaydaları əsasında çıxarılmış arbitraj qərarları isə Xarici Arbitraj Qərarlarının Tanınması və İcrası Haqqında 1958-ci il Nyu-York Konvensiyasına müvafiq icra edilir.