Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: BKAM-ın hakim (arbitr) heyəti formalaşdı
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

BKAM-ın hakim (arbitr) heyəti formalaşdı
Müstəqil arbitraj institutu kimi Azərbaycanda ilk dəfə Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin təşkili prosesi davam edir. "International Commercial Arbitration" Cəmiyyətinin apardığı maarifləndirmə işi ilə yanaşı, beynəlxalq məhkəmə institutu kimi BKAM-ın təşkilati cəhətdən formalaşması sahəsində də artıq müəyyən işlər görülüb. Məlum olduğu kimi, "International Commercial Arbitration" Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə BKAM-ın Əsasnaməsi ölkənin tanınmış hüquqşünasları, mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub. Bundan sonra Əsasnamə layihəsinin son variantı işçi qrupu və "International Commercial Arbitration" Cəmiyyetinin Ali Orqanı tərəfindən bir daha müzakirə olunaraq, verilən təkliflər və düzəlişlər nəzərə alınmaqla qəbul edildi.
Eyni zamanda, "International Commercial Arbitration" Cemiyyətinin Ali Orqanının qərarı ilə yaradılmış Arbitrlərin Seçkisi üzrə Komissiya BKAM-ın hakimliyinə namizədlərin şəxsi işlərini, onlar haqqında əlavə məlumatları araşdıraraq 33 nəfərlik əsas hakim (arbitr) heyətini müəyyənləşdirib. Komissiyada hüquq elmləri doktoru Tamerlan Qarayev, tanınmış hüquqşünaslar Ənnağı Hacıbəyli və intiqam Əliyev həlledici səs hüququ ilə, Vidadi Mirkamal və Natiq Abdullayev isə məşvərətçi səs hüququ ilə iştirak edirlər. 5 il müddətinə seçilmiş arbitrlərin sırasında həm peşəkar hüquqşünaslar, həm de sahibkarlıq subyektləri ilə əməkdaşlıq edən, maliyyə, bank və sığorta işi, mətbu-atla əlaqələr və ictimai həyatın digər sahələrində çalışan təcrübəli mütəxəssislər var.
Arbitrlərin seçilməsi qaydaları, məhkəmənin fəaliyyət prinsipləri, strukturu, işə baxılma qaydaları haqqında Azərbaycanda arbitraj institutunun yaranmasında maraqlı olan və bu prosesə dəstək verən bir sıra nüfuzlu beynəlxalq qurumlara da mütəmadi məlumat verilir.
Artıq məlum olduğu kimi, Natiq Abdullayev Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri vəzifəsinə teyin edilmiş və Natiq Abdullayev (sədr), Tamerlan Qarayev, Vidadi Mirkamal, Leyla Acalova, Tofiq Quliyev, Ənnağı Hacıbəyli, intiqam Əliyevdən ibarət tərkibdə BKAM-ın Rəyasət Heyəti seçilmişdir.
Daimi fəaliyyət göstərəcək BKAM-ın hakimlərinin seçilməsi, məhkəmənin fəaliyyət qaydaları və s. Zəruri məsələlər ABŞ Hüquqşünaslar Assosiasiyası Mərkəzi. Avropa və Avroasiyada Hüquq Təşəbbüsü (ABA-CELL) rəhbərliyinin, ABŞ Beynəlxalq inkişaf Agentliyinin "Avrasiya" Fondunun Azərbaycan nümayəndəliyi və s. beynəlxalq təşkilatların mütəxəssislərinin iştirakı ilə müzakirə edilib.
BKAM-ın əsas hakim (arbitr) heyəti ilə yanaşı, 15 nəfərdən ibarət ehtiyat arbitr heyəti də Komissiya tərəfindən seçilib. Arbitrlərin seçilməsi haqqında Qaydalara müvafiq olaraq, əsas tərkibdən arbitrlərin könüllü və ya digər səbəblərdən çıxması nəticəsində vakant yerlərə Komissiyanın qərarı ilə ehtiyat siyahıdan olan arbitrlər seçiləcəklər. Qeyd edək ki, artıq belə bir dəyişiklik baş verib. Arbitrlərin siyahısı "Arbitraj" qəzetinə təqdim olunanadək əsas arbitr siyahısına seçilmiş bir nəfərin könüllü şəkildə siyahıdan çıxması nəticəsində vakant qalmış yerə Komissiyanın qərarı ilə ehtiyat arbitr siyahısında 1-ci yerdə olan hüquqşünas Cəfər Cəfərov seçilib.
BKAM-ın arbitrliyinə seçilən şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır. Lakin Arbitrlərin Seçkisi üzrə Komissiya hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini təmsil edən xarici vətəndaşların da arbitrlər siyahısına seçilməsi məsələsini müzakirə edir. Yaxın vaxtlarda bu məsələnin de müsbət həll olunacağı gözlənilir.
İlk dəfə olaraq "ARBİTRAJ" qəzeti BKAM-ın ilk tərkibini oxuculara təqdim edir (səh. 4-5-6). Bu tərkibə münasibət birmənalı olmaya da bilər. Ancaq Komissiya artıq öz sözünü deyib. Bu seçimin nə dərəcədə uğurlu olub-olmadığını isə arbitrlərin fəaliyyəti yaxın gələcəkdə göstərəcək.
"ARBİTRAJ" qəzeti redaksiyası BKAM-ın üzvlüyünə seçilmiş bütün arbitrləri səmimi təbrik edir, onlara yeni başladıqları bu işdə uğurlar arzulayır.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU