Azerbaijan Arbitration and Mediation Center AAMM-in Baş katibi beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir
Göndərən Admin Tarix: 14.06.2012
24-25 may 2012-ci il tarixlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində «Ukraynada və dünyada beynəlxalq kommersiya arbitrajı: dünən, bu gün, sabah» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Ukrayna Sənaye-Ticarət Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin 20 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə Avstriya, İsveç, İsveçrə, Belçika, Fransa, Finlandiya, Böyük Britaniya, Bolqarıstan, Niderland, Polşa, Çexiya və s. ölkələr daxil olmaqla, 20-dən artıq Avropa ölkəsi, Baltikyanı ölkələr, Rusiya, Belarus, Qazaxıstandan nümayəndələr iştirak etmişlər.
Davamı
24-25 may 2012-ci il tarixlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində «Ukraynada və dünyada beynəlxalq kommersiya arbitrajı: dünən, bu gün, sabah» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Ukrayna Sənaye-Ticarət Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin 20 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə Avstriya, İsveç, İsveçrə, Belçika, Fransa, Finlandiya, Böyük Britaniya, Bolqarıstan, Niderland, Polşa, Çexiya və s. ölkələr daxil olmaqla, 20-dən artıq Avropa ölkəsi, Baltikyanı ölkələr, Rusiya, Belarus, Qazaxıstandan nümayəndələr iştirak etmişlər. Bu nüfuzlu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin Baş katibi və arbitri Alidə Mahmudova təmsil etmişdir. A.Mahmudova Ukrayna STP yanında BKAM tərəfindən tədbirə məruzəçi qismində dəvət olunmuşdu. Qeyd edilməlidir ki, A.Mahmudova həm də Ukrayna STP yanında BKAM-ın arbitridir.
Beynəlxalq elmi-praktik konfransda kommersiya arbitrajının bugünkü vəziyyəti, problemli məsələlər və perspektivdə olan suallar ətrafında geniş müzakirələr aparılmışdır.
A.Mahmudova «Xarici arbitraj qərarlarının Azərbaycanda icrası» mövzusunda məruzə ilə çıxış etmişdir. A.Mahmudova məruzəsində beynəlxalq arbitraj sahəsində Azərbaycan Respublikasında hüquqi bazanın formalaşması tarixinə qısa nəzər salmaqla, xarici arbitraj qərarlarının tanınması və icrası proseduru barədə geniş məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, Azərbaycan Respublikası 1999-cu ildə «Beynəlxalq arbitraj haqqında» qanunu qəbul etmiş, 2000-ci ildə Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında Nyu-York Konvensiyasına qoşulmuşdur. Həmçinin, Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında xarici arbitraj qərarlarının Azərbaycan Respublikasında tanınması və icrası mexanizmi nəzərdə tutulmuşdur. Azərbaycanda xarici arbitraj qərarlarının tanınması və icraya yönəldilməsi qanunvericiliyə uyğun olaraq Ali Məhkəmə tərəfindən həll olunur. A.Mahmudova, həmçinin, xarici arbitraj qərarlarının tanınması və məcburi icraya yönəldilməsi ilə bağlı statistik məlumatları açıqlamış və bu sahədə görülmüş işlərlə bağlı ətraflı məlumat vermişdir.
Beynəlxalq konfransda kommersiya arbitraj institutlarının hazırki statusu, gələcək perspektivləri ilə bağlı mütəxəssislər arasında səmərəli diskussiyalar aparılmış, arbitraj institutları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuş, formalaşmış təcrübələr haqqında məlumatlar dinlənilmiş və yeni yaranan arbitraj institutlarına tövsiyələr verlmişdir.