Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi
Məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri
Hüquqi İslahatlara Yardım Mərkəsi İctimai Birliyinin sədri, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevin “Məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri” sərlövhəli məqaləsi “Respublika” qəzetinin 14 avqust 2013-cü il tarixli sayında dərc olunub.
Yazının tam mətni “Məqalələr” bölümündə.
AAMM Avropa arbitraj qurumları ilə əlaqələrini genişləndirir
19 fevral 2012-ci ildə Bolqarıstan Ticarət Sənaye Palatasının (BTSP) arbitraj fəaliyyətinin 116 illiyi və BTSP yanında Arbitraj Məhkəməsinin 60 illiyinə həsr olunmuş konfrans keçirilib. Təşkilatçıların dəvəti ilə konfransda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) Baş katibi, AAMM yanında Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) arbitri Alidə Mahmudova iştirak edib...
AAMM ŞİMALI QAFQAZ MÜNSİF HAKİMLƏRİ VƏ ARBİTRLƏRİ MİLLİ ŞURASI İLƏ ƏMƏKDAŞLIQ EDİR

BKAM-ın arbitri Dərbənd
Münsif Məhkəməsinin hakimi seçilib

Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) xarici münsif və arbitraj məhkəmələri, mübahisələrin alternativ həlli mərkəzləri ilə əməkdaşlığını genişləndirir. Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Regional Münsif Məhkəməsinin təşəbbəsü ilə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi ilə bu qurum arasında əməkdaşlıq barədə müzakirələr aparılmışdır. Əldə olunmuş ümumi anlaşmaya əsasən, hər iki qurum qarşılıqlı olaraq Rusiyada və Azərbaycanda arbitraj sahəsində qanunvericilik və praktiki işlərə dair informasiya mübadiləsi aparmaq, arbitraj araşdırmalarında iştirak etmək üçün qurumların arbitrlər (münsiflər) siyahısında təmsil olunmaq və s. tədbirlər haqqında razılığa gəlmişlər.
ARBİTRLƏRİMİZ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

Moskvada RF STP yanında BKAM-ın 80 illiyi ilə əlaqədar beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

Rusiya Federasiyasının paytaxtı
Moskva şəhərində Rusiya Ticarət-Sənaye Palatası (TSP) yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. «Beynəlxalq kommersiya arbitrajı Rusiyada və dünyada: inkişaf meylləri və müasir praktika» mövzusunda keçirilən konfransa Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi də dəvət olunmuşdu. Konfransda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin arbitrləri Arif Əsədov və Niyazi Məmmədov iştirak etmişlər...

BEYNƏLXALQ İŞGÜZAR KONFRANS
Avropa və Asiyanın arbitraj və mediasiya üzrə mütəxəssisləri Bakıda keçirilən işgüzar konfransda mübahisələrin alternativ həlli üsulları barədə müzakirələr apardılar.
25 oktyabr 2012-ci ildə Bakıda «Grand Europe Hotel»də «Yerli və beynəlxalq mübahisələrin həllində arbitrlər və mediatorlar» mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi, Polşanın Novotomısk Ticarət Palatası yanında Arbitraj Məhkəməsi, Polşa Arbitraj və Mediasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Mərkəzi və Şərqi Avropa ölkələrindən, həmçinin Türkiyə və Orta Asiyadan arbitraj və mediasiya üzrə nüfuzlu mütəxəssislər iştirak etmişlər...
Bakıda beynəlxalq konfrans keçiriləcək
Avropa və Asiyanın arbitraj və mediasiya üzrə mütəxəssisləri bir araya gəlir

25 oktyabr 2012-ci ildə Bakıda Grand Europe Hotel-də «Yerli və beynəlxalq mübahisələrin həllində arbitrlər və mediatorlar» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçıları Polşanın Novotomısk Ticarət Palatası yanında Arbitraj Məhkəməsi, Polşa Arbitraj və Mediasiya Assosiasiyası və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzidir...
AAMM-in Baş katibi beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir
24-25 may 2012-ci il tarixlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində «Ukraynada və dünyada beynəlxalq kommersiya arbitrajı: dünən, bu gün, sabah» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Ukrayna Sənaye-Ticarət Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin 20 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə Avstriya, İsveç, İsveçrə, Belçika, Fransa, Finlandiya, Böyük Britaniya, Bolqarıstan, Niderland, Polşa, Çexiya və s. ölkələr daxil olmaqla, 20-dən artıq Avropa ölkəsi, Baltikyanı ölkələr, Rusiya, Belarus, Qazaxıstandan nümayəndələr iştirak etmişlər.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU