Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: AAMM-ın arbitri Polşada beynəlxalq konfransda
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

AAMM-ın arbitri Polşada beynəlxalq konfransda
Xəbərlər
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin arbitri Niyazi Məmmədov
Polşada keçirilən növbəti beynəlxalq tədbirdə iştirak edib.
İyunun 7-də Polşanın Novotomisl Ticarət Palatasının Arbitraj Məhkəməsinin
təşkilatçılığı ilə “Arbitraj və Mediasiya nəzəriyyədə və təcrübədə” seriyasından
növbəti beynəlxalq arbitraj konfransı keçirilib.
Konfrans “Mübahisələrin alternativ həllində təhlükəsizlik” mövzusuna həsr
olunmuşdur. 200-ə yaxın iştirakçısı olan beynəlxalq tədbir arbitraj və mediasiya
(mübahisələrin alternativ həlli) ideyasının həm Polşada, həm də beynəlxalq aləmdə
yayılmasında mühüm rol oynayır.
Beