
5 iyun 2007-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Avstraliya Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi (ACİCA) arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. ACİCA 1985-ci ildə təsis olunmuş, qeyri-kommersiya əsasları ilə fəaliyyət göstərən ictimai qurumdur, əsas məqsədi beynəlxalq arbitrajı dəstəkləmək, həmçinin Avstraliyada beynəlxalq kommersiya arbitraj proseslərinin keçirilməsi mərkəzi kimi fəaliyyət göstərməkdir. ACİCA-nın beynəlxalq arbitrlər siyahısı vardır. Burada beynəlxalq arbitrajla bağlı məlumatlandırma və maarifləndirmə işləri də aparılır. Ümumiyyətlə, Avstraliyada beynəlxalq arbitraja dair müddəalar federal qanunvericilik və 1974-cü ildə qəbul edilmiş Beynəlxalq Arbitraj Aktı ilə tənzimlənir.