Azerbaijan Arbitration and Mediation Center MƏRKƏZİMİZ “DANIŞIQLAR” KİTABINI RUS DİLİNDƏN TƏRCÜMƏ VƏ NƏŞR ETDİRMİŞDİR
Göndərən Admin Tarix: 28.03.2011
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi öz məramnaməsinə əməl edərək vətəndaşlarımızın hüquqi maarifləndirilməsinə, beynəlxalq hüququn qabaqcıl son nəzəriyyə və təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqinə yönəlmiş daha bir praktik layihəni reallaşdırıb: məşhur hollandiyalı hüquqşünas alim, professor Vilyam Mastenbrukun “DANIŞIQLAR” kitabını rus dilindən tərcümə və nəşr etdirib.
Davamı

Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) arbitri, yazıçı-jurnalist Hacı Nərimanoğlunun tərcümə etdiyi 196 səhifəli kitab BKAM-ın arbitri Xəqani Əhmədovun sponsorluğu ilə “E.L.” NPŞ MMC-də 500 tirajla nəşr olunub (korrektoru Ləman Qasımlı, kompyuter tərtibatçısı Emil Camalovdur). Kitaba Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri Fətəli Abdullayev ön söz yazmışdır.
Kitabın tam mətni ilə “Nəşrlər” bölməsində tanış ola bilərsiniz.