Azerbaijan Arbitration and Mediation Center AVROPA KONSTITUSİYA QANUNU MƏRKƏZİNİN İCRAÇI DİREKTORU MARİYA MOUSMOUTİ OFİSİMİZDƏ OLMUŞDUR
Göndərən Admin Tarix: 29.12.2010
HİYM-in sədr müavini, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) direktoru Natiq Abdullayevlə səmimi mehribanlıq atmosferində keçirilən görüşdə ölkəmizdə həyata keçirilən hüquqi islahatlara dəstək verilməsi üçün Mərkəzdə görülən işlər, reallaşan və hazırlanan tədbirlər, layihələr, nəşrlər barədə xanım Maria...
Davamı
HİYM-in sədr müavini, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) direktoru Natiq Abdullayevlə səmimi mehribanlıq atmosferində keçirilən görüşdə ölkəmizdə həyata keçirilən hüquqi islahatlara dəstək verilməsi üçün Mərkəzdə görülən işlər, reallaşan və hazırlanan tədbirlər, layihələr, nəşrlər barədə xanım Maria Mousmoutiyə bilgi verilmişdir. Mərkəzin təsisçiliyi ilə yaradılmış AAMM-ın xarici əlaqələrinin genişlənməsi, mübahisələrin alternativ həlli, arbitraj ideyalarının yayılması, təbliği, institusional quruculuğu, bu sahədə Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində fəaliyyəti barədə məlumatlar  qonağı xüsusilə maraqlandırmış, sualları cavablandırılmış, Mərkəzin ingilis dilində nəşrləri qonağa təqdim edilmişdir.
Xanım Maria Mousmouti Mərkəzin əməkdaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə baxılmaq üçün göndərilən işlərin hazırlanmasında əməli təcrübəsi olduğunu öyrəndiyini, bütövlükdə qurumun gördüyü işlərdən müsbət təəssürat aldığını deyərək, Mərkəzimizlə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıraraq əlaqələrin gələcək mümkün istiqamətləri barədə öz fikirlərini bildirmişdir.
Görüşdə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin Baş katibi Alidə Mahmudova da iştirak etmişdir.