İTALYA
MILAN MILLI VƏ BEYNƏLXALQ ARBITRAJ PALATASI
Milan Milli və Beynəlxalq Arbitraj Palatası (Milan Ticarət Palatası tərəfindən yaradılmışdır) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə mübahisələrin alternativ həlli xidmətlərini təqdim edir. Proseslər çeviklik, etibarlılıq və neytrallıq prinsiplərinə cavab verən peşəkar heyət tərəfindən idarə olunur.
Milan Milli və Beynəlxalq Arbitraj Palatasının rəsmi dilləri italyan, ingilis və fransız dilləri hesab olunur.
ARBİTRAJ SAHƏSİNDƏ AZƏRBAYCAN-İTALİYA ƏMƏKDAŞLIĞI


Qeyd etmək lazımdır ki, İtaliyada arbitraj sahəsinə aid olan hüquq normaları, 1940-cı ildən etibarən quvvədə olan Mülki Prosessual Məcəllənin “Arbitraj” adlı IV Bölmə - VIII Fəsli ilə tənzimlənir. Arbitraj institutları arbitraj prosesi zamanı dövlət məhkəmələrilə də sıx əməkdaşlıq edirlər və arbitraj qərarlarının dövlət məhkəmələri tərəfindən tanınması və məcburi icrası mexanizmi də mövcuddur.
İtaliyanın milli qanunvericiliyinə uyğun olaraq, arbitraj qaydasında həm fiziki, həm də hüquqi şəxslər arasında olan milli və beynəlxalq səviyyəli kommersiya mübahisələrinə baxıla bilər. Bundan əlavə, mübahisələrin həllində mediasiya (vasitəçilik) üsulundan da geniş istifadə olunur. Belə ki, statistik göstəricilərə görə Milan Milli və Beynəlxalq Arbitraj Palatasında 2006-cı il ərzində arbitraj qaydasında 102, mediasiya vasitəsilə 320 mübahisəyə baxılıb, onlardan 80%-i milli səviyyəli, 20%-i isə beynəlxalq səviyyəli kredit və maliyyə, sığorta, müqavilə öhdəlikləri, turizm, telekommunikasiya, tikinti sahəsində olan mübahisələrdir.

VENESİYA MİLLİ VƏ BEYNƏLXALQ ARBİTRAJ
PALATASI İLƏ ƏLAQƏ QURULMUŞDUR

