Azerbaijan Arbitration and Mediation Center - Nəşrlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Nəşrlər


“Beynəlxalq Arbitraj Prosesi”
Nəşrin PDF variantı:




































“VƏRƏSƏLİK (NORMATİV AKTLAR, QƏRARLAR VƏ ŞƏRHLƏR (1923-2000-CI İLLƏR)” KİTABI TƏKRAR NƏŞR EDİLMİŞDİR

Hüquqi İslahatlara Yardım Mərkəzi və “AZE Consaltinq Qrup”un mütəxəssisləri tərəfindən hazırlanmış kitabda 1923-cü il­dən 1965-ci ilə­dək qüv­və­də ol­muş Azərbaycan SSR Mül­ki Mə­cəl­lə­sinin və­rə­sə­li­yə aid nor­ma­la­rı­nın şər­hi, 1923-cü il­də qə­bul edil­miş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin (1923-cü il nəş­ri) il­kin re­dak­si­ya­sı­nın və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni, o cümlədən 1927 və 1956-cı il nəşrləri (MM-ə edil­miş əla­və və də­yi­şik­lik­lər (Fər­man və Qə­rar­lar)), 01.03.1965-ci il­dən qüv­və­yə min­miş Azər­bay­can SSR MM-in və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni (1965-ci il tarixli ilk rəsmi nəşri və 01.09.2000-ci ilə­dək olan dövr­ə əla­və və də­yi­şik­lik­lər) ve­ril­miş­dir.
Kitabın elmi redaktoru və rəyçisi Azər­bay­can Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi, dosent Bağır Əsədov, rəyçi Azər­bay­can Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi Vəfaddin İbayevdir. Kitabda verilmiş şərhin müəllifi “AZE Consaltinq Qrup”un direktoru  Natiq Abdullayev, ön sözün müəllifi və buraxılışa məsul HİYM-in sədri Fətəli Abdullayev, tərtibçi və redaktor Habil İsgəndərov, kompyuter tərtibatçısı Emil Camalovdur.
500 nüsxədə CBS mətbəəsində çap olunmuş ki­ta­bda toplanmış bütün nor­ma­tiv sə­nəd­lər və Ple­num Qə­rar­la­rı rəs­mi mətn­lə­rə is­ti­na­dən verilmişdir.­ Kitab məhkəmələr, vəkillər, notariuslar, praktiki hüquqşünaslar (tədqiqatçı hüquqşünaslar), tələbələr, aspirantlar və hüquqla maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur. Kitabın təkrar nəşri ideyası da bu kateqoriyadan olan oxucuların çoxsaylı müraciətlərindən sonra mövcud tələbatı ödəmək məqsədilə yaranmışdır.
Kitab haqqında əlavə məlumatla və kitabın tam mətni ilə “Nəşrlər” bölməsində tanış ola bilərsiniz.




Nəşrin PDF variantı:

“MÜBAHİSƏLƏRİN ALTERNATİV HƏLLİ ÜSULLARI

Beynəlxalq sənədlər, şərhlər, qanunvericilik” kitabı nəşr edilmişdir

 

490 səhifəlik kitab Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Şu­ra­sı­nın ma­liy­yə yar­dı­mı ilə Hü­qu­qi İs­la­hat­la­ra Yar­dım Mər­kə­zi İc­ti­mai Bir­li­yi tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən "Azər­bay­can­da ar­bit­raj ins­ti­tu­tu­nun in­ki­şa­fı və mü­ba­hi­sə­lə­rin al­ter­na­tiv həl­li sa­hə­sin­də qa­nun­ve­ri­ci­lik ba­za­sı­na tək­lif­lə­rin dəs­tək­lən­mə­si"

la­yi­hə­si çər­çi­və­sin­də nəşr edilmişdir.

Kitab mübahisələrin məhkəmədənkənar alternativ üsullarla həlli qaydaları və təcrübəsi ilə yaxından tanış olmaq, bu sahədə beynəlxalq təcrübəni öyrənmək, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinə müraciət etmək istəyənlər, ümumiyyətlə, beynəlxalq arbitraj institutları haqqında məlumat əldə etmək istəyən hüquqşünaslar, iş adamları, digər mütəxəssislər, tələbələr, beynəlxalq arbitraj üzrə araşdırma aparan tədqiqatçılar və bu sahə ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub. Ön sözün müəllifi Hü­qu­qi İs­la­hat­la­ra Yar­dım Mər­kə­zi İc­ti­mai Bir­li­yinin sədri, sözügedən layihənin rəhbəri Fətəli Abdullayev, rəyçi və elmi redaktorlar Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayev, tərtibçi və redaktor Habil İsgəndərovdur. CBC nəşriyyatında çapdan çıxmış 6 fəsildən ibarət kitabda ilk dəfə olaraq Beynəlxalq Arbitraj və Mediasiyaya dair sənədlər-qanun, əsasnamə, reqlament, konvensiya, saziş, direktiv və məcəllələr də ingilis dilindən tərcümə edilərək toplu şəklində Azərbaycan dilində verilmişdir. Mərkəzin mütəxəssisləri layihə çərçivəsində fəaliyyətini davam etdirirlər.

Kitabın PDF variantı Mərkəzin www.legalreform.az və www.arbitr.az saytlarının nəşrlər bölümündə yerləşdirilmişdir.


AAMM-IN 2-Cİ XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
Nəşrin PDF variantı:





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) 2-ci Xüsusi Buraxılışı çapdan çıxmışdır. Bu nömrə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi nəzdində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində (BKAM) işlərə baxılması qaydalarına həsr olunmuşdur. Xüsusi Buraxılış “CBS” mətbəəsində Azərbaycan və ingilis dillərində nəfis tərtibatla 500 nüsxədə çap edilmişdir. Buraxılışa məsul AAMM-ın direktoru Natiq Abdullayev, tərtibçi və redaktor Habil İsgəndərov, dizayn Emil Camalovdur.

 




Nəşrin PDF variantı:


MEDİASİYA

mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi

 

 


Elmi redaktor: FƏTƏLİ ABDULLAYEV

Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri

 

Kitab mübahisələrin vasitəçinin-mediatorun iştirakı ilə məhkəmədənkənar alternativ həlli yollarından biri olan mediasiyadan-vasitəçilikdən bəhs edir.

Azərbaycanda mövzu ilə bağlı ilk ədəbiyyat olaraq hüquqşünaslar, tələbə, müəllimlər üçün nəzərdə tutulsa da, kitabın sadə, aydın, lakonik dil, üslubda yazılması nəşrin hər bir oxucu tərəfindən başa düşülməsinə imkan verir.

Heç şübhə yoxdur ki, bu kitabı oxuyanların qəlbində bir inam yaranacaqdır: doğrudan da hər bir mübahisə üçün heç də məhkəməyə üz tutmaq lazım deyilmiş, mübahisələrin həllinin daha asan və sadə, həm də sivil yolu var.

Tarix boyu bəzən yüz illərlə davam etmiş qanlı müharibələrdən sonra qonşuluq, sülh, barışıq şəraitində yaşayan xalqlardan, dövlətlərdən başlamış, uzun illərin mübahisəli çəkişmələrindən sonra bir-biri ilə mehriban qohum kimi yaşayan, ömür sürən insanların sonrakı peşmançılığı, amansız rəqabətdən sonra birləşib birgə fəaliyyət göstərən şirkətlərin təcrübələrinə qədər-hamısı bu nəticəni xatırladır: bütün konfliktlərin sonu sülhdür, barışıqdır. Elə nəşrin işıq üzü görməsində əsas məqsədlərdən biri də bu həqiqəti hüquqi dildə oxucuya çatdırmaqdır. Ümid edirik ki, bu mənada müəllif istəyinə nail olmuşdur.

