Azerbaijan Arbitration and Mediation Center Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi daha bir xarici qurumla əməkdaşlıq müqaviləsi bağladı
Göndərən Admin Tarix: 11.04.2015
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) ilə Afina Ticarət və Sənaye Palatası arasında Əməkdaşlıq Sazişi bağlanıb.
Sazişə əsasən tərəflər mübahisələrin alternativ həlli üsullarına dair informasiya mübadiləsi aparmaq, arbitraj və mediasiya sahəsində birgə seminarlar, konfranslar, treninq kursları təşkil etmək, qarşılıqlı olaraq işgüzar səfərlər və s. bu kimi praktiki əhəmiyyətli əməkdaşlıq tədbirləri həyata keçirmək barədə razılaşıblar...

Davamı
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) ilə Afina Ticarət və Sənaye Palatası arasında Əməkdaşlıq Sazişi bağlanıb.
Sazişə əsasən tərəflər mübahisələrin alternativ həlli üsullarına dair informasiya mübadiləsi aparmaq, arbitraj və mediasiya sahəsində birgə seminarlar, konfranslar, treninq kursları təşkil etmək, qarşılıqlı olaraq işgüzar səfərlər və s. bu kimi praktiki əhəmiyyətli əməkdaşlıq tədbirləri həyata keçirmək barədə razılaşıblar.
Sazişdə, həmçinin, Azərbaycanın və Yunanıstanın beynəlxalq arbitraj və mediasiya sahəsində hüquqi baza, qanunvericilik sahəsində yeniliklər barədə bir-birini məlumatlandırmaq da nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini uğurla davam etdirir. İndiyədək 20-dən artıq ölkənin arbitraj və mediasiya institutları ilə qarşılıqlı əməkdaşlıq müqavilələri bağlanıb. 
AAMM