Azerbaijan Arbitration and Mediation Center Bakıda beynəlxalq konfrans keçiriləcək
Göndərən Admin Tarix: 30.09.2012
Avropa və Asiyanın arbitraj və mediasiya üzrə mütəxəssisləri bir araya gəlir

25 oktyabr 2012-ci ildə Bakıda Grand Europe Hotel-də «Yerli və beynəlxalq mübahisələrin həllində arbitrlər və mediatorlar» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçıları Polşanın Novotomısk Ticarət Palatası yanında Arbitraj Məhkəməsi, Polşa Arbitraj və Mediasiya Assosiasiyası və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzidir...

Davamı
25 oktyabr 2012-ci ildə Bakıda Grand Europe Hotel-də «Yerli və beynəlxalq mübahisələrin həllində arbitrlər və mediatorlar» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçıları Polşanın Novotomısk Ticarət Palatası yanında Arbitraj Məhkəməsi, Polşa Arbitraj və Mediasiya Assosiasiyası və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzidir.

Qeyd edək ki, «Mərkəzi, Şərqi Avropa ölkələri və Asiyanın bəzi ölkələrində arbitraj və mediasiya» seriyasından hər il beynəlxalq konfrans keçirilir. Növbəti konfransın Bakıda keçirilməsi Mərkəzi və Şərqi Avropa ölkələrinin arbitraj institutlarının Azərbaycan Respublikasına göstərdiyi maraqdan irəli gəlir.
Konfrans çərçivəsində iştirakçı ölkələrin qanunvericiliyində və beynəlxalq sənədlərdə arbitrlər və mediatorların statusu, onların mübahisə tərəfləri və arbitraj məhkəmələri ilə münasibətləri, arbitr və mediatorların davranış kodeksi, arbitr və mediatorlara şamil edilən tələblər və s. məsələlərə dair məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır. Polşa, Böyük Britaniya, Fransa, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və s. ölkələrdən arbitraj və mediasiya sahəsində təcrübəli və nüfuzlu ekspertlərin məruzələri ilə yanaşı, Azərbaycanda mübahisələrin alternativ həlli üsulları ilə bağlı da iştirakçılara məlumat veriləcək.
Qeyd edək ki, son illərdə Azərbaycanda mübahisələrin məhkəmədən kənar alternativ həlli üsullarının tətbiqi ilə bağlı müəyyən təcrübə yaranıb. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi mübahisələrin alternativ həlli üsulları ilə bağlı maarifləndirici tədbirlərlə yanaşı, həmçinin, bu sahədə peşəkar mütəxəssislərin iştirakı ilə konkret mübahisələrin həlli ilə məşğul olur.
Beynəlxalq konfransda sahə mütəxəssisləri, hüquşünaslar və sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.