Müəllifin mövzu ilə əlaqədar apardığı elmi işin ilk nəticəsi kimi nəşr olunan bu kitabla bağlı oxucuların, mütəxəssislərin fikir və rəylərini eşitmək xoşdur.

Hər bir obyektiv qeyd, irad, məsləhət üçün əvvəlcədən minnətdarlığımızı bildiririk.



Xüsusi buraxılışın PDF variantı:



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) beynəlxalq əlaqələrinə həsr olunmuş Xüsusi Buraxılış.

Nəşr Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin Baş Katibliyi tərəfindən hazırlanmışdır.

AAMM-IN XÜSUSI BURAXILIŞI

HİYM-in təsisçiliyi ilə yenidən təşkil edilmiş Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) Xüsusi buraxılışı Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyinə və beynəlxalq əlaqələrinə həsr olunmuşdur. Xüsusi buraxılış Azərbaycan və ingilis dillərində nəfis tərtibatla 1000 nüsxədə çap edilmişdir.

Xüsusi buraxılışda Almaniya, Qahirə, Rumıniya, Avstraliya, Honq Konq, Avstriya, Milan, Venesiya, Dubay, Malayziya, Ukrayna arbitraj institutlarının fəaliyyət pinsipləri, bu institutlarla BKAM-ın qarşılıqlı əlaqələri, BKAM-ın təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakına dair məlumatlar, bu qurumların rəhbərlərinin BKAM-ın 5 illik fəaliyyəti və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkil edilməsinin əhəmiyyətinə dair rəy və mülahizələri, təbrikləri öz əksini tapmışdır. Həmçinin, beynəlxalq arbitraj və mediasiya sahəsində dünyada nüfuzlu mütəxəssislər kimi tanınan, BKAM-ın beynəlxalq arbitrləri siyahısında təmsil olunan arbitrlər haqqında məlumatlar da bu nəşrdə yer almışdır.

 

BKAM-IN 1-CI XÜSUSI BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
Nəşrin PDF variantı:




Azərbaycan Beynəlxalq Arbitraj və Məhkəməsinin (BKAM) 1-ci Xüsusi Buraxılışı çapdan çıxmışdır.
Bu nömrə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində (BKAM) işlərə baxılması qaydalarına həsr olunmuşdur.
Xüsusi Buraxılış Azərbaycan və ingilis dillərində nəfis tərtibatla 500 nüsxədə çap edilmişdir.
Zəruri ehtiyac olduğunu nəzərə alaraq Türkiyədə “Göksu” mətbəəsində nəfis tərtibatla yenidən 500 nüsxə də təkrar nəşr edilmişdir.
Buraxılışa məsul AAMM-ın direktoru Natiq Abdullayev, Fəxrəddin Əliyev, tərtibçi və redaktor Habil İsgəndərov, dizayn Emil Camalovdur.





BEYNƏLXALQ ARBITRAJ
QANUNVERICILIK VƏ ŞƏRHLƏR

Nəşrin PDF variantı:
“BEYNƏLXALQ ARBİTRAJ.
Qanunvericilik və şərhlər” kitabı nəşr olundu.
Beynəlxalq arbitraj sahəsində maarifləndirmə tədbirlərindən biri kimi  “International Commercial Arbitration” Cəmiyyəti tərəfindən nəşr hazırlanan kitab, nəhayət, işıq üzü gördü. Sirr deyil ki, beynəlxalq arbitraj sahəsində Azərbaycan dilində ədəbiyyat çatışmazlığı var, demək olar ki, arbitraj hüququ və beynəlxalq arbitraj sahəsində təcrübə ilə bağlı Azərbaycan dilində vəsait yoxdur. “BEYNƏLXALQ ARBİTRAJ. Qanunvericilik və şərhlər” kitabı bu boşluğu qismən aradan qaldırmaq məqsədilə nəşr olunub.
Kitabda Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinin (Paris) Reqlamenti, Stokholm Arbitraj Palatasının Arbitraj İnstitutunun Reqlamenti, London Beynəlxalq Arbitraj Məhkəməsinin Reqlamenti, Vyana Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj İnstitutunun Reqlamenti, Alman Arbitraj İnstitutunun Abitraj Məhkəməsinin Reqlamenti, 1976-cı il tarixli YUNSİTRAL Reqlamenti, Nümunəvi YUNSİTRAL Qanunu, “Xarici arbitraj məhkəmələrinin qətnamələrinin tanınması və icrası haqqında” 1958-ci il tarixli Nyu-York Konvensiyası ingilis dili ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan dilində oxuculara təqdim olunur.
Kitabda, həmsçinin, “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu, BKAM-ın Əsasnaməsi, “BKAM-ın arbitraj xərcləri və rüsumları haqqında” Əsasnaməsi Azərbaycan və ingilis dillərində nəşr olunub.
Təcrübəli hüquqşünaslar V.Mirkamalın, N.Abdullayevin, A.Əbilovun, A.Məmmədovun təqdimatında beynəlxalq arbitraj prosesinin mahiyyəti, bəzi prosessual qaydalar, ayrı-ayrı beynəlxalq arbitraj məhkəmələrinin mübahisələrə baxılarkən tətbiq etdiyi spesifik prinsiplərin izahı məqsədilə şərhlər kitabda toplanıb. Bu şərhlər oxucular, arbitraj yolu ilə mübahisələrin həll edilməsini arzulayan şəxslər üçün beynəlxalq arbitrajın mahiyyətini, abitraj prosesinin özəlliklərini, hansı arbitraj məhkəməsinin prosessual və maliyyə baxımından daha əlverişli olmasını müəyyənləşdirməkdə yardımçı olacaq, maddi və prosessual hüquq normalarının tətbiqi qaydalarını asanlaşdıracaq.
Kitabın tərtibçisi və redaktoru H.İsgəndərli, elmi redaktorları V.Mirkamal və N.Abdullayevdir. Beynəlxalq arbitraj sahəsində Azərbaycanda ilk sanballı nəşr olan kitab Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinə müraciət etmək istəyənlər, beynəlxalq arbitraj institutları haqqında məlumat əldə etmək istəyən hüquqşünaslar, iş adamları, digər mütəxəssislər, tələbələr, arbitraj hüququ sahəsində tədqiqatçılar və beynəlxalq arbitrajla maraqlanan bütün oxucular üçün nəzərdə tutulub.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “Avrasiya” Fondunun dəstəyi, “Nafta-press” nəşriyyatı və “İntellekt-Holdinq” Şirkətlər Qrupunun texniki və maliyyə yardımı ilə nəşr olunan kitab 500 nüsxədir.



“ARBITRAJ SAZIŞI” KITABI NƏŞR EDILMIŞDIR

“İnternational Commercial Arbitration” Cəmiyyəti Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin sədri, ədliyyə generalı Vidadi Mirkamalın “Arbitraj sazişi” kitabını nəşr etdirmişdir. Monoqrafiyada arbitrajın hüquqi təbiəti və beynəlxalq arbitraj institutları, mübahisələrə alternativ qaydada baxılması, arbitraj sazişi anlayışı və növləri, arbitraj sazişinin etibarlılığı şərtləri, iradə azadlığı prinsipi və arbitraj sazişi, arbitraj sazişi və mülki-hüquqi müqavilə, arbitraj sazişinin məzmunu, Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin səlahiyyəti ilə bağlı məsələlər öz əksini tapır.
Kitaba BDU-nun Mülki hüquq kafedrasının müdiri, dosent, Ali Məhkəmənin hakimi Bağır Əsədov, BDU-nun Beynəlxalq hüquq kafedrasının müdiri, dosent Rüstəm Məmmədov, Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi, hüquq elmləri namizədi Zafər Qafarov rəy vermişlər.
Kitab 500 nüsxədə çap edilmiş, hüquqi maarifləndirmə məqsədi ilə BDU və digər institutlara, ictimai təşkilatlara göndərilmişdir.




AZƏRBAYCAN BEYNƏLXALQ ARBITRAJ MƏHKƏMƏSININ
ƏSASNAMƏSI TƏKRAR NƏŞR EDILMIŞDIR







“İnternational Commercial Arbitration” Cəmiyyətinin Azərbaycan, rus və ingilis dillərində hazırlayıb nəşr etdirdiyi “Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin Əsasnaməsi” “Nafta-Press” nəşriyyatında yenidən təkrar nəşr edilmişdir.
Kitab BKAM-a müraciət etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.









AZƏRBAYCAN BEYNƏLXALQ ARBİTRAJ MƏHKƏMƏSİNİN ƏSASNAMƏSİ
İNGİLİS DİLİNDƏ NƏŞR EDİLMİŞDİR





“İnternational Commercial Arbitration” Cəmiyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Avrasiya” fondunun maliyyə dəstəyi ilə Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin Əsasnaməsi” kitabını nəşr etmişdir.
“Nafta-Press” nəşriyyatında 500 nüsxədə işıq üzü görmüş kitab BKAM-a müraciət etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.








AZƏRBAYCAN BEYNƏLXALQ ARBİTRAJ MƏHKƏMƏSİNİN
ƏSASNAMƏSİ NƏŞR EDİLMİŞDİR






“İnternational Commercial Arbitration” Cəmiyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Avrasiya” fondunun maliyyə dəstəyi ilə Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin Əsasnaməsi” kitabını nəşr etmişdir.
“Nafta-Press” nəşriyyatında 500 nüsxədə işıq üzü görmüş kitab BKAM-a müraciət etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.








“MÜNSİFLƏR MƏHKƏMƏSİ: QANUNVERİCİLİK, ŞƏRHLƏR, TƏCRÜBƏ”
KİTABI ÇAPDAN ÇIXMIŞDIR


Bu kitab ”Münsiflər məhkəməsi. Qanunvericilik, şərhlər, təcrübə ” mövzusu üzrə ölkə hüquq ədəbiyyatında ilk vəsaitdir. Müəlliflər münsiflər məhkəməsinin mahiyyətini, genezisini, təyinatını, ictimai əsaslarını və müasir dövrdə geniş inkişaf etmiş beynəlxalq ticarətlə qarşılıqlı münasibətini oxuculara çatdırmağa çalışmışdır. Kitabda münsiflər məhkəməsi sisteminin yaranma və inkişafının tarixi etapları, bu vasitələrin inkişaf mexanizmləri açıqlanmışdır. Kitabda, həmçinin bu sahədə ölkə və MDB ölkələrini təcrübəsi ilə beynəlxalq təcrübə tutuşdurulur.
Kitabın əsas məqsədlərindən biri bu sahədən, bəlkə də, xəbərsiz olan, lakin xarici təcrübədən göründüyü kimi, bu sahəyə böyük ehtiyacı olan sahibkarlara, iş adamlarına və vətəndaşlara ticarətin inkişafının hərəkətverici qüvvəsi kimi münsiflər məhkəməsi haqqında sistemləşdirilmiş bilikləri çatdırmaqdır.
Kitaba, həmçinin beynəlxalq arbitraj işini və münsiflər məhkəməsinin işini tənzimləyən ölkədaxili və Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş beynəlxalq normalar da salınmışdır.
Kitab daxili və xarici iqtisadi əlaqələrdə iştirak edən xarici və ölkə sahibkarları, iş adamları və vətəndaşlarla yanaşı kommersiya və beynəlxalq xüsusi hüquqla məşğul olan tələbələr, eləcə də, aspirantlar və müəllimlər üçün də xeyirli ola bilər.
Vəsait “Mahir” hüquq firması tərəfindən həyata keçirilən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin vəsaiti hesabına  “Avrasiya ” Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda münsiflər məhkəməsinin inkişafı ” layihəsinə əsasən nəşr edilmişdir.
Nəşrin müəllifi Azər Hümbətov, elmi redaktoru Natiq Abdullayev, buraxılışa məsul və layihə direktoru Tofiq Quliyevdir.     





AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU