Azerbaijan Arbitration and Mediation Center AAMM və Ukrayna Mediasiya Mərkəzi əməkdaşlıq edəcək
Göndərən Admin Tarix: 23.01.2014
15 Yanvar 2014-cü ildə   Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) Baş katibi – Alida Mahmudova Kiyev şəhərində işğüzar səfər çərçivəsində Ukraynanın Mediasiya Mərkəzinin Direktoru xanım Galina Eyremenko ilə mediasiya sahəsində gələcək ikitərəfli əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinə dair görüş keçirmişdir.
Davamı
15 Yanvar 2014-cü ildə   Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) Baş katibi – Alida Mahmudova Kiyev şəhərində işğüzar səfər çərçivəsində Ukraynanın Mediasiya Mərkəzinin Direktoru xanım Galina Eyremenko ilə mediasiya sahəsində gələcək ikitərəfli əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinə dair görüş keçirmişdir.
A.Mahmudova Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) fəaliyyəti haqqında və Ukrayna Sənaye-Ticarət Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi daxil olmaqla, digər beynəlxalq arbitraj institutları ilə arbitraj məsələləri üzrə əməkdaşlıq barədə ətraflı məlumar vermiş və hazırda AAMM-ın mediasiya sahəsində də potensialının gücləndirilməsi marağının olmasını bildirmışdir.
Xanım G.Eyremenko isə öz növbəsində Ukrayna Mediasiya Mərkəzinin tarixi, onun tərəfdaşları, fəaliyyəti və təlim proqramları haqqında məlumat vermişdir. Ukrayna Mediasiya Mərkəzi kommersiya, korporativ, ailə və digər sahələr üzrə mediasiya xidmətlərini göstərir və mediatorlar üçün Peşəkar Təlim Proqramlarını təşkil edir.
Həmin Təlim Proqramları 3 istiqamətdə həyata keçirilir:
1) Mediatorlar  üçün Əsas Bacarıqlar: Təlim 2 moduldan ibarətdir (kommersiya mübahisələri üzrə altı gün və ailə mübahisələri üzrə iki gün).
2) Menecerlər üçün Danışıqlar aparmaq Bacarığı: Təlim mübahisənin təşkilat daxilində həlli və əhəmiyyəti, məsuliyyətli təşkilat danışıqlarında iştirakı nəzərdə tutulub.
3) Maraq ilə Danışıqlar: Təlim 3 modul olmaqla, hər modul üzrə üç gündən ibarətdir. Ilk modul təşkilat daxilində mübahisənin həll edilməsi. İkinci modul danışıqlar prosesində digər maraqların müəyyən edilməsi və analizi. Üçüncü modul isə tərəflərin emosiyalarının müəyyən edilməsi və onlara yardım göstərilməsi.
A.Mahmudova və G.Eyremenko, bu görüşü məhsuldar hesab etmiş və gələcəkdə ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafı üçün qarşılıqlı əməkdaşlıq haqqında Sazişin imzalanması barədə razılıq əldə edilmişdir.

AAMM   Katibliyi