Azerbaijan Arbitration and Mediation Center AAMM beynəlxalq konfransda
Göndərən Admin Tarix: 03.05.2016
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin arbitri Niyazi Məmmədov Polşada keçirilən növbəti beynəlxalq tədbirdə iştirak edib. Aprelin 22-də Polşanın Novotomısl Ticarət Palatasının Arbitraj Məhkəməsinin təşkilatçılığı ilə "Arbitraj və Mediasiya: nəzəriyyədə və təcrübədə" seriyasından növbəti beynəlxalq arbitraj konfransı keçirilib.
Davamı
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin arbitri Niyazi Məmmədov Polşada keçirilən növbəti beynəlxalq tədbirdə iştirak edib.

Aprelin 22-də Polşanın Novotomısl Ticarət Palatasının Arbitraj Məhkəməsinin təşkilatçılığı ilə "Arbitraj və Mediasiya: nəzəriyyədə və təcrübədə" seriyasından növbəti beynəlxalq arbitraj konfransı keçirilib. Budəfəki konfrans “Arbitraj və mediasiya – ümumi və ya elit institutlar” mövzusunda təşkil olunmuşdu. Beynəlxalq konfransda iştirak edən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin arbitri Niyazi Məmmədov respublikamızda arbitraj və mediasiya ənənələri, AAMM-ın fəaliyyətinə dair çıxış edib. Tədbirdə Polşa, Ukrayna, Gürcüstan, Belorus, Türkiyə, Rusiya, Latviya, Almaniya, Qazaxıstan, Özbəkistanın arbitraj və mediasiya institutlarından nümayəndələr, iş adamları iştirak ediblər.

AAMM