Azerbaijan Arbitration and Mediation Center - # BEYNƏLXALQ TİCARƏT ARBİTRAJI HAQQINDA NÜMUNƏVİ YUNSİTRAL Q A N U N U
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

# BEYNƏLXALQ TİCARƏT ARBİTRAJI HAQQINDA NÜMUNƏVİ YUNSİTRAL Q A N U N U

BEYNƏLXALQ TİCARƏT ARBİTRAJI HAQQINDA
NÜMUNƏVİ YUNSİTRAL
Q A N U N U


21 iyun 1985-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarət hüquqları üzrə Komissiyası tərəfindən qəbul edilib

(Təsərrüfat və hüquq. 1994. № 6. S. 125-138.)

FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Tətbiq dairəsi 1
1. Bu Qanun hər hansı bir dövlətlə başqa dövlət və yaxud dövlətlər arasında istənilən sazişə riayət olunmaq şərti ilə beynəlxalq ticarət2 arbitrajına tətbiq olunur.
2. Bu Qanununun müddəaları, 8, 9, 35 və 36 maddələri istisna olunmaqla, yalnız arbitrajın yeri göstərilən dövlətin ərazisində olduğu halda tətbiq olunur.
3. Arbitraj aşağıdakı hallarda beynəlxalq sayılır:
a) arbitraj sazişi tərəflərinin kommersiya müəssisələri, həmin sazişin imzalandığı vaxtda ayrı-ayrı dövlətlərdə olduqda; yaxud
b) aşağıdakı yerlərdən biri, tərəflərin öz kommersiya müəssisələrinin yerləşdiyi ölkələrin sərhədlərindən kənarda olduqda:
I) arbitrajın yeri, arbitraj müqaviləsində, yaxud ona uyğun olmaqla müəyyən edilib;
II) ticarət müqavilələrdən irəli gələn öhdəliklərin əksər hissəsinin həyata keçirildiyi istənilən yer, yaxud mübahisə mövzusu ilə daha çox bağlı olan yer; yaxud
s) tərəflər arbitraj müqaviləsi mövzusunun sayca birdən çox ölkə ilə bağlı olması barədə birbaşa razılaşmış olarlarsa.
4. Bu maddənin 3-cü bəndinin məqsədləri üçün əgər:
a) tərəflər birdən artıq olmaqla kommersiya müəssisəsinə malikdirsə; müəssisə daha çox arbitraj müqaviləsinə aid olduqda, o kommersiya müəssisəsi hesab olunur.
b) tərəflər kommersiya müəssisəsinə malik olmursa, arbitraj müqaviləsinin bağlandığı yer nəzərə alınır.
5. Bu Qanun göstərilən dövlətin istənilən digər qanununun təsirinə toxunmur. Bu səbəbdən meydana çıxan müəyyən mübahisələr, arbitraja verilə bilməz, yaxud arbitraja yalnız bu Qanundakı müddəalardan fərqli müddəalara uyğun olmaqla verilə bilər.

Maddə 2. Şərhlərin qaydaları və tərifləri
Bu Qanunun məqsədləri üçün:
a) daimi arbitraj müəssisəsi vasitəsilə həyata keçirilib, keçirilməməsindən asılı olmayaraq istənilən arbitraj, "arbitraj" hesab olunur.
b) tək bir arbitr və ya arbitrlərin kollegiyası "arbitraj məhkəməsi" hesab olunur.
s) dövlətin məhkəmə orqanları sistemi, yaxud təşkilatları "məhkəmə" hesab olunur.
d) 28-ci maddə istisna olmaqla, Qanunun hər-hansı bir müddəası müvafiq məsələ üzrə tərəflərə qərar qəbul etməyə imkan verərkən, tərəflər bu qərarın qəbul edilməsini hər hansı bir üçüncü şəxsə, o cümlədən, müəssisəyə həvalə edə bilərlər.
e) əgər bu Qanunun hər hansı bir müddəasında tərəflərin razılaşmasına istinad edilməsinə tərəflər razılaşarsa və ya razılaşa bilərsə, və ya tərəflərin razılaşmasına hər-hansı bir digər formada istinad edilirsə, bu razılaşmaya, bu müqavilədə göstərilmiş istənilən arbitraj qaydası daxil edilir.
f) 25 (a) və 32 (2) maddələri istisna olmaqla, bu Qanunun hər-hansı bir müddəasında müəyyən iddiaya istinad edilərkən, o əks tərəfin iddiasında tətbiq olunur; eləcə də bu deyilənlər tərəflərin hər-hansı bir etirazına da aid edilir.

Maddə 3. Yazılı məlumatların alınması
1. Əgər tərəflərin başqa razılaşmaları yoxdursa:
a) istənilən yazılı mə'lumat, ünvan sahibinə şəxsən və ya onun kommersiya müəssisəsinə, onun daimi yaşayış yerindəki poçt ünvanına çatdırıldıqda alınmış hesab olunur; mə'lumatın bu yolla alınması müəyyən edilə bilməzsə, yazılı mə'lumat, kommersiya müəssisəsinin yerləşdiyi axırıncı məlum ünvandakı poçt ünvanına sifarişli məktubla və ya hər-hansı digər qeydə alınma yolu ilə çatdırıldıqda, alınmış hesab olunur.
b) mə'lumat çatdırıldığı gün alınmış hesab olunur.
2. Bu maddənin müddəaları məhkəmə icraatının gedişindəki mə'lumatlara tətbiq olunur.

Maddə 4. Etiraz hüququndan imtina
Tərəflər bu Qanunun hər hansı bir müddəasından kənara çıxa biləcəklərini bildikləri halda, yaxud hər hansı bir tələbə arbitraj müqaviləsinə uyğun olaraq əməl olunmadıqda belə, onlar arbitraj araşdırılmasında, bu əməl olunmalar üçün nəzərdə tutulmuş müddət ərzində etirazlarını bildirmədən iştirak edilərsə, onda bu müddət ərzində tərəflər e'tiraz hüququndan imtina etmiş hesab olunur.

Maddə 5. Məhkəmə müdaxiləsinin həddi
Bu Qanunla tənzimlənən məsələlərə, bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmə müdaxiləsi yolverilməzdir.

Maddə 6. Arbitrajın müəyyən olunmuş funksiyalarının yerinə yetirilməsinə yardım və nəzarət üçün məhkəmə, yaxud digər orqan.
11-ci maddənin 3-cü və 4-cü bəndlərində, 13-cü maddənin 3-cü bəndində, 14-cü maddədə, 16-cı maddənin 3-cü bəndində və 34-cü maddənin 2-ci bəndində göstərilən funksiyalar yerinə yetiriləcəkdir... (Hər bir dövlət bu nümunəvi Qanunu işə salaraq, verilmiş funksiyaların yerinə yetirilməsinə nəzarət üçün məhkəmə, məhkəmələr, yaxud Qanunun tekstində nəzərdə tutulan digər səlahiyyətli orqanları müəyyən edir).

FƏSİL 2. ARBİTRAJ SAZİŞİ

Maddə 7. Arbitraj sazişinin forma və tə'rifi
1. "Arbitraj sazişi" - tərəflərin arasında hər hansı bir səlahiyyətlər barədə yaranmış və ya yarana biləcək bütün və ya müəyyən mübahisələri, onların müqavilə xarakteri daşıyıb, daşımamasından asılı olmayaraq, arbitraja verilməsi haqqında tərəflər arasında bağlanmış razılaşmadır. Arbitraj sazişi müqavilədə arbitraj düzəlişləri şəklində, yaxud ayrı-yarı razılaşmalar şəklində qəbul edilə bilər.
2. Arbitraj sazişi yazılı şəkildə bağlanır. Saziş yazılı şəkildə o hallarda bağlanmış hesab olunur ki, əgər, o tərəflərin imzaladığı sənəddə öz əksini tapırsa, yaxud belə razılaşmanı qeyd etməyə imkan verən məktubların mübadiləsi yolu ilə, teletayp, teleqraf, yaxud digər elektrorabitə vasitələri ilə bağlanırsa, eləcə də iddia ərizəsi və iddiaya rəylərin mübadiləsi yolu ilə (bu şərtlə ki, tərəflərdən biri müqavilənin mövcud olmasını təsdiq edir, digər tərəf isə buna e'tiraz etmir). Müqavilədə arbitraj düzəlişlərini özündə ehtiva etməklə, istinad edilən sənəd, o şərtlə arbitraj sazişi hesab olunur ki, müqavilə yazılı şəkildə bağlanmış olsun və verilmiş istinad edilən sənəd elədir ki, göstərilən düzəlişi bağlanmış müqavilənin tərkib hissəsi edir.

Maddə 8. Arbitraj sazişi və məhkəmədə mübahisənin mahiyyəti üzrə iddianın bildirilməsi.
1. Məhkəmə, arbitraj sazişinin mövzusu olan sual üzrə, tərəflərdən hər hansı biri iddia ərizəsi ilə müraciət edərsə, tərəfləri arbitraja göndərməlidir, o şərtlə ki, məhkəmə bu müqavilənin e'tibarsız olmadığını, qüvvədən düşmədiyini, icra olunmasının mümkün oldğunu müəyyən etmiş olsun.
2. Bu maddənin 1-ci bəndində göstərilmiş iddia təqdim olunduğu halda, mübahisələrin məhkəmədə məhkəməlik olduğu öz həllini tapana qədər, arbitraj araşdırılmaları başlana, yaxud davam etdirilə bilər və arbitraj qərarı çıxarıla bilər.

Maddə 9. Arbitraj sazişi və məhkəmənin təminedici tədbirləri
Tərəflərin arbitraj araşdırılmaları zamanı və ya arbitraj araşdırmalarınadək məhkəməyə, tə'min olunma tədbirlərinin qəbul edilməsi haqda xahişilə müraciət etməsi və məhkəmənin belə tədbirlərin qəbul olunması haqda qərar verməsi yolverilməzdir.

FƏSİL 3. ARBİTRAJ MƏHKƏMƏSİNİN TƏRKİBİ

Maddə 10. Arbitrlərin sayı
1. Tərəflər arbitrlərin sayını öz rəylərinə əsasən tə'yin edə bilərlər.
2. Əgər tərəflər arbitrlərin sayını müəyyən etmirlərsə, onda üç arbitr tə'yin edilir.

Maddə 11. Arbitrlərin tə'yin edilməsi
1. Əgər tərəflərin başqa cür razılaşması yoxdursa, heçkimin vətəndaşlığı, onu arbitr qismində çıxış etmək hüquqlarından məhrum edə bilməz.
2. Tərəflər arbitr və ya arbitrlərin tə'yin olunma qaydalarını, bu məddənin 4 və 5-ci bəndlərinə əməl etməklə, öz rəyləri əsasında razılaşdıra bilərlər.
3. Belə razılaşmaya uyğun olaraq:
a) üç arbitri olan arbitrajda hər tərəf bir arbitr tə'yin edir və əgər digər tərəfdən 3-cü arbitrin təyin olunması haqda xahişi almış tərəf otuz gün ərzində bu arbitri tə'yin etmirsə, yaxud iki arbitr onların tə'yin olunduqları gündən otuz gün ərzində üçüncü arbitrin seçilməsi haqda razılığa gəlmirlərsə, 3-cü arbitr, tərəflərdən istənilən birinin xahişi ilə məhkəmə, yaxud 6-cı maddədə göstərilən digər orqan tərəfindən tə'yin edilir.
b) tək arbitrli arbitrajda, əgər tərəflər arbitrin seçilməsi barədə razılaşmırlarsa, tərəflərdən istənilən birinin xahişi ilə arbitr, məhkəmə, yaxud 6-cı maddədə göstərilən digər orqan tərəfindən tə'yin edilir.
4. Əgər tərəflərin razılaşdıqları təyin olunma proseduru zamanı:
a) tərəflərdən biri bu qaydalara əməl etmirsə; yaxud
b) tərəflər, yaxud iki arbitr bu qaydalara uyğun olaraq razılaşma əldə etmirlərsə; yaxud
s) müəssisə də daxil olmaqla, üçüncü şəxs bu qaydalara uyğun olmaqla ona həvalə olunmuş hər hansı bir vəzifələri yerinə yetirmirsə; tərəflərdən hər hansı biri məhkəmədən, yaxud 6-cı maddədə göstərilən digər orqanlardan lazım gələn tədbirlərin görülməsini xahiş edə bilər, bu şərtlə ki, arbitrlərin tə'yin olunmasına dair müqavilədə digər qaydalar nəzərdə tutulmamış olsun.
5. Bu məddənin 3-cü, yaxud 4-cü bəndinə uyğun olan istənilən məsələyə görə məhkəmə, yaxud 6-cı maddədə göstərilən digər orqanlar tərəfindən qəbul olunmuş qərardan heç bir şikayət qəbul oluna bilməz. Arbitr tə'yin edilərkən məhkəmə, yaxud digər orqan, tərəflərin razılaşmasına uyğun olmaqla arbitrə göstərilən istənilən tələbi nəzərə alır və belə mülahizələr müstəqil, qərəzsiz və ədalətli arbitrin seçilməsini tə'min edə bilər; tək arbitrin, yaxud 3-cü arbitrin tə'yin olunması halında, tərəflərin deyil, digər ölkə vətəndaşının arbitr tə'yin olunmasının arzuedilən olması da nəzərə alınır.

Maddə 12. Rədd etmə üçün əsaslar.
1. Hər hansı bir şəxsə onun arbitr qismində tə'yin olunması haqda müraciət olunduğu halda, bu şəxs müstəqil, yaxud qərəzsiz arbitr olmasına əsaslandırılmış şübhələr yarada biləcək istənilən hallar barədə mə'lumat verməlidir. Arbitr belə halların olmasını tərəflərə əvvəlcədən bildirməyibsə, onun tə'yin olunduğu andan e'tibarən və arbitraj araşdırılmaları ərzində tərəflərə belə hallar haqqında gecikmədən mə'lumat verməlidir.
2. Arbitrə onun geri çağırılması yalnız o halda təqdim oluna bilər ki, onun qərəzsiz, yaxud müstəqil olmasına əsaslandırılmış şübhələrin olması halları mövcud olsun, yaxud tərəflərin razılaşmasından irəli gələn ixtisaslaşmaya, təcrübəyə malik olmasın. Tərəflərdən biri onun tə'yin etdiyi, yaxud təyin olunmasında iştirak etdiyi arbitri, yalnız onun tə'yin olunmasından sonra mə'lum olan səbəblər olduqda geri çağıra bilər.

Maddə 13. Geri çağırılma prosedurası
1. Tərəflər bu maddənin 3-cü bəndində əməl olunması şərti ilə, arbitrlərin geri çağırılma qaydalarını öz rəylərinə əsasən razılaşa bilərlər.
2. Tərəflərdən biri, belə razılaşma olmadıqda, arbitrin geri çağırılması fikrində olarsa arbitraj məhkəməsinin yaradılması, yaxud 12-ci maddənin 2-ci bəndində göstərilən hallardan hər hansı biri ona mə'lum olduğu andan 15 gün ərzində geri çağırılmanın motivlərini yazılı şəkildə arbitraj məhkəməsinə təqdim etməlidir. Əgər geri çağırılan arbitr vəzifəsindən özü imtina etmirsə, yaxud digər tərəf geri çağırılma ilə razılaşmırsa, geri çağırılma məsələsi arbitraj məhkəməsi tərəfindən həll edilir.
3. Əkər tərəflərin razılaşdıqları istənilən prosedurun tətbiqi zamanı, yaxud bu məddənin 2-cə bəndində nəzərdə tutulan prosedurlar zamanı geri çağırılma tələbi yerinə yetirilmirsə, geri çağırılmanı tələb edən tərəf, geri çağırılmanın rədd edilməsi haqda mə'lumatı aldıqdan 30 gün ərzində məhkəmədən, yaxud 6-cı maddədə göstərilən orqanlardan geri çağırılma haqda qərarın çıxarılmasını xahiş edə bilər; belə qərardan heç bir şikayət verilə bilməz; belə xahiş öz həllini tapanadək, arbitraj məhkəməsi, eləcədə geri çağırılan arbitr, arbitraj araşdırmalarını davam etdirə və arbitraj qərarını çıxara bilər.

Maddə 14. Fəaliyyətsizlik, yaxud fəaliyyətin mümkünsüzlüyü
1. Arbitr hüquq qaydasına uyğun olaraq, yaxud faktiki olaraq öz vəzifəsini yerinə yetirə bilmədiyi halda, eləcə də, uzun müddətə düşüncəsiz olaraq digər səbəblərdən görə fəaliyyət göstərmirsə, və əkər arbitrin özü vəzifəsindən imtina edirsə, yaxud tərəflər razılaşırsa, onun mandatı dayandırılır. Lakin, göstərilən belə əsaslardan hər hansı birindən fikir ayrılığı olarsa, istənilən tərəf məhkəmədən, yaxud 6-cı maddədə göstərilən orqandan mandatın təsirinin dayandırılması haqda qərarın qəbul olunmasını xahiş edə bilər; belə qərardan heç bir şikayət verilə bilməz.
2. Əgər bu maddəyə, yaxud 13-cü maddənin 2-ci bəndinə əsasən arbitrin özü vəzifəsindən imtina edirsə, yaxud tərəflər onun mandatının dayandırılmasına razılıq verirlərsə, bu maddədə, yaxud 12-ci maddənin 2-ci bəndində göstərilən istənilən əsasların qəbul edilməsi yolverilməzdir.

Maddə 15. Yeni arbitrin təyin edilməsi
Əgər 13-cü, yaxud 14-cü maddələrə əsasən arbitrin mandatının təsiri dayandırılırsa, yaxud arbitr hər hansı bir digər səbəbdən öz vəzifəsindən imtina edirsə, yaxud onun mandatı tərəflərin razılaşması ilə rədd edilirsə, yeni arbitr əvəzedici arbitrin təyin edilməsi qaydalarına uyğun olaraq tə'yin edilir.

FƏSİL 4. ARBİTRAJ MƏHKƏMƏSİNİN SƏLAHİYYƏTLƏRİ

Maddə 16. Öz səlahiyyətləri haqda qərar vermə hüququ
1. Arbitraj məhkəməsi öz səlahiyyətləri, o cümlədən, arbitraj sazişinin e'tibarlığına, yaxud mövcud olmasına dair istənilən etiraz haqda qərar çıxara bilər. Bu məqsədlə, müqavilənin tərkib hissəsi olan arbitraj düzəlişi, müqavilənin digər şərtlərindən asılı olmayan razılaşma kimi şərh edilməlidir. Arbitraj məhkəməsi tərəfindən düzəlişin e'tibarsız olması haqda çıxarılan qərar, arbitraj düzəlişinin "ipso jure" e'tibarsızlığı ilə nəticələnməlidir.
2. Arbitraj məhkəməsinin səlahiyyətlərinin olmaması haqda müraciət, iddiaya görə etiraz təqdim olunanadək verilməlidir. Tərəflərin birini arbitri tə'yin etməsi, yaxud onun tə'yin edilməsində iştirak etməsi, tərəfləri belə ərizə vermək hüququndan məhrum etmir. Arbitraj məhkəməsinin öz səlahiyyətlərini aşması haqda ərizə, tərəflərin fikrincə, həmin məsələnin arbitraj araşdırmalarının gedişində qoyulacağı təqdirdə verilməlidir. Arbitraj məhkəməsi, bu halların istənilən birində, məsələnin gecikdirilməsini haqlı hesab etdikdə, sonradan bəyanat qəbul edə bilər.
3. Arbitraj məhkəməsi bu maddənin 2-ci bəndində göstərilən bəyanət haqda, ya ilkin xarakterli məsələ, ya da mübahisənin mahiyyəti üzrə qərar kimi, qətnamə çıxara bilər. Əgər arbitraj məhkəməsi səlahiyyətləri olması səbəbindən ilkin xarakterli məsələ kimi qətnamə çıxarsa, tərəflərdən hər biri bu qətnamə barədə mə'lumat aldıqdan sonra, otuz gün ərzində bu məsələ haqda qərar qəbul edilməsini məhkəmədən, yaxud 6-cı maddədə göstərilən orqandan xahiş edə bilər; belə bir qərardan heç bir şikayət verilə bilməz; belə
xahiş öz həllini gözləyənədək, arbitraj məhkəməsi arbitraj araşdırmalarını davam etdirə və arbitraj qərarı çıxara bilər.

Maddə 17. Arbitraj məhkəməsinin təminedici tədbirlərin qəbul edilməsinə dair sərəncam vermək hüququ
Əgər tərəflərin digər razılaşması yoxdursa, arbitraj məhkəməsi tərəflərdən hər hansı birinin xahişi ilə, mübahisənin mövzusuna dair, tərəflərdən hər hansı biri tərəfindən belə təminedici tədbirlərin görülməsinə dair sərəncam verə bilər. Arbitraj məhkəməsi tərəflərin hər birindən belə tədbirlərlə bağlı lazımi təminatın təqdim olunmasını tələb elə bilər.

FƏSİL 5. ARBİTRAJ ARAŞDIRMALARINA BAXIŞ

Maddə 18. Tərəflərə eyni münasibət
Tərəflərə eyni münasibət olmalıdır və hər bir tərəfə öz mövqeini şərh etmək üçün bütün imkanlar verilməlidir.

Maddə 19. Prosedur qaydalarının təyini
1. Bu Qanunun müddəalarına əməl etməklə tərəflərdən hər biri, öz rəylərinə əsasən arbitraj məhkəməsi tərəfindən araşdırmaların aparılması prosedurları haqda razılaşa bilər.
2. Belə razılaşma olmadıqda, arbitraj məhkəməsi bu Qanunun müddəalarına əməl etməklə, arbitraj araşdırmalarını özünün hesab etdiyi lazımi qaydada apara bilər. Arbitraj məhkəməsinə veriləcək səlahiyyətlərə, onun istənilən dəlilin yol verilən, əhəmiyyətli olmasını tə'yin edə bilməsi səlahiyyətləri daxildir.

Maddə 20. Arbitrajın yeri
1. Tərəflər arbitrajın yerini öz rəylərinə əsasən razılaşdıra bilərlər. Belə razılaşma olmadıqda arbitrajın yeri, arbitraj məhkəməsi tərəfindən, tərəflər üçün əlverişlilik faktoru, eləcə də işin vəziyyəti nəzərə alınmaqla tə'yin edilir.
2. Bu maddənin 1-ci bəndinin müddəalarına baxmayaraq, tərəflərin digər razılaşması olmadıqda, arbitraj məhkəməsi, onun üzvüləri arasındakı məsləhətləşmələri lazımi səviyyədə aparmaq, şahidləri, ekspertləri, yaxud tərəfləri dinləmək üçün, eləcə də mallara, digər əşyalara və ya sənədlərə baxış keçirmək üçün istənilən yerdə yığışa bilər.

Maddə 21. Arbitraj araşdırmalarının başlaması
Tərəflərin digər razılaşması olmadıqda, mübahisənin arbitraja verilməsi barədə xahişi cavabdeh aldığı gündən e'tibarən konkret mübahisə ilə əlaqədar arbitraj araşdırmaları başlayır.

Maddə 22. Dil
1. Tərəflər arbitraj araşdırmalarının hansı dildə və ya dillərdə aparılmasını öz rəylərinə əsasən razılaşdıra bilərlər. Belə razılaşma olmadıqda, araşdırılma zamanı istifadə ediləcək dil və ya dilləri arbitraj məhkəməsi tə'yin edir. Belə razılaşma, yaxud qərar, əgər onlarda başqacür şərtləşilməyibsə, tərəflərin istənilən yazılı ərizələrinə, işdəki istənilən dinləmələrə və istənilən arbitraj qərarlarına, qətnamənələrinə, eləcə də arbitraj məhkəməsinin digər mə'lumatlarına aiddir.
2. Arbitraj məhkəməsi, istənilən sənədli sübutun, tərəflərin razılaşdığı, yaxud arbitraj məhkəməsinin müəyyən etdiyi dil, yaxud dillərə tərcümə edilməsinə dair sərəncam verə bilər.

Maddə 23. İddia ərizəsi və iddiaya görə etiraz
1. Tərəflərin razılaşdığı, yaxud arbitraj məhkəməsinin tə'yin etdiyi müddət ərzində, iddiaçı onun iddia tələblərini təsdiq edən hallar, həll ediləcək məsələlər və öz iddia tələblərinin məzmunu barədə mə'lumat verməlidir; cavabdeh isə həmin səbəblərə görə öz etirazını bildirməlidir (əgər bu mə'lumatların lazımi rekvizitlərinə dair tərəflərin digər razılaşması yoxdursa). Tərəflər işə aidiyyatı olan bütün sənədləri öz ərizələri ilə birlikdə təqdim edə bilərlər; yaxud onlar gələcəkdə təqdim edəcəkləri sənədlərə, eləcə də digər dəlillərə də istinad edə bilərlər.
2. Əgər tərəflərin digər razılaşması yoxdursa, arbitraj araşdırmalarının gedişində istənilən tərəf özünün iddia tələblərini, yaxud iddiaya görə etirazını dəyişdirə, yaxud ona əlavələr edə bilər; lakin bu halda arbitraj məhkəməsi buraxılmış gecikmələri nəzərə almaqla, belə dəyişilmələri, yaxud əlavələri məqsədyönlü hesab etdiyi halda.

Maddə 24. Dinləmələr və yazılı araşdırmalar.
1. Tərəflərin istənilən digər razılaşmalarının şərtlərinə əməl etməklə, arbitraj məhkəməsi dəlillərin təqdim edilməsi üçün şifahi dinləmələrin, yaxud şifahi mübahisə və ya müzakirələrin aparılması barədə, yaxud da araşdırılmaların yalnız sənədlər və digər materialların əsasında aparılması barədə qərar çıxarır. Bununla belə, tərəflərin şifahi dinləmələrinin aparılması barədə razılaşmadıqları halda belə, arbitraj məhkəməsi araşdırmaların lazım olan mərhələsində, əgər tərəflərdən hər hansı biri xahiş edərsə, belə dinləmələri aparmalıdır.
2. Arbitraj məhkəməsinin mallara, digər əmlaka, yaxud sənədlərə baxış məqsədilə keçirəcəyi istənilən iclası və istənilən dinləmələri barədə tərəflərə vaxtında xəbərdarlığın göndərilməsi kifayətdir.
3. Tərəflərdən birini arbitraj məhkəməsinə təqdim etdiyi bütün mə'lumatlar, sənədlər, yaxud dəgər informasiyalar digər tərəfə də təqdim edilməlidir. Arbitraj məhkəməsinin öz qərarlarının çıxararkən əsaslanacağı ekspertlərin verdikləri istənilən rəy və nəticələr, eləcə də dəlil xarakterli digər sənədlər tərəflərə də təqdim edilməlidir.

Maddə 25. Sənədlərin təqdim edilməməsi, yaxud tərəflərin gəlməməsi
Tərəflərin digər razılaşmaları olmadıqda, üzürlü səbəblər göstərilməyən hallarda:
a) 23-cü maddənin 1-ci bəndinə uyğun olaraq iddiaçı iddia ərizəsini təqdim etmir, arbitraj məhkəməsi araşdırmaları dayandırır;
b) 23-cü maddənin 1-ci bəndinə uyğun olaraq cavabdeh iddiaya görə öz etirazını təqdim etmir, arbitraj məhkəməsi, cavabdehin etiraz sənədlərini təqdim etməməsinə iddiaçının tələblərinin qəbul edilməsi kimi baxmadan, araşdırmaları davam etdirir;
s) istənilən tərəf dinləməyə gəlmir, yaxud dəlil xarakterli sənədləri təqdim etmir, arbitraj məhkəməsi araşdırılmaları davam etdirə və onda olan sübut dəlillərə əsasən qərar çıxara bilər.

Maddə 26. Arbitraj məhkəməsinin təyin etdiyi ekspert
1. Tərəflərin digər razılaşmaları olmadıqda, arbitraj məhkəməsi
a) arbitraj məhkəməsinin tə'yin etdiyi məsələ üzrə ona məruzə təqdim olunması üçün bir, yaxud bir neçə ekspert tə'yin edə bilər;
b) tərəflərdən ekspertə işə aidiyyatı olan informasiyaların təqdim edilməsini, yaxud baxış üçün və ya işə aidiyyatı olan istənilən sənədlərə, mallara, eləcə də digər əmlaklara baxış imkanlarının verilməsini tələb edə bilər.
2. Tərəflərin digər razılaşmaları olmadıqda, əgər tərəflər xahiş edərsə, yaxud əgər arbitraj məhkəməsi vacib hesab edərsə ekspert, özünün yazılı, yaxud şifahi nəticələrini təqdim etdikdən sonra dinləmələrdə iştirak etməklə, tərəflərin ona suallar verməsinə və mübahisəli məsələlər üzrə şahidlərin-ekspertlərin şəhadət verməsinə şərait yaradır.

Maddə 27. Dəlillərin alınmasında məhkəmənin yardımı
Arbitraj məhkəməsi, yaxud tərəflər arbitraj məhkəməsinin razılığı ilə, dəlillərin alınmasında yardım etmək üçün verilmiş dövlətin səlahiyyətli məhkəməsinə xahişlə müraciət edə bilər. Məhkəmə öz səlahiyyətləri çərçivəsində və dəlillərin alınmasında öz qaydalarına uyğun olmaqla bu xahişi yerinə yetirə bilər.

FƏSİL 6. ARBİTRAJ QƏRARININ ÇIXARILMASI VƏ ARAŞDIRMALARIN DAYANDIRILMASI

Maddə 28. Mübahisənin mahiyyətinə tətbiq edilən normalar
1. Arbitraj məhkəməsi mübahisələri, tərəflərin mübahisələrinin mahiyyəti üzrə seçdikləri hüquq normalarına uyğun olaraq həll edir. Əgər bu seçilmiş hüquqi normalarda digər məramlar əks olunmayıbsa, hər hansı bir dövlətin hüquqi göstərişlərini və ya hüquq sistemini, mənfəətlərin toqquşması kimi deyil, bir başa maddi hüquqların tövsiyyəsi kimi izah edilməlidir.
2. Tərəflərin hər hansı bir göstərişi olmadıqda, arbitraj məhkəməsi özünün məqbul saydığı maraqların toqquşmasını şərh edən hüquqi normaları tətbiq edilir.
3. Arbitraj məhkəməsi tərəflərin bir başa ona vəkalət verdiyi halda, qərarı "dost vasitəçi" və ya "ekhequo et bono" qismində verir.
4. Arbitraj məhkəməsi bütün hallarda qərarları ümumi qaydaları nəzərə almaqla və şərtlərə uyğun olmaqla qəbul edir.

Maddə 29. Arbitraj kollegiyası tərəfindən çıxarılan qərarlar
Bir arbitrdən artıq olan arbitrlərin arbitraj araşdırmalarında, arbitraj məhkəməsinin istənilən qərarı, tərəflərin başqa razılığı olmadığı halda, arbitraj məhkəməsinin əksər üzvləri tərəfindən çıxarılır. Lakin prosedur məsələlərini sədr-arbitr, əgər tərəflər bunun üçün vəkalət verərlərsə, yaxud da arbitraj məhkəməsinin bütün üzvləri tərəfindən qəbul edilir.

Maddə 30. Barışıq sazişi
1. Əgər arbitraj araşdırmalarının gedişində tərəflər özü mübahisəni həll edərsə, arbitraj məhkəməsi araşdırmaları dayandırır və tərəflərin xahişi ilə, eləcə də onun özünün e'tirazı yoxdursa, bu tənzimləməni razılaşdırılmış şərtlərlə arbitraj qərarı şəklində qeyd edir.
2. Razılaşdırılmış şərtlərlə arbitraj qərarı31-ci maddənin müddəalarına uyğun olaraq çıxarılmalıdır və onun arbitraj qərarı olması hökmən göstərilməlidir. Belə arbitraj qərarı, mübahisənin mahiyyəti üzrə olan istənilən digər arbitraj qərarı ilə eyni gücə malikdir və icra olunmalıdır.

Maddə 31. Arbitraj qərarının forma və məzmunu
1. Arbitraj qərarı yazılı şəkildə çıxarılmalıdır və arbitr və ya arbitrlər tərəfindən imzalanmalıdır. Birdən artıq arbitrin apardığı araşdırmalar zamanı, arbitraj məhkəməsi üzvülərinin əksəriyyətinin imzasının olması, iştirak etməyənlərin səbəbi göstərilməklə kifayət edir.
2. Arbitraj qararında onun əsaslandığı sübutlar-dəlillər, sübut və dəlillərin göstərilməməsinə tərəflərin razılığı olduğu və ya arbitraj qərarının 30-cu maddənin şərtləri ilə uzlaşdırılmış olduğu hallar istisna olmaqla, göstərilməlidir.
3. Arbitraj qərarında, 20-ci maddənin 1-ci bəndinə uyğun olmaqla müəyyən olunduğu kimi, arbitrajın yeri və tarixi göstərilməlidir. Arbitraj qərarı həmin üerdə çıxarılmış hesab edilir.
4. Arbitraj qərarı çıxarıldıqdan sonra tərəflərin hər ikisinə, arbitrlər tərəfindən bu məddənin 1-ci bəndinə uyğun olmaqla imzalanmış sürəti verilməlidir.

Maddə 32. Araşdırmaların dayandırılması
1. Arbitraj araşdırması, arbitrajın qərarı və ya arbitraj məhkəməsinin bu maddənin 2-ci bəndinə uyğun olmaqla çıxarılmış qətnaməsi ilə tamamilə dayandırılır.
2. Arbitraj məhkəməsi arbitraj araşdırılmasının dayandırılması haqda qərarı aşağıdakı hallarda çıxarır:
a) iddiaçı öz tələblərindən, cavabdehin araşdırılmanın dayandırılmasına qarşı etirazını irəli sürməməsi şərti ilə imtina edirsə və arbitraj məhkəməsi mübahisənin birdəfəlik tənzimlənməsində cavabdhin maraqlarını qanunu hesab etmirsə;
b) tərəflər araşdırılmanın dayandırılması barədə razılığa gəlirsə;
s) arbitraj məhkəməsi araşdırılmanın davam etdirilməsinin hər hansı səbəbdən lazımsız və ya mümkünsüz olduğu qənaətinə gəlirsə;
3. Arbitraj məhkəməsinin mandatının təsiri, arbitraj araşdırılasının dayandırılması ilə eyni vaxtda dayandırılır, əkər ki, bu, 33-cü maddənin və 34-cü maddənin 4-cü bəndinin müddəaları ilə ziddiyyət təşkil etmirsə.

Maddə 33. Qərarların şərhi və düzəliş edilməsi; əlavə qərar
1. Əgər tərəflərin başqa müddətə razılığı yoxdursa, qərarın alınmasından otuz gün ərzində,
a) tərəflərdən hər hansı biri, bu barədə qarşı tərəfə xəbərdarlıq etməklə, arbitraj məhkəməsindən qərardakı hesablaşmalardan, yazıda ketmiş istənilən səhvdən və ya çap səhvindən, eləcə də oxşar xarakterli digər səhvlərdən düzəliş edilməsini xahiş edə bilər.

b) tərəflərin arasında uyğun razılıq olduqda, tərəflərdən biri qarşı tərəfə xəbərlarlıq etməklə, arbitraj məhkəməsindən arbitraj qərarının hər hansı bir konkret bəndinə və hissəsinə şərh verilməsini xahiş edə bilər.
Arbitraj məhkəməsi, xahişin haqlı olduğunu qəbul edirsə, onun alınmasından otuz gün ərzində uyğun düzəlişləri etməli, yaxud şərhləri verməlidir. Belə şərh arbitraj qərarının tərkib hissəsi olur.
2. Arbitraj məhkəməsi qərarın tarixini nəzərə almaqla, otuz gün ərzində, öz təşəbbüsü ilə bu maddənin 1 (a) bəndində göstərilən istənilən səhvi düzəldə bilər.
3. Tərəflərin digər razılığı olmadığı halda, tərəflərdən biri qarşı tərəfə xəbərdarlıq etməklə, arbitraj qərarının alınmasından otuz gün ərzində arbitraj məhkəməsindən, arbitraj araşdırılmasının gedişində təqdim olunmuş, lakin qərarda öz əksini tapmamış tələblər barədə əlavə qərar çıxarılmasını xahiş edə bilər. Arbitraj məhkəməsi xahişin məqbul olduğu qənaətinə gələrsə, altmış gün ərzində əlavə qərar çıxarmalıdır.
4. Arbitraj məhkəməsi gərəkli olan halda, səhvlər düzəldiləcəyi, şərhlər verəcəyi mddəti artıra, yaxud bu maddənin 1-ci, yaxud 3-cü bəndinə uyğun olmaqla əlavə qərar çıxara bilər.
5. Arbitraj qərarından düzəlişlərə və ya şərhlərə, eləcə də əlavə qərara 31-ci maddənin tələbləri tətbiq olunmalıdır.

FƏSİL 7. ARBİTRAJ QƏRARINDAN ŞİKAYƏT VERİLMƏSİ

Maddə 34. Ləğv edilmə barədə vəsatət, arbitraj qərarından şikayətin müstəsna vasitəsi kimi
1. Məhkəmədə arbitraj qərarından şikayətin verilməsi, yalnız bu məddənin 2-ci və 3-cü bəndinə uyğun olmaqla, ləğv olunma barədə vəsatətin verilməsi yolu ilə yerinə yetirilə bilər.
2. Arbitraj qərarı məhkəmə tirifindən, yalnız 6-cı maddədə göstərilən halda, ləvğ edilə bilər, əgər ki:
a) bu vəsadəti təqdim edən tərəf aşağıdakılara sübut-dəlil təqdim edərsə ki, :
I) arbitraj müqaviləsindəki tərəflərdən birinin, 7-ci maddədə göstərilmiş, hər hansı bir dərəcədə iş görmə bacarığı olmadıqda; yaxud
II) şikayət verəcək tərəf arbitrajın tə'yin olunası barədə, yaxud arbitraj araşdırılması haqda lazımi şəkildə xəbərdar edilməyibsə, və ya hər hansı səbəbdən öz izahatını təqdim edə bilməyibsə; yaxud
III) qərar nəzərdə tutulmamış, yaxud arbitraj şərtlərinə uyğun gəlməyən mübahisə üzrə çıxarılmışdır, və ya arbitraj razılaşmasının hüdudlarından kənara çıxan məsələlərə aid qərar verilir, bununla belə, əgər arbitraj razılaşmasını əhatə edən məsələlər üzrə çıxarılmış qərarlar, belə razılaşmanın əhatə etmədiyi məsələlərdən ayrıla bilərsə, onda arbitraj qərarının yalnız o hissəsi ləvğ edilə bilər ki, arbitraj razılaşmasının əhatə etmədiyi məsələləri özündə ehtiva edir; yaxud
IV) arbitraj məhkəməsinin tərkibi və ya arbitraj proseduru tərəflərin razılaşmasına uyğun olmayıbsa, əgər ki, belə razılaşma tərəflərin kənara çıxa bilməyəcəkləri ba Qanunun istənilən qətnaməsinə zidd deyilsə, yaxud belə razılaşma olmadıqda isə bu Qanuna uyğun gəlməyibsə; yaxud
b) məhkəmə tə'yin edir ki,
I) mübahisənin obyekti verilmiş dövlətin qanuna görə arbitraj araşdırılmasının mövzusu ola bilməz; yaxud
II) arbitraj qərarı verilmiş dövlətin ictimai quruluşuna ziddir.
3. Arbitraj qərarının ləvğ olunması barədə vəsadət verən tərəflər, qərarı aldığı gündən üç ya ərzində müraciət edə bilməzlər, xahiş 33-cü maddəyə uyğun gəlməklə verilibsə, arbitraj məhkəməsinin bu xahişə görə çıxardığı qərarın verildiyi gündən.
4. Arbitraj məhkəməsi çıxarılmış qərarın ləvğ edilməsi barədə müraciət aldığı halda, əgər bunu məqbul sayarsa və əgər bu barədə tərəflərdən biri xahiş edir ki, məsələ üzrə kərgüzarlıq onların müəyyən etdiyi müddət dayandırılsın ki, arbitraj məhkəməsinə arbitraj araşdırılmasına yenidən başlamaq üçün imkan verilsin, hansı ki, arbitraj məhkəməsinin rəyincə arbitraj qərarını ləvğ etmək üçün gərək olacaq əsasların aradan qaldırılmasına imkan olacaq.

FƏSİL 8. ARBİTRAJ QƏRARININ TANINMASI VƏ İCRA EDİLMƏSİ

Maddə 35. Tanınma və icra edilmə
1. Arbitraj qərarının onun hansı ölkədə çıxarılmasından asılı olmayaraq, qanunla müəyyən edilmiş qaydada qəbul edilir və bu və 36-cı maddənin müddəalarına əsasən müvafiq məhkəmə orqanına vəsatət təqdim olunduqda mütləq qaydada içraya yonəldilməlidir.
2. Arbitraj qərarına əsaslanan, yaxud onun icra olunmasına vəsatət qaldıran tərəf, arbitraj qərarının lazımi qaydada təsdiq edilmiş əslini və yaxud həmin qərarın lazımi qaydada təsdiq edilmiş surətini, həmçinin arbitraj müqaviləsinin bu Qanunun 7-ci maddəsində göstərilmiş əslini, yaxud onun lazımi qaydada təsdiqlənmiş surətini təqdim etməlidir. Əgər arbitraj qərarı, yaxud müqaviləsi verilmiş dövlətin rəsmi dilində şərh edilməyibsə, həmin tərəf bu sənədlərin həmin dildə lazımi qaydada təsdiq edilmiş tərcüməsini təqdim etməlidir3.

Maddə 36. Tanınmadan və ya icra olunmadan etiraz üçün əsaslar
1. Arbitraj qərarının, onun hansı ölkədə çıxarılmasından asılı olmayaraq, tanınmasından, yaxud icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər:
a) arbitraj qərarının onun ölkəsinə yonəlmiş tərəfin xahişinə əsasən, əkər bu tərəfin müvafiq məhkəməyə təqdim etdiyi sənədlərdə aşağıdakı sübut növləri mövcutdur:
I) 7-ci maddədə göstərilən arbitraj müqaviləsində tərəflərdən birinin hər hansı bir dərəcədə iş görmə qabiliyyəti olmadıqda; yaxud tərəflər arasında imzalanmış bu müqavilə mövcud qanunvericiliyə zidd olduqda; yaxud

II) çıxarılmış qərarıa qarşı olan tərəf arbitbitrin tə'yin edilməsi və ya arbitraj araşdırılması barədə lazımi qaydada xəbərdar olunmayıbsa, yaxud digər səbəblərdən öz izahatlarını təqdim edə bilməyibsə; yaxud

III) qərar, arbitraj müqaviləsində nəzərdə tutulmayan və ya müqavilənin şərtlərinə daxil olmayan mübahisəyə görə çıxarılmışsa, və ya arbitraj müqaviləsinin hüdudlarından kənara çıxan məsələlərə görə qətnamələri ehtiva edirsə, bununla belə, əgər arbitraj müqaviləsinin əhatə etdiyi məsələlərə görə çıxarılmış qətnamələr, bu müqavilənin əhatə etmədiyi qaydalardan ayrıla bilərsə, onda arbitraj qərarının arbitraj müqaviləsinin əhatə etdiyi məsələləri özündə ehtiva edən hissəsi tanına və icra edilə bilər; yaxud
IV) arbitraj məhkəməsinin tərkibi, yaxud arbitraj proseduru tərəflərin razılaşmasına uyğun gəlməmişdir, yaxud bunlar olmadıqda, arbitrajın olduğu yerin-ölkənin qanunları ilə uyğun gəlməmişdir; yaxud
V) qərar hələ tərəflər üçün axıra yetməmişdir, yaxud qərarın çıxarıldığı ölkənin məhkəməsi, həmin ölkənin qanunvericiliyinə uyğun olmaqla, çıxardığı qərarı ləvğ etmiş və ya icrasını dayandırmışdır; yaxud
b) əgər məhkəmə hesab etsə ki:
I) mübahisənin obyekti verilmiş dövlətin qanunlarına görə arbitraj araşdırılmasının mövzusu ola bilməz; yaxud
II) bu arbitraj qərarının tanınması və icra edilməsi verilmiş dövlətin ictimai quruluşuna ziddir.
2. Əgər məhkəmə, arbitraj qərarının ləvğ edilməsi və ya icrasının dayandırılması haqda, bu maddənin 1-ci bəndinin a) (V) altbəndində göstərilmiş vəsatət təqdim edibsə, qərarın tanınması və ya icra edilməsinə dair vəsatət verilən məhkəmə, əgər bunu məqbul sayarsa, öz qərarının çıxarılmasını təxirə sala bilər və həmçinin, arbitraj qərarının tanınmasını və ya icra edilməsinə vəsatət qaldıran tərəfin təqdimatı ilə, qarşı tərəfi lazım olan tə'minatı təqdim etməyə məcbur edə bilər.


1Maddələrin adı yalnız mə'lumat məqsədilə verilir və təfsir məqsədləri üçün istifadə edilməməlidir
2Ticarət termini geniş mənada təfsir edilməlidir ki, o həm müqavilə, həm də müqaviləsiz ticarət münasibətlərindən meydana çıxan bütün sualları əhatə edə bilsin. Ticarət xarakterli münasibətlər aşağıdakı razılaşmaları əhatə edir: mallarla təchiz olunma və ya xidmətlər, yaxud malların və ya xidmətlərin mübadiləsi haqqında istənilən ticari sazişlər; paylanmalar haqqında razılaşmalar; ticarət nümayəndəlikləri; faktor əməliyyatları; lizinqlər; injinirinqlər; sənaye müəssisələrinin tikintisi; məsləhət xidmətlərinin təqdim olunması; lisenziyaların alqı-satqısı; investisiyalar; maliyyələşdirmə; bank xidmətləri; istismar yaxud konsessiyalar üzrə sazişlərin sığortalanması; sənaye yaxud sahibkarlıq əməkdaşlığını əhatə edən birgə müəssisələr; sərnişinlərin və malların hava, su, dəmir və avtomobil yolları ilə daşınması.
3 Bu bənddə göstərilən şərtlər tələblərin maksimumunu təyin etməyə yönəldilmişdir. Bu səbəbdən hər-hansı bir dövlət qismən öz ağırlaşdırıcı şərtlərinin qoyulmasını qərara alırsa, bu nümunəvi Qanunun hazırlanmasına xidmət edən uyğunlaşma ilə ziddiyyət təşkil etməyəcək.

 

AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU