Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi
“XALQ QƏZETİ” HİYM-in SƏDR MÜAVİNİ, AAMM-ın DİREKTORU NATİQ ABDULLAYEVLƏ GENİŞ MÜSAHİBƏ DƏRC ETMİŞDİR
“Xalq qəzeti”nin 28 yanvar tarixli sayında “AZE Konsaltinq Qrup”un direktoru, HİYM-in sədr müavini Natiq Abdullayevin “Nikah müqaviləsi nikahın və ailənin qorunmasında mühüm  vasitədir” mövzusunda geniş müsahibəsi verilmişdir. Müsahibə “məqalələr” bölümündə yerləşdirilmişdir...
KOLLEKTİVİMİZ 20 YANVAR FACİƏSİNİ YAD ETMİŞLƏR

Hüquqi İslahatlara Yardım Mərkəzi və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin kollektivi  20 Yanvar faciəsinin 20-ci ildönümündə Şəhidlər xiyabanında olmuş, torpaqlarımızın və dövlət müstəqilliyimizin müdafiəsi uğrunda canlarını qurban vermiş igid vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə tər qərənfillər düzmüşlər. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

“AZE CONSALTİNQ QRUP” FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
2002-ci ildən fəaliyyət göstərən «NVF Consaltinq» Şirkətinin və «İetellekt Holdinq» Şirkətlər Qrupunun bazasında hüquq varisliyi qaydasında yeni adla
«AZE Konsaltinq Qrup»
yüksək ixtisaslı mütəxəssislər, zəngin təcrübə ilə ən müasir konsaltinq xidmətlərini həyata keçirir.
“VƏRƏSƏLİK (NORMATİV AKTLAR, QƏRARLAR VƏ ŞƏRHLƏR (1923-2000-CI İLLƏR)” KİTABI TƏKRAR NƏŞR EDİLMİŞDİR

Hüquqi İslahatlara Yardım Mərkəzi və “AZE Consaltinq Qrup”un  mütəxəssisləri tərəfindən hazırlanmış kitabda 1923-cü il­dən 1965-ci ilə­dək qüv­və­də ol­muş Azərbaycan SSR Mül­ki Mə­cəl­lə­sinin və­rə­sə­li­yə aid nor­ma­la­rı­nın şər­hi, 1923-cü il­də qə­bul edil­miş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin (1923-cü il nəş­ri) il­kin re­dak­si­ya­sı­nın və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni, o cümlədən 1927 və 1956-cı il nəşrləri (MM-ə edil­miş əla­və və də­yi­şik­lik­lər (Fər­man və Qə­rar­lar)), 01.03.1965-ci il­dən qüv­və­yə min­miş Azər­bay­can SSR MM-in və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni (1965-ci il tarixli ilk rəsmi nəşri və 01.09.2000-ci ilə­dək olan dövr­ə əla­və və də­yi­şik­lik­lər) ve­ril­miş­dir...

“MÜBAHİSƏLƏRİN ALTERNATİV HƏLLİ ÜSULLARI Beynəlxalq sənədlər, şərhlər, qanunvericilik” kitabı nəşr edilmişdir
490 səhifəlik kitab Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Şu­ra­sı­nın ma­liy­yə yar­dı­mı ilə Hü­qu­qi İs­la­hat­la­ra Yar­dım Mər­kə­zi İc­ti­mai Bir­li­yi tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən "Azər­bay­can­da ar­bit­raj ins­ti­tu­tu­nun in­ki­şa­fı və mü­ba­hi­sə­lə­rin al­ter­na­tiv həl­li sa­hə­sin­də qa­nun­ve­ri­ci­lik ba­za­sı­na tək­lif­lə­rin dəs­tək­lən­mə­si" la­yi­hə­si çər­çi­və­sin­də nəşr edilmişdir.
HÜQUQİ İSLAHATLARA YARDIM MƏRKƏZİ İCTİMAİ BİRLİYİNİN SEMİNARLARI DİNLƏYİCİLƏRİN HÜQUQİ MAARİFLƏNMƏSİNDƏ ƏHƏMİYYƏTLİ OLMUŞDUR

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin (HİYM) həyata keçirdiyi "Azərbaycanda arbitraj institutunun inkişafı və mübahisələrin alternativ həlli sahəsində qanunvericilik bazasına təkliflərin dəstəklənməsi" layihəsi üzrə seminarlar nəzərdə tutulmuş qrafikə uyğun olaraq vaxtında başa çatmışdır.

FƏALİYYƏTİMİZƏ DAİR BU XƏBƏRLƏR AzərTAc-DA YAYILMIŞDIR

Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin fəaliyyəti, ölkəmizdə hüquqi islahatların təbliği, qanunvericilik bazasının möhkəmlənməsi, beynəlxalq əlaqələrinin genişlənməsi sahəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlər respublika mətbuatının diqqət mərkəzində olmaqla həmişə ardıcıl işıqlandırılır...

AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU