Azerbaijan Arbitration and Mediation Center - Bakı Mediasiya və Barışıq Xidməti
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Bakı Mediasiya və Barışıq Xidməti

“Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi”nin Bakı Mediasiya və Barışıq Xidməti (bundan sonra Bakı Mediasiya və Barışıq Xidməti adlandırılacaq)

Ünvan: Bakı şəhəri, Mətbuat pr.18/7. Əlaqə telefonları: (+994512)539-73-17; (+994512)539-47-22 Faks: (+994512)510-30-94

MEDİASİYA BACARIQLARINA DAİR TÖVSİYYƏLƏR

Bakı Mediasiya və Barışıq Xidməti tərəfindən tövsiyə edilən, mediasiya bacarıqlarının aşağıdakı siyahısı sertifikata malik səriştəli mediator üçün zəruridir. Hər bir mediator konkret mediasiya prosesindəki işini qiymətləndirmək üçün bu tövsiyələrdən istifadə edə bilər. Mediator aşağıdakıları bacarmalıdır:

  1. Diqqətlə dinləmək.
  2. Tərəflərə onların problemlərinin təhlilində kömək edərək onların mübahisəli məsələlərini müəyyən etmək və bir bir araşdırmaq və bu məsələlərin həll edilməsi və ya onlara dair hər hansı qərarın çıxarılması üçün həmin məsələləri nizama salmaqda onlara yardım etmək.
  3. Danışarkən və yazarkən aydın və neytral ifadələrdən istifadə etmək.
  4. Tərəflərin daxilən daşıdıqları dəyərlərə, o cümlədən, cinsi, etnik və mənəvi fərqlərə həssaslığa yanaşmaq.
  5. Mürəkkəb mübahisələri həll etmək.
  6. Vicdan və ləyaqətlə davranmaq, tərəflərə hörmətlə yanaşmaq və tərəflər üçün lazımı mühitin yaradılmasına nəzarət etmək.
  7. Mediatorun (yəni özünün) şəxsi dəyərlərini onun tərəfindən baxılan mübahisəli məsələlərdən fərqləndirmək və onları bir-biri ilə qarışdırmamaq.
  8. Tərəflərin hüquqları arasındakı tarazlığı qəbul etmək, dərk etmək və qorumaq.
  9. Mediasiya prosesinin və ictimai təşviqatın rolunu başa düşmək.
  10. Tərəflərin inamını qazanmaq və onların etimadını qoruyub saxlamaq.
  11. Mövqelərini qarşı tərəfin ehtiyac və tələbatlarını nəzərə alan istiqamətə doğru dəyişməkdə tərəflərə kömək etmək.
  12. Mediasiya vasitəsilə həll oluna bilməyən məsələləri müəyyən etmək.
  13. Yeni variantların tapılmasında tərəflərə kömək etmək.
  14. Tərəflərin qəbul edəcəkləri qərarların əsasını təşkil edəcək prinsip və meyarların müəyyən edilməsində tərəflərə kömək etmək.
  15. Mübahisənin həllini rədd edən tərəflərə öz seçimlərini başa düşməkdə kömək etmək.
  16. Tərəflərin məlumatlı şəkildə seçim etmələri üçün onlara kömək etmək.
  17. Əldə etdikləri barışıq sazişinin sonradan özünü doğrultmasını qiymətləndirməkdə tərəflərə kömək etmək.
  18. Mübahisələrin digər mümkün həlli prosesləri barədə məlumatlı olmaq və lazımı hallarda işin daha münasib proses çərçivəsində həll edilməsi üçün onu müvafiq yerə göndərmək.
  19. Əlavə informasiya ehtiyac olduğunu və əlavə resurslardan, o cümlədən hüquqi yardımdan istifadə etməyin zəruri olduğunu dərk etməkdə tərəflərə kömək etmək.
  20. Bakı Mediasiya və Barışıq Xidməti tərəfindən tövsiyə edilən və mediasiyada hamının qarşılaşdığı etika dilemmalarını qəbul etmək və başa düşmək.

Bakı Mediasiya və Barışıq Xidməti İş №________________________

Müsahibə aparan şəxs:_________________ Mediasiya tarixi:______________

Yalnız araşdırma aparılmışdı:______ Vaxt:_______________________

Haraya göndərilmişdir:_________________ Mediatorlar:_________________

Məhkəmənin icraatındadır:___hə____yox ___________________________

İş №: ____________________ Əlavə iclaslar:________________

Hansı məhkəmədədir:__________________ ___________________________

___________________________

İşin növü: Mediasiyanın başa çatdığı tarix:__

___Mediasiya keçirilmişdir

___Mübahisə həll olunmuşdur

___Qismən həll olunmuşdur

___Həll olunmamışdır

___Mediasiya iclaslarının sayı

___Xidmət edilmiş müştərilərin ümumi sayı

___Barışıq əldə olunmuşdur

___Tərəf öz tələbindən imtina etmişdir

(tələbini geri götürmüşdür)

___Mediasiyanı məqsədəuyğun saymamışdır

___Mediasiyanın yeri ilə razılaşmamışdır

___Bakı Mediasiya və Barışıq Xidməti ilə əlaqə yaratmamışdır

___Mediasiya iclasına gəlməmişdir

1-ci TƏRƏF (İddiaçı)

Ad:____________________________ Telefon: Ev__________________________

Ünvan:_________________________ İş__________________________________

_______________________________ Olduğu yer: __________________________

Cins: __Q __K Yaş:____ Vəkil:

_______________________________

2-ci TƏRƏF (Cavabdeh)

Ad:____________________________ Telefon: Ev__________________________

Ünvan:_________________________ İş__________________________________

_______________________________ Olduğu yer: __________________________

Cins: __Q __K Yaş:____ Vəkil:

_______________________________

Qeydlər/yekunlaşdırma:

“Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi”nin Bakı Mediasiya və Barışıq Xidməti (bundan sonra Bakı Mediasiya və Barışıq Xidməti adlandırılacaq)

Ünvan: Bakı şəhəri, Mətbuat pr.18/7. Əlaqə telefonları: (+994512)539-73-17; (+994512)539-47-22 Faks: (+994512)510-30-94

MEDİASİYAYA RAZILIQ

Mediasiya konfidensial, çəkişmə xarakteri daşımayan və könüllü prosesdir, həmin prosesdə üçüncü tərəf – mediator(lar) tərəflərin mübahisəni müzakirə etmələrinə şərait yaradır. Mediator tərəflərin öz aralarında razılığa gələ bilmələri üçün tərəflər arasında ünsiyyətə imkan yaradır, tərəflərin öz maraqlarına diqqət yetirmələrinə və problemi yaradıcı şəkildə həll etmələrinə kömək edir. Mediasiyanın məqsədi tərəflərin mövqelərini bir-birinin tələbatlarını başa düşməyə doğru yönəltməkdə və problemi öz istəklərin əsasən həll etməkdə tərəflərlə kömək etməkdir.

Mediasiya razılıqda aşağıdakılar qeyd edilmişdir:

  1. Mən razılıq verirəm ki, Bakı Mediasiya və Barışıq Xidmətində deyilənlərin hamısı tam konfidensialdır, yalnız mediasiya müzakirələri zamanı istifadə üçün nəzərdə tutulur və məhkəmə tərəfindən hər hansı məqsəd üçün istifadə edilə bilməz, lakin uşaqlara və ya yetkinlik yaşına çatmış əlillərə qarşı sui-istifadə hallarına aid informasiya istisna təşkil edir.
  2. Mən razılıq verirəm ki, Bakı Mediasiya və Barışıq Xidməti, onun mediatorlarını, işçilərini və könüllülərini, yaxud sənədlərini hər hansı iddia tələbinə və ya məhkəmə prosesinə heç bir şəkildə cəlb etməyəcəyəm.
  3. Mən başa düşürəm ki, Bakı Mediasiya və Barışıq Xidməti bu mediasiyaya razılığın və ya əldə edilən hər hansı həllin hüquqi qüvvəsinə dair heç bir rəy vermir.
  4. Əgər tərəflərin qanuni hüquqlarına dair sualları olarsa, Bakı Mediasiya və Barışıq Xidməti onlara vəkildən məsləhət almağa tövsiyə edir.
  5. Mən başa düşürəm ki, Bakı Mediasiya və Barışıq Xidmətinə hər hansı silahla daxil olmağa və ya fiziki münaqişə yaratmağa icazə verilmir. Mən bu siyasətə riayət etməyə razıyam. Mən həmçinin başa düşürəm ki, Bakı Mediasiya və Barışıq Xidməti onun binasında törədiləcək hər hansı cinayət barədə məlumat vermək hüququnu özündə saxlayır.

TƏMƏL QAYDALAR

  1. Eyni vaxtda yalnız bir nəfər danışır, onun sözünü kəsmək olmaz. Danışmaq növbənizi gözlədiyiniz müddətdə fikirlərinizi kağıza yazın.
  2. Sözlərinizdə və hərəkətlərinizdə digər şəxslərə hörmətlə yanaşın, onları adla çağırmayın.
  3. Zorakılığa və ya digər aqressiv hərəkətlərə yol verməyin.
  4. Mediator(lar) istənilən vaxt istənilən səbəbə görə iclası dayandırmaq hüququna malikdir.

Tarix:______________________

_____________________________

AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU