Azerbaijan Arbitration and Mediation Center - # BEYNƏLXALQ KOMMERSIYA ARBITRAJI HAQQINDA AVROPA KONVENSIYASI (1961)
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

# BEYNƏLXALQ KOMMERSIYA ARBITRAJI HAQQINDA AVROPA KONVENSIYASI (1961)

BEYNƏLXALQ KOMMERSİYA ARBİTRAJI HAQQINDA AVROPA KONVENSİYASI (1961)

Maddə 1. Konvensiyanın tətbiq sahəsi

1. Bu Konvensiya tətbiq olunur;

(a) Razılaşma imzalandığı zaman, Müqavilə bağlamış, müxtəlif Dövlətlərdə daimi yaşayış yeri və ya iqamətgahı olan, hüquqi və fiziki şəxslər arasında beynəlxalq ticarət münasibətləri zamanı ortaya çıxan mübahisələrin həlli məqsədilə bağlanmış arbitraj razılaşmalarına;

(b)yuxarıda 1(a) paraqraf bəndində istinad olunan razılaşmaya əsaslanan arbitraj proseduraları və qərarlarına;

2. Bu Konvensiyanın məqsədləri üçün,

(a) “arbitraj razılaşması” termini tərəflər arasında imzalanmış müqavilə və ya arbitraj razılaşması, müqavilədə arbitraj qeyd-şərti, və ya arbitraj razılaşması, və ya məktub, teleqram, teletaypla mübadilə formasında arbitraj razılaşması, arbitraj müqaviləsinin yazılı formada olmasını tələb etməyən qanuna malik Dövlətlər arasındakı münasibətlərdə isə bu qanunlar çərçivəsində imzalanmış istənilən arbitraj müqaviləsi deməkdir.

(b) “Arbitraj termini “ arbitrlər tərəfindən mübahisənin ad hoc, eyni zamanda daimi arbitraj institutları tərəfindən həlli deməkdir.

(s) ”keçirilmə yeri “ termini arbitraj müqaviləsinin bağlandığı binanın ərazisi deməkdir.

Maddə 2. İctimai hüquqa əsaslanan hüquqi şəxslərin arbitraja müraciət etmək hüququ

1. Bu Konvensiyanın Maddə 1.1 - də istinad olunan hallarda, ”ictimai hüquqa əsaslanan hüquqi şəxslər” adlandırıla bilən qanunda nəzərdə tutulmuş hüquqi şəxslərin qanuni qüvvəsi olan arbitraj müqaviləsi bağlamaq hüququ var.

2. Hazırkı Konvensiyanın imzalanması, təsdiq olunması, və ya ona qoşularkən istənilən Dövlət öz bəyannaməsində qeyd olunmuş adı çəkilən şərtlərin məhdudlaşdırılması barəsində bəyanat verə bilər.

Maddə 3. Xarici vətəndaşların arbitr olmaq hüququ

Hazırkı Konvensiyaya uyğun olaraq mübahisələrin arbitrajda həlli üçün xarici vətəndaşlar arbitr ola bilərlər.

Maddə 4. Arbitraj prosesinin təşkili

1. Arbitraj razılaşmasının tərəfləri öz mübahisələrini sərbəst olaraq təqdim edə bilər;

(a) daimi arbitraj institutuna; belə olan halda arbitraj prosesi həmin institutun qaydalarına uyğun olaraq həyata keçirilir;

(b) ad hoc arbitraja (verilən işə görə); belə olan halda xüsusi olaraq;

(i) arbitrləri təyin etmək və ya hər hansı mübahisəyə baxılması zamanı onların təyin olunması ilə bağlı metodları müəyyənləşdirmək;

(ii) arbitrajın yerinin müəyyən olunması; və

(iii) arbitrlərin əməl etməli olduqları proseduraları müəyyən edir;

2. Əgər tərəflər hər hansı mübahisəni ad hoc arbitraja baxılması üçün təqdim etməyə razıdırlarsa, və işə arbitrajda baxılması üçün müraciət haqqında bildirişin cavabdehə verilməsindən sonra 30 gün ərzində tərəflərdən biri öz arbitrini təyin etməmişsə, başqa hal nəzərdə tutulmayıbsa, arbitr digər tərəfin xahişi ilə, mübahisənin arbitraja təqdim edilməsi barədə müraciətin edilməsi zamanı arbitri təyin etməmiş tərəfin ölkəsində daimi yaşayış yeri və iqamətgahı olan ölkənin səlahiyyətli ticarət palatasının sədri tərəfindən təyin olunur. Bu paraqraf tərəflərdən biri və ya yuxarıda istinad olunan Ticarət Palatasının Sədri tərəfindən təyin olunan arbitr (arbitrlərin) yerləşməsinə də tətbiq olunur.

3. Əgər tərəflər hər hansı mübahisəni bir və ya daha artıq arbitrdən ibarət ad hoc arbitraja təqdim etməyə razılaşıblarsa, və arbitraj razılaşmasında arbitraj prosesinin təşkili barədə heç bir məlumat yoxdursa ,bu Maddənin 1-ci paraqrafında xatırladıldığı kimi, əgər tərəflər bu barədə heç bir razılığa gəlməyiblərsə, onda yuxarıda 2 –ci paraqrafa istinadən, işə heç bir zərər vurmadan artıq təyin olunmuş arbitr və ya arbitrlər tərəfindən zəruri addımlar atılır. Əgər tərəflər tək arbitrin təyin edilməsi barədə razılığa gələ bilməyiblərsə, və ya təyin olunmuş arbitrlər müəyyən şərtlər barədə razılığa gələ bilmirlərsə, əgər arbitraj prosesinin keçirilmə yeri tərəflər arasında razılaşdırılıbsa, iddiaçı öz seçiminə əsasən arbitrajın keçirildiyi ölkənin Ticarət Palatasının Sədrinə, və ya arbitrajın keçirilməsi üçün müraciətin təqdim edilməsi zamanı, daimi yaşayış yeri və iqamətgahı olan cavabdehin ölkəsində səlahiyyətli Ticarət Palatası sədrinə zəruri addımların atılması ilə bağlı müraciət edə bilər. Əgər arbitrajın keçirilmə yeri razılaşdırılmayıbsa, öz seçiminə əsasən iddiaçı ya arbitrajın keçirilməsi üçün müraciətin təqdim edilməsi zamanı, daimi yaşayış yeri və iqamətgahı olan cavabdehin ölkəsində səlahiyyətli Ticarət Palatası sədrinə, ya da bu Konvensiyaya əlavə olaraq tərkibi və proseduraları müəyyən olunmuş Xüsusi Komitəyə zəruri addımların atılması üçün müraciət edə bilər. Əgər iddiaçı bu paraqrafa uyğun olaraq ona verilmiş hüquqları tətbiq edə bilmirsə, cavabdeh və ya arbitr (arbitrlər) bu hüquqdan istifadə edə bilər.

4. Müraciətin ünvanlandığı Sədr və ya Xüsusi Komitə, müraciətin xarakterindən asılı olaraq;

(a) tək arbitri , sədr arbitri, münsiflər məhkəməsinin hakimini və ya hakimi təyin edir;

(b) yuxarıda 2-ci paraqrafda istinad olunan hallardan başqa istənilən proseduralara uyğun olaraq, təyin olunmuş arbitr və ya arbitrləri yerləşdirmək;

(c) arbitraj prosesinin keçirilmə yerini müəyyən etmək, o şərtlə ki, arbitr və ya arbitrlərin qərarı ilə arbitrajın keçirilməsi üçün başqa yer müəyyən edə bilərlər.

(d) birbaşa və ya daimi arbitraj institutlarının qayda və statutlarına istinadən, arbitr və ya arbitrlərin əməl etməli olduğu prosedura qaydalarını yaratmaq, o şərtlə ki, arbitrlər tərəflər arasında bu barədə heç bir razılaşma olmadan özləri bu qaydaları yaratmayıblarsa.

5. Əgər tərəflər mübahisəni daimi arbitraj orqanına təqdim etməyi qərara alıblarsa, amma bu orqanı müəyyən etməyiblərsə, və ya bu barədə heç bir razılığa gəlməyiblərsə, onda iddiaçı yuxarıda 3-cü paraqrafda istinad olunan qaydalara uyğun olaraq bu orqanın müəyyənləşdirilməsi üçün müraciət edə bilər.

6. Əgər arbitraj razılaşmasında tərəflərin öz mübahisələrini təqdim etməyi razılaşdıqları arbitrajın forması(ad hoc və ya daimi arbitraj orqanı olması) göstərilmirsə, və tərəflər bu barədə razılığa gəlməyiblərsə, iddiaçı 3-cü paraqrafda istinad olunan qaydalara uyğun olaraq, bu məsələnin həll olunması üçün müraciət edə bilər. Səlahiyyətli Ticarət Palatasının Sədri və ya Xüsusi Komitə ya tərəfləri mübahisənin həlli üçün daimi arbitraj orqanına göndərə bilər və ya səlahiyyətli Ticarət Palatasının Sədri və ya Xüsusi Komitənin müəyyən etdiyi müddət ərzində öz arbitrlərini təyin etmələrini xahiş etmək və təyin olunmuş müddət ərzində arbitraj prosesinin həyata keçirilməsi üçün zəruri olan şərtlər razılaşmaq hüququ var. Sonuncu halda, bu Maddənin 2 3,4 –cü paraqraflarındakı müddəalar tətbiq ediləcək.

7. Əgər , bu Maddənin 2, 3, 4, 5, 6 – cı paraqraflarında göstərilən funksiyalardan birini icra etmək tapşırıldığı andan 60 gün müddətində yuxarıda adı çəkilən paraqraflarda qüvvədə olan bu funksiyalardan hər hansı birini Ticarət Palatasının Sədri icra etməmişsə, onda müraciət edən tərəfin bu funksiyanın icrasını Xüsusi Komitədən xahiş etmək hüququ var.

Maddə 5 Arbitraj yurisdiksiyasına etiraz

1. Arbitraj yurisdiksiyasına arbitraj razılaşmasının mövcud olmamağı, qeyri qanuni və ya qüvvəsini itirmiş olması faktlarına əsaslanmaqla etiraz etmək istəyən tərəf bunu arbitraj prosesi gedişində işin mahiyyəti üzrə iddia ərizəsinin və ya iddiaya etirazın verilməsindən gec olmamaqla edir; Arbitrin səlahiyyətlərindən kənara çıxması faktına əsaslanan etiraz arbitraj prosesi gedişində arbitrin səlahiyyəti olmamağının təsdiqlənməsi barədə məsələ arbitraj prosesi zamanı qaldırıldığı anda irəli sürülür. Etirazla bağlı edilən ərizə təxirə salınıbsa, və bu üzrlü səbəbdən baş veribsə, arbitr etiraz ərizəsini baxılmaq üçün qəbul edir.

2. Yuxarıda 1 – ci paraqrafda istinad olunan, və göstərildiyi müddətdə həyata keçirilməmiş yurisdiksiyaya etirazlar, arbitr tərəfindən tətbiq olunan hüquqa uyğun olaraq, tərəflərin özlərinin sərbəst mülahizəsinə buraxılmış etirazdırsa, nə məhkəmə prosesinin sonrakı mərhələlərində, nə də mübahisənin mahiyyəti üzrə işə baxma və ya qərarın icrası ilə bağlı məhkəmənin kollozion normalarına uyğun olaraq, əgər belə etirazlar tərəflərin öz mülahizələrinə əsasən baxılmağa buraxılıbsa, qərarın icrası və ya maddi hüquqla bağlı sonrakı məhkəmə prosesləri zamanı qaldırıla bilməz. Etirazın təxirə salınması ilə bağlı arbitrin qərarından dövlət məhkəməsinə şikayət oluna bilər.

3. Yurisdiksiyasına etiraz edilən arbitraj məhkəməsi işə baxılmasından imtina etməməlidir, və öz səlahiyyətləri barədə məsələ üzrə, arbitraj razılaşmasının, və ya müqaviləsinin mövcudluğu və həqiqiliyi barədə qərar çıxara bilər, və ölkə qanuna uyğun olaraq arbitrin göstərilən qərarından dövlət məhkəməsinə şikayət verilə bilər.

Maddə 6. Dövlət məhkəmələrinin yurisdiksiyası.(Dövlət məhkəməsinə aidlik)

1. Məhkəmə qarşısında, arbitraj razılaşmasının mövcud olması faktı əsasında, razılaşma tərəflərinin hər hansı biri tərəfindən məhkəmə yurisdiksiyasına edilən etiraz, prosessual imtina etmə prinsipinə uyğun olaraq, cavabdeh tərəfindən əsaslı etirazın təqdim olunması zamanı və ya ondan əvvəl məhkəmənin bu etirazı maddi hüquq və ya prosedura olaraq qəbul etməsindən asılı olaraq təqdim edir.

2. Arbitraj Razılaşmasının mövcud olması və həqiqiliyi ilə əlaqəli qərar qəbul edərkən, Müqavilə bağlayan Dövlətlərin məhkəmələri tərəflərin səlahiyyətlərinə istinad edərək, onlara tətbiq olunan hüquqa uyğun olaraq və aşağıdakı məsələlərə istinadən bu razılaşmanın həqiqiliyini yoxlayır.

(a) Tərəflərin arbitraj razılaşmalarını istinad etdikləri hüquqa uyğun olaraq;

(b) Qərarın qəbul edilməli olduğu ölkənin hüququna uyğun olaraq, bununla bağlı hər hansı göstəriş olmadıqda;

(c) Məhkəmədə məsələ qaldırıldığı zaman, qərarın qəbul edilməli olduğu ölkə müəyyən oluna bilmədikdə, mübahisəni üzərinə götürmüş məhkəmənin kollozion normalar çərçivəsində səlahiyyətli hüquqa uyğun olaraq, tərəflərin razılaşmanı istinad etdikləri hüquqla bağlı hər hansı göstəriş olmadıqda;

Məhkəmələr öz ölkələrini hüququna uyğun olaraq, mübahisəyə arbitrajda baxılması mümkün olmadığı halda arbitraj razılaşmasının tanınması və icrasından imtina edə bilər.

3. Arbitraj razılaşmasının hər hansı tərəfi ,məhkəməyə müraciətdən qabaq arbitraj prosesini başlamışsa, eyni tərəflər arasında eyni mövzu ilə bağlı, və ya arbitraj razılaşmasının mövcud olmadığı, qeyri - qanuni və ya qüvvədə olmadığı hallarla bağlı məsələlərdə digər tərəfin müraciət edə biləcəyi Müqavilə tərəfi olan Dövlətlərin məhkəmələri arbitraj qərarı çıxarılanadək, onların maddi və üzrlü səbəbləri yoxdursa, arbitraj yurisdiksiyası ilə bağlı qərarlarını dayandırırlar.

4. Dövlət məhkəməsinə tərəflərin hər hansı birinin müvəqqəti və təminedici tədbirlərlə bağlı müraciəti nə arbitraj razılaşması ilə bir araya sığmazlıq ,nə də məhkəmədə işin mahiyyəti üzrə baxılması üçün verilməsi kimi başa düşülməməlidir

Maddə 7. Tətbiq olunan hüquq

1. Tərəflər sərbəst olaraq razılaşma yolu ilə, işin mahiyyəti üzrə mübahisəyə baxarkən arbitrlərin tətbiq edəcəyi hüququ müəyyən edə bilərlər .Əgər tətbiq olunan hüquqa tərəflərin hər hansı göstərişi yoxdursa, onda arbitrlərin tətbiq edəcəkləri kollozion normalara müvafiq olaraq xüsusi hüququ tətbiq edə bilərlər. Hər iki halda arbitrlər müqavilə və ticarət adətlərinin şərtlərinə əməl etməlidirlər

2. Əgər tətbiq olunan hüquq buna imkan verirsə, və tərəflərin arasında razılaşma varsa, arbitrlər ”mehriban vasitəçilər” kimi qərar çıxardırlar.

Maddə 8. Qərarın motivləri

Hesab olunur ki, arbitraj razılaşmasının tərəfləri arbitraj qərarının çıxarılmasında motivlərin zəruriliyi barədə razılaşıblar, əgər onlar yalnız;

(a) qərarın motivləşdirilməməyi barədə razılaşmayıblarsa; və ya;

(b)arbitraj qərarının motivləşdirilməsinin qəbul edilmədiyi çərçivə daxilində ,arbitraj proseduraları seçməyiblərsə, və bununla belə tərəflərdən heç biri xüsusi olaraq qərarın motivləşdirilməsi barədə şifahi işə baxmanın sonuna qədər və ya şifahi işə baxmanın olmadığı halda ,və ya arbitraj qərarının çıxarılmasına qədər xüsusi tələb irəli sürməyiblərsə;

Maddə 9. Arbitraj qərarının ləğv edilməsi

1. Əgər arbitraj qərarından imtina etmə qərarın qəbul edildiyi ,və ya qanuna istinad edildiyi Dövlətdə aşağıdakı səbəblərdən hər hansı birinə görə baş verərsə, bu Konvensiya çərçivəsində, Müqavilə tərəfi olan Dövlətdə arbitraj qərarından imtina edilməsi Müqavilə tərəfi olan digər bir Dövlətdə yalnız bu qərarın icrası və ya tanınmasından imtina etməyə əsas yarada bilər;

(a) razılaşma tərəfləri onlara tətbiq olunan hüquqa uyğun olaraq, müəyyən dərəcədə səlahiyyətsizdirlərsə, və ya sözügedən razılaşma tərəflərin rəhbər tutduqları hüquqa uyğun olaraq həqiqi deyilsə ,və ya qərarın qəbul edildiyi ölkə hüququna müvafiq olaraq bununla bağlı göstəriş(sərəncam) yoxdursa, və ya;

(b) Qərarın ləğv edilməsini xahiş etmiş tərəf arbitrin təyin edilməsi və ya arbitraj prosesinin keçirilməsi barədə məlumatlandırılmayıbsa, və ya başqa səbəblərdən öz mübahisəsini məhkəməyə təqdim edə bilməyibsə, və ya;

(c) əgər qərar arbitrajda işə baxma şərtlərinə daxil olmayan, və ya arbitrajdan kənarda qalan məsələlərə aid qərarlardan ibarət mübahisələrdən bəhs edirsə, amma arbitraj baxışına təqdim oluna bilən məsələlər təqdim olunması mümkün olmayan məsələlərdən fərqləndirilməlidir, arbitrajda həll edilməsi ilə bağlı təqdim olunmuş məsələlərlə bağlı qərarlar arbitraj qətnaməsinə daxil olduğu hissə ləğv edilməməlidir.

(d) arbitraj kollegiyasını tərkibi və ya arbitraj proseduraları tərəflər arasındakı razılaşmaya uyğun deyilsə, və ya bu Konvensiyanın 6 - cı maddəsini müddəalarına uyğun olaraq, belə bir razılaşma mövcud deyilsə,

2. 10 iyun 1958 – ci il, “ Xarici arbitraj qərarlarını tanınması və icrası” haqqında Nyu -York Konvensiyasına qoşulmuş, Müqavilə tərəfi olan Dövlətlər arasında münasibətlərdə , bu Maddənin 1 – ci paraqrafı yuxarıda 1-i ci paraqrafa uyğun olaraq, ləğv edilmiş hallara Nyu- York Konvensiyasını Maddə 5 (1) (e) –ın tətbiqini məhdudlaşdırır.

Maddə 10 - Yekun Müddəalar

1. Bu Konvensiyaya üzvlük və qoşulmaq, Komissiya şərtlərinin 8 – ci paraqrafına uyğun olaraq, Avropa İqtisadi Komissiyasının üzv dövlətləri və məşvərətçi səslə Komissiyaya qəbul edilmiş dövlətlər üçün açıqdır.

2. Avropa İqtisadi Komissiyasının müəyyən tədbirlərində iştirak edə bilən ölkələr Komissiya şərtlərinin 11 – ci paraqrafına uyğun olaraq, və Konvensiyaya qoşulmaqla və Konvensiya qüvvəyə mindikdən sonra bu Konvensiyanın Müqavilə tərəfi olan Dövlətləri ola bilərlər.

3. Bu Konvensiyanın imzalanması 31 dekabr 1961 – ci il daxil olmaqla nəzərdə tutulur. Bu tarixdən sonra qoşulmaq üçün açıq olacaqdır.

4. Hazırkı Konvensiya ratifikasiya olunur.

5. Hazırkı Konvensiyanın ratifikasiyası və ona qoşulma, lazımi aktın BMT Baş Katibinə təqdim edilməsi ilə həyata keçirilir.

6. Bu Konvensiyanı imzalayarkən, təsdiqləyərkən və ona qoşularkən, Müqavilə tərəfi olan Dövlətlər BMT Baş Katibinə ticarət palataları və ölkəsində səlahiyyətli ticarət palatalarının sədrləri barədə” bu Konvensiyanın 4-cü maddəsi çərçivəsində funksiyaları icra edən başqa orqanların siyahısını təqdim edirlər.

7. Hazırkı Konvensiyanın qərarları Müqavilə tərəfi olan Dövlətlərin daxil olduqları arbitraj sahəsində 2 tərəfli və ya çoxtərəfli razılaşmaların həqiqiliyinə təsir etmir.

8. Bu Konvensiya yuxarıda 1-ci paraqrafda göstərilən ölkələrdən 5-i ratifikasiya və qoşulma üçün lazımi aktları təqdim etdikdən sonra 90 –cı gündə qüvvəyə minir. Konvensiyanı təsdiqləyən və ona qoşulan istənilən ölkə üçün daha sonra həmin sözügedən ölkə ratifikasiya və qoşulma üçün lazımi aktları verəndən sonra 90 - cı gündə qüvvəyə minir.

9. İstənilən Müqavilə tərəfi BMT Baş Katibinə bu barədə bildiriş verməklə bu Konvensiyanı etibarsız saya bilər. Bu proses Baş Katibə bildirişin verilməsindən sonra 12 ay ərzində qüvvəyə minir.

10. Əgər bu Konvensiyanın qüvvəyə minməsindən sonra ,Müqavilə tərəfi olan Dövlətlərin sayı 5-dən aşağı düşürsə, Konvensiyanın etibarsız elan olunması nəticəsində, sonuncu belə etibarsız elan olunma prosesinin baş verməsindən sonra Konvensiya qüvvədən düşür.

11. BMT Baş Katibi 1 - ci paraqrafda göstərilən ölkələrə, və 2 –ci paraqrafa uyğun olaraq Müqavilə tərəfi olmuş Dövlətlərə aşağıda göstərilənlər barədə bildiriş verir

(a) 2 – ci Maddə, 2 –ci paraqrafa uyğun olaraq, təqdim olunmuş ərizələr;

(b) hazırkı maddənin 1 və 2 – ci hissələrinə uyğun olaraq, Konvensiyanın ratifikasiyası və ona qoşulma;

(c) 6 - cı paraqrafa uyğun olaraq, alınmış məlumatlar;

(d) 8 – ci paraqrafa uyğun olaraq, Konvensiyanın qüvvəyə minməsi tarixləri;

(e) 9 – cu paraqrafa uyğun olaraq, denonsasiyalar(etibarsız sayılma);

(i) 10 – cu paraqrafa uyğun olaraq, bu Konvensiyanın qüvvədən düşməsi;

12. 31 dekabr 1961 ci il tarixindən sonra bu Konvensiyanın əsli 1 və 2 –ci paraqraflarda göstərilən ölkələrin hər birinə Konvensiyanın təsdiqlənmiş əsil surətlərini verən BMT Baş Katibi saxlanılmaq üçün verilir.

Bunların sübutu olaraq aşağıda imza edən və buna məsul tərəflər bu Konvensiyanı imzaladılar.

Cenevrə, 21 aprel, 1961 – ci il, ingilis, rus, və fransız dillərində, tək nüsxədə, hər bir mətn bərabər hüquqi qüvvəyə malikdir.

AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU