Azerbaijan Arbitration and Mediation Center - Arbitrlərimiz
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Arbitrlərimiz
BEYNƏLXALQ   ARBİTRLƏRİMİZ


Nuray Ekşi (Türkiyə)

1987-ci ildə Mərmərə Universiteti Hüquq Fakültəsini bitirmişdir. 1988-ci ildən Mərmərə Universiteti Hüquq Fakültəsi Beynəlxalq xüsusi hüquq kafedrasının mühazirəçisidir. 1995-ci ildə Mərmərə Universiteti Hüquq Fakültəsində hüquq elmləri doktoru dərəcəsini almışdır. Mərmərə Universiteti Hüquq Fakültəsi Beynəlxalq xüsusi hüquq kafedrasının müdiri, professordur. Eyni zamanda Yeditəpə Universitetinin Hüquq Fakültəsinin mühazirəçisidir.
Tədqiq etdiyi sahələr: beynəlxalq xüsusi hüquq, Avropa Birliyi hüququ, beynəlxalq ticarət hüququ, beynəlxalq ticarət arbitrajı, beynəlxalq mülki prosessual hüquqdur. İstanbul Vəkillər Kollegiyasının üzvüdür. Türkiyə-Britaniya Təqaüd Klubunun və Almanya-Türkiyə Hüquqşünaslar Birliyinin üzvüdür. Qalatasaray Universiteti, Yeditəpə Universiteti və Ankara Universitetinin Hüquq jurnalı və Ankara Universiteti Beynəlxalq və Beynəlxalq Xüsusi Hüquq jurnalının redaksiya heyətinin üzvüdür.

Ziya Akıncı (Türkiyə)


1986-cı ildən praktik hüquqşünas və mühazirəçi kimi fəaliyyət göstərir. 1987-ci ildə Ankara Universiteti xüsusi hüquq üzrə magistratura pilləsini, 1991-ci ildə isə Exeter Universitetinin hüquq üzrə magistratura pilləsini bitirmişdir. 1992-ci ildə İstanbul Universiteti Hüquq Fakültəsində hüquq elmləri doktoru dərəcəsini almışdır. Beynəlxalq inşaat hüququ, beynəlxalq ticarət arbitrajı, ticarət hüququ və ticarət əqdləri sahəsində bir sıra kitab və məqalələrin müəllifidir.
Dünyanın müxtəlif arbitraj mərkəzlərində, xüsusilə Parisdə yerləşən Beynəlxalq Ticarət Palatasının işlərində kollegial şəkildə arbitr, təkbaşına arbitr, müşavir və ekspert qismində çıxış etmişdir. Onun tərəfindən baxılan işlər, əsasən dövlət şirkətlərinin tərəf olduğu mübahisələr, telekommunikasiya, inşaat, neft və qaz şirkətləri, mal və cihazların distribütorluğu, peyklərin qurulması və avtomagistralların çəkilməsi, sərmayə şirkətləri, otel şirkətlərinin inşası ilə əlaqədar olmuşdur.
Akıncı Hüquq Firmasının Baş Partnyorudur.

Yavuz Kaplan (Türkiyə)


1990-cı ildə Mərmərə Universiteti Hüquq Fakültəsini, 1994-cü ildə Səlcuq Universiteti Hüquq Fakültəsinin magistratura pilləsini bitirmişdir. Erciyes Universiteti Hüquq Fakültəsi Beynəlxalq xüsusi hüquq kafedrasının müdiridir. Dosent, hüquq elmləri doktorudur. 2001-ci ildə Ankara Universiteti Hüquq Fakültəsində hüquq elmləri doktoru dərəcəsini almışdır.
Əsasən beynəlxalq ticarət hüququ, müəlliflik hüququ, beynəlxalq kontraktlar sahəsində tədqiqatlar aparmışdır. 2003-cü ildən Erzincan Ticarət və Sənaye Palatasının Arbitraj Mərkəzinin arbitridir.



Səlcuq Baran (Türkiyə)


1975-ci ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirmişdir. İnzibati hüquq, mülki prosessual hüquq və kontraktlar sahəsində ixtisaslaşmış praktik hüquqşünasdır. Türkiyənin İstanbul şəhərində yerləşən Baran hüquq məsləhətxanasının vəkilidir.




Bilgin Tiryakioğlu (Türkiyə)

1986-cı ildə Ankara Universiteti Hüquq Fakültəsini bitirmişdir. 1992- ci ildə Ankara Universitetində beynəlxalq xüsusi hüquq üzrə hüquq elmləri doktoru dərəcəsi almışdır. Ankara Universiteti hüquq fakültəsi beynəlxalq xüsusi hüquq kafedrasının müdiridir.
Tədqiqat sahəsi: beynəlxalq xüsusi hüquq, rəqabət hüququ, beynəlxalq ticarət kontraktları, xarici investisiyalar, arbitraj və mübahisələrin alternativ qaydada həlli yolları.




Fügen SARGIN (Türkiyə)

1986-cı ildə Ankara Universiteti Hüquq Fakültəsini bitirmişdir. 1992-ci ildə Ankara Universitetində beynəlxalq xüsusi hüquq üzrə hüquq elmləri doktoru dərəcəsi almışdır. Ankara Universiteti Hüquq Fakültəsi beynəlxalq xüsusi hüquq kafedrasının professoru, hüquq elmləri doktorudur.
Tədqiqat sahəsi: müəlliflik hüququ, ticarət nişanı və patentlə bağlı məsələlər, arbitraj və beynəlxalq mülki prosessual hüquq.




To­mas Her­man (Al­ma­ni­ya)

1971-ci ildə Mü­nix Uni­ver­si­te­tin­i, 1974-cü ildə isə Go­tin­gen Uni­ver­si­te­tin­in hüquq fa­kül­tə­si­ni bi­tir­miş­dir. 1974-cü il­də hüquq sa­hə­si üz­rə 1-ci də­rə­cə­yə, 1979-cu il­də hü­quq sa­hə­si üz­rə 2-ci də­rə­cə­yə la­yiq görül­müş­dür. 1982-1988-ci il­lər­də Ha­no­ver ra­yon məh­kə­mə­si­nin ha­ki­mi və­zi­fə­sin­də iş­lə­miş­dir. Mühazirəçi ki­mi 1988-1990-cı il­lərdə İda­rə­çi­lik Kol­le­cin­də, 1984-cü il­də Ha­no­ver Uni­ve­si­te­tin­də fəaliyyət göstərmişdir. 1989-cu il­də Apel­ya­si­ya Məh­kə­mə­sin­də mül­ki iş­lər üz­rə ha­kim, 1990-2002-ci il­lərdə Al­ma­ni­ya Əd­liy­yə Na­zir­li­yi­nin şöbə müdi­ri və­zi­fə­sin­də iş­lə­miş­dir. 2002-ci il­dən Al­ma­ni­ya Tex­ni­ki Əmək­daş­lıq Cə­miy­yə­ti­nin “Azər­bay­can­da Məh­kə­mə və Hü­quq İs­la­hat­la­rı­na Dəs­tək” proq­ra­mı­nın rəh­bə­ri­dir.


Ve­ra­rag­xa­van İn­ba­vi­ja­yan (Hin­dis­tan)

Hin­dis­ta­nın Am­bed­kar Hö­ku­mə­ti Hü­quq Kol­le­cinin mə­zun­udur. 1997-ci il­də hü­quq təh­si­li­ni bi­tir­dik­dən son­ra Hin­dis­ta­nın Mad­ras əya­lət məh­kə­mə­sin­də prak­tik hüquq­şünas ola­raq fə­al­li­yə­tə baş­la­mış­dır. 2006-cı il­də Bir­lə­şmiş Kral­lı­ğın Lon­don şə­hə­rin­də yer­lə­şən dün­ya­da ta­nın­mış olan “Ar­bitr­lər İns­ti­tu­tu”nun üzv­lüyünə qə­bul olun­muş­dur. 750-dən ar­tıq da­xi­li hüquq müba­hi­sə­lə­rin­də və Cə­nu­bi Asi­ya­da yer alan 3 bey­nəl­xalq hü­quq mü­ba­hi­sə­lə­rin­də tək ar­bitr ola­raq çı­xış et­miş­dir. Ey­ni za­man­da 50-dən ar­tıq ad hoc və ins­ti­tu­sio­nal ar­bit­raj pro­ses­lə­rin­də ar­bitr qis­min­də çı­xış et­miş­dir. Təd­qiq et­di­yi sa­hə­lər: bey­nəl­xalq ti­ca­rət ar­bit­ra­jı, də­niz ar­bit­ra­jı, bey­nəl­xalq ti­ca­rət və müqa­vi­lə­lər, əq­li mül­kiy­yət hüqu­qu, in­şa­at hüquq müba­hi­sə­lə­ri, ma­liy­yə müba­hi­sə­lə­ri, qiy­mət­li ka­ğız­lar­la bağ­lı müba­hi­sə­lər, bank hüqu­qu, jo­int-ven­tu­re tip­li şir­kət­lər­lə bağ­lı müba­hi­sə­lər, kre­dit­lər, al­ter­na­tiv müba­hi­sə həl­li yol­la­rı, al­qı-sat­qı və in­ves­ti­si­ya müqa­vi­lə­lə­rin­dən əmə­lə gə­lən müba­hi­sə­lər. Dün­ya­nın bir çox re­gio­nal və mil­li ar­bit­raj mər­kəz­lə­ri tə­rə­fin­dən ar­bitr qis­min­də tə­yin olu­na­raq müba­hi­sə­lə­ri həll et­miş­dir. Hin­dis­ta­nın Mad­ras əya­lə­tin­də (Çe­nay) yer­lə­şən “Mil­li və Bey­nəl­xalq Kom­mer­si­ya Ar­bit­raj” təş­ki­la­tı­nın həm­tə­sis­çi­si­dir. Ar­bit­raj­la əla­qə­dar bir sı­ra ki­tab və mə­qa­lə­lə­rin müəl­li­fi­dir və bu sa­hə­də hüquq fa­kül­tə­lə­rin­də müha­zi­rə­lər oxu­muş­, beynəlxalq konf­rans­lar­da iş­ti­rak et­miş­dir.

Liza Toohey (Avstraliya)

1999-cu ildə Kvinslend Universitetinin hüquq fakültəsini bitirmişdir.
2004-cü ildən Kvislend Universitetinin mühazirəçisi, Kvislend Ali Məhkəməsinin mediatorudur. İnkişaf etməkdə olan ölkələrin hüquq sistemlərində beynəlxalq ticarət hüququ rejiminin inkişafına əsaslanan beynəlxalq ticarət və inkişaf mövzusunda hüquq elmləri doktoru dərəcəsini almışdır. 2004-cü ildə Melbrun Universitetinin hüquq fakültəsinin magistratura pilləsini bitirmişdir. Vyetnam və Azərbaycan üzrə ABŞ və Kanada donorlarının maliyyə dəstəyi ilə hüquq sahəsində beynəlxalq inkişaf layihəsində işləmişdir.
Tədqiqat sahələri: Asiya hüququ, müqayisəli hüquq, mübahisənin həlli qaydası, beynəlxalq hüquq, beynəlxalq təşkilatlar hüququ, ticarət hüququ.
Üzv olduğu təşkilatlar: Kvislend Hüquq Cəmiyyətinin Beynəlxalq Münasibətlər Komitəsi, Qırmızı Xaç Beynəlxalq Humanitar Hüquq Komitəsi, Avstraliya Hüquq Şurası.


 

AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU