Azerbaijan Arbitration and Mediation Center Çin Hüquq Cəmiyyəti ilə əlaqələr qurulur
Göndərən Admin Tarix: 17.05.2019
Mayın 17-də Çin Hüquq Cəmiyyətinin nümayəndə heyəti ilə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi arasında tanışlıq və əməkdaşlıq görüşü keçirilmişdir. Nümayəndə heyətinin tərkibində Çin Hüquq Cəmiyyətinin rəhbər şəxsləri, hüquqşünas alimlər və praktik hüquqşünaslar olmaqla Çin Xalq Respublikasının hüquq institutları təmsil olunmuşdur.

Davamı
Çin Hüquq Cəmiyyəti ilə əlaqələr qurulur
Mayın 17-də Çin Hüquq Cəmiyyətinin nümayəndə heyəti ilə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi arasında tanışlıq və əməkdaşlıq görüşü keçirilmişdir. Nümayəndə heyətinin tərkibində Çin Hüquq Cəmiyyətinin rəhbər şəxsləri, hüquqşünas alimlər və praktik hüquqşünaslar olmaqla Çin Xalq Respublikasının hüquq institutları təmsil olunmuşdur.
Çin Hüquq Cəmiyyəti Çin Xalq Respublikasının bütün hüquq institutlarını özündə birləşdirən böyük bir qurumdur. Tərkibində 720 mindən artıq fərdi üzvlər - hüquqşünaslar, vəkillər, alimlər var. Bundan başqa, yüzlərlə hüquq institutu da bu Cəmiyyətdə birləşir.
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzində Çin Hüquq Cəmiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə qonaqlara Azərbaycan Respublikasının hüquq sistemi, mübahisələrin məhkəmədə və məhkəmədənkənar həlli yolları, kommersiya mübahisələrinə dair xarakterik məsələlər, xarici investisiya fəaliyyətinə yaradılmış hüquqi imkanlar və s. barədə məlumat verildi.
AAMM-nin direktoru Natiq Abdullayev qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq memorandumu bağlanmasını, hüquq cəmiyyətləri arasında təcrübə və informasiya mübadiləsinin aparılmasını təklif etdi. Çin Hüquq Cəmiyyətinin Mübadilə mərkəzinin baş direktoru Yin Baohu qarşılıqlı əməkdaşlığın qurulmasının zəruriliyini qeyd etdi və nümayəndə heyətinin Azərbaycana gəlişində əsas məqsədin də əməkdaşlıq qurmaq olduğunu bildirdi. Qonaqlar Cəmiyyətin Çində keçirilən tədbirlərində AAMM-in nümayəndələrinin də iştirakını arzuladıqlarını bildirdilər.
Qarşılıqlı ifnormsaya mübadiləsi və işgüzar dialoq formatında keçən görüşdə iştirak edən AAMM-nin arbitr və mediatorları Habil İsgəndərov, Niyazi Məmmədov, Vidadi Məmmədov ikitərəfli əlaqələrin qurulması və möhkəmləndirilməsinə dair öz təkliflərini bildirdilər.
AAMM Katibliyi