MİSİR ƏRƏB RESPUBLİKASI
QAHİRƏ REGİONAL BEYNƏLXALQ KOMMERSİYA
ARBİTRAJ MƏRKƏZİ İLƏ ƏLAQƏLƏR İNKİŞAF EDİR
ARBİTRAJ MƏRKƏZİ İLƏ ƏLAQƏLƏR İNKİŞAF EDİR
12 sentyabr 2006-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Xatırladaq ki, CRCİCA 1979-cu ildən fəaliyyət göstərir, baş qərargahı Misirdə yerləşir, müstəqil, qeyri-kommersiya əsasları ilə fəaliyyət göstərir. Qurum Misirdəki müstəqil beynəlxalq təşkilatların malik olduğu bütün imtiyaz və güzəştlərdən faydalanmaq hüququna malikdir. Mərkəzin əsas prinsipi Asiya və Afrika ölkələrində iqtisadi inkişaf planlarını sürətləndirmək və yardım etmək məqsədinə yönəlmişdir. CRCİCA-nın tərkibinə daxil olan: Beynəlxalq Dəniz Arbitrajı üzrə İsgəndəriyyə Mərkəzi (ACİMA), Beynəlxalq Arbitraj üzrə İsgəndəriyyə Mərkəzi (ACİA), Mediasiya və ADR Mərkəzi, Kommersiya və Dəniz Arbitrajı üzrə Port Səid Mərkəzi arbitrajla yanaşı, həmçinin konsiliasiya, mediasiya və texniki ekspertiza kimi Alternativ Mübahisə Həlli Üsullarını (ADR) da həyata keçirir.
Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzinin (CRCİCA) direktoru; Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasının (IFCAI) vitse-prezidenti Dr. M.I.M. Aboul-Enein Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini (BKAM) 5 yaşı münasibətiə təbrik edərək, BKAM-ın fəaliyyəti dövründə beynəlxalq arbitraj və mübahisələrin alternativ həlli üsullarının səmərəli istifadəsi üçün etibarlı infrastruktur yaratmağa nail oduğunu, uğurlu beynəlxalq münasibətlər qurduğunu və BKAM -ın tezliklə Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasının üzvlüyünə qəbul olunacağına ümid etdiyini bildirmişdir