Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi
QAHİRƏ REGİONAL BEYNƏLXALQ KOMMERSİYA ARBİTRAJ MƏRKƏZİ İLƏ ƏLAQƏLƏR İNKİŞAF EDİR
12 sentyabr 2006-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Xatırladaq ki, CRCİCA 1979-cu il­dən fəaliyyət göstərir, baş qərargahı Mi­sir­də yerləşir, müs­tə­qil, qey­ri-kommersiya əsasları ilə fəaliyyət göstərir. Qurum Mi­sir­də­ki müs­tə­qil bey­nəl­xalq təş­ki­lat­la­rın ma­lik ol­du­ğu bütün im­ti­yaz və güzəştlərdən fay­da­lanmaq hüququna malikdir.
ALMANİYA ARBİTRAJ İNSTİTUTU (DİS) İLƏ ƏMƏKDAŞLIQ
Azər­bay­can Bey­nəl­xalq Kom­mer­si­ya Ar­bit­raj Məh­kə­mə­si qarşılıqlı əməkdaşlıq sahəsində ilk müqaviləni 1 sentyabr 2006-cı ildə Al­ma­ni­ya Ar­bit­raj İns­ti­tu­tu ilə bağlamışdır. Əmək­daş­lıq və  in­for­ma­si­ya müba­di­lə­si çərçivəsində DİS BKAM-ın kitabxanasına beynəlxalq arbitraja dair bir neçə adda elmi-praktiki kitab, jurnal hədiyyə etmişdir.
MEDİASİYAYA DAİR TƏLİM PROQRAMLARI HƏYATA KEÇİRİLMİŞDİR
Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada həyata keçirdiyi Hüquq Təşəbbüsü Layihəsi (ABA/CEEL) və ATƏT mediasiya (vasitəçilik) mövzusunda təlim proqramının həyata keçirilməsini təmin etmişdir. 15-18 may 2006-cı ildə Bakı şəhərində və 27-30 may 2006-cı ildə Şəki şəhərində keçirilən təlimlərdə respublikamızın bir çox bölgələrinin təmsilçiləri-vəkillər, hüquqşünaslar, iş adamları, müəllimlər, tələbələr də iştirak etmişlər.
“Arbitraj sazişi” kitabı nəşr edilmişdir
“İnternational Commercial Arbitration” Cəmiyyəti Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin sədri, ədliyyə generalı Vidadi Mirkamalın “Arbitraj sazişi” kitabını nəşr etdirmişdir. Monoqrafiyada arbitrajın hüquqi təbiəti və beynəlxalq arbitraj institutları, mübahisələrə alternativ qaydada baxılması, arbitraj sazişi anlayışı və növləri, arbitraj sazişinin etibarlılığı şərtləri, iradə azadlığı prinsipi və arbitraj sazişi, arbitraj sazişi və mülki-hüquqi müqavilə, arbitraj sazişinin məzmunu, Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin səlahiyyəti ilə bağlı məsələlər öz əksini tapır.
Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin təqdimat mərasimi olmuşdur
25 noyabr 2004-cü ildə “İnternational Commercial Arbitration” Cəmiyyətinin təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, “Avrasiya” Fondunun və bp-nin Biznes Mərkəzinin dəstəyi ilə  Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin (BKAM) təqdimat mərasimi keçirilmişdir. Biznes Mərkəzində keçirilən tədbirdə dövlət, qeyri-hökumət, beynəlxalq təşkilatların, KİV-in çoxsaylı nümayəndələri iştirak etmişdir.
AZƏRBAYCAN BEYNƏLXALQ ARBITRAJ MƏHKƏMƏSININ ƏSASNAMƏSI TƏKRAR NƏŞR EDILMIŞDIR
“İnternational Commercial Arbitration” Cəmiyyətinin Azərbaycan, rus və ingilis dillərində hazırlayıb nəşr etdirdiyi “Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin Əsasnaməsi” “Nafta-Press” nəşriyyatında yenidən təkrar nəşr edilmişdir.
“Azərbaycan Respublikasında Münsiflər (Arbitraj) Məhkəməsinin yaradılması və fəaliyyətinin təşkili” proqramı həyata keçirilir
“İnternational Commercial Arbitration” Cəmiyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin vəsaiti, “Avrasiya” Fondunun dəstəyi ilə “Azərbaycan Respublikasında Münsiflər (Arbitraj) Məhkəməsinin yaradılması və fəaliyyətinin təşkili” proqramını həyata keçirir.
Bu münasibətlə 11 oktyabr 2003-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində dövlət, qeyri-hökumət, beynəlxalq təşkilatların, KİV-in 70-dən çox nümayəndəsinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU