Azerbaijan Arbitration and Mediation Center BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANI BKAM TƏMSİL ETMİŞDİR
Göndərən Admin Tarix: 22.09.2011
Bu il sentyabrın 21-22-də Gürcüstanın Batumi şəhərində “Mərkəzi, Şərqi Avropa və bir neçə Asiya ölkəsində arbitraj və mediasiya” mövzusunda konfrans keçirilmişdir. Şota Rustaveli adına Batumi Dövlət Universitetinin iclas salonunda təşkil edilmiş beynəlxalq işçi konfransının təşkilatçısı Polşa və Gürcüstanın Arbitraj məhkəmələri idi...

Davamı
Bu il sentyabrın 21-22-də Gürcüstanın Batumi şəhərində “Mərkəzi, Şərqi Avropa və bir neçə Asiya ölkəsində arbitraj və mediasiya” mövzusunda konfrans keçirilmişdir. Şota Rustaveli adına Batumi Dövlət Universitetinin iclas salonunda təşkil edilmiş beynəlxalq işçi konfransının təşkilatçısı Polşa və Gürcüstanın Arbitraj məhkəmələri idi.
“Tərəfləri Cənubi Qafqaz ölkələrindən (Azərbaycan, Gürcüstan, Ermənistan) olan beynəlxalq xüsusi mülkiyyət hüquqlu mübahisələrin həllində qeyri-dövlət məhkəmələrinin (ADR) rolu” mövzusunda dinləmələrdə Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin (BKAM) sədri, ədliyyə generalı  Vidadi Mirkamalın məruzəsi də dinlənilmişdir. Natiq ölkəmizdə Arbitraj institutunun fəaliyyəti barədə məlumat vermiş, mövzu ilə bağlı fikirlərini çatdırmış, təkliflərini söyləmiş, sualları cavablandırmış, belə tədbirlərin əhəmiyyətini vurğulamışdır. Aparılan görüşlərdə bir sıra ölkə arbitrajlarının təmsilçiləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunmuşdur.
Növbəti konfransın Bakıda BKAM-ın təşkilatçılığı ilə keçirilməsi qərara alınmışdır.
Qeyd edək ki, indiyədək Bakıda BKAM-ın təşkilatçılığı ilə Venesiya, Stokholm, Moskva arbitrajları ilə birgə belə konfrans, seminarlar yüksək səviyyədə reallaşmışdır.