Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: “MÜNSİFLƏR MƏHKƏMƏSİ: QANUNVERİCİLİK, ŞƏRHLƏR, TƏCRÜBƏ ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

“MÜNSİFLƏR MƏHKƏMƏSİ: QANUNVERİCİLİK, ŞƏRHLƏR, TƏCRÜBƏ ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Bu kitab ”Münsiflər məhkəməsi. Qanunvericilik, şərhlər, təcrübə ” mövzusu üzrə ölkə hüquq ədəbiyyatında ilk vəsaitdir. Müəlliflər münsiflər məhkəməsinin mahiyyətini, genezisini, təyinatını, ictimai əsaslarını və müasir dövrdə geniş inkişaf etmiş beynəlxalq ticarətlə qarşılıqlı münasibətini oxuculara çatdırmağa çalışmışdır. Kitabda münsiflər məhkəməsi sisteminin yaranma və inkişafının tarixi etapları, bu vasitələrin inkişaf mexanizmləri açıqlanmışdır. Kitabda, həmçinin bu sahədə ölkə və MDB ölkələrini təcrübəsi ilə beynəlxalq təcrübə tutuşdurulur.
Kitabın əsas məqsədlərindən biri bu sahədən, bəlkə də, xəbərsiz olan, lakin xarici təcrübədən göründüyü kimi, bu sahəyə böyük ehtiyacı olan sahibkarlara, iş adamlarına və vətəndaşlara ticarətin inkişafının hərəkətverici qüvvəsi kimi münsiflər məhkəməsi haqqında sistemləşdirilmiş bilikləri çatdırmaqdır.
Kitaba, həmçinin beynəlxalq arbitraj işini və münsiflər məhkəməsinin işini tənzimləyən ölkədaxili və Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş beynəlxalq normalar da salınmışdır.
Kitab daxili və xarici iqtisadi əlaqələrdə iştirak edən xarici və ölkə sahibkarları, iş adamları və vətəndaşlarla yanaşı kommersiya və beynəlxalq xüsusi hüquqla məşğul olan tələbələr, eləcə də, aspirantlar və müəllimlər üçün də xeyirli ola bilər.
Vəsait “Mahir” hüquq firması tərəfindən həyata keçirilən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin vəsaiti hesabına  “Avrasiya ” Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda münsiflər məhkəməsinin inkişafı ” layihəsinə əsasən nəşr edilmişdir.
Nəşrin müəllifi Azər Hümbətov, elmi redaktoru Natiq Abdullayev, buraxılışa məsul və layihə direktoru Tofiq Quliyevdir.     
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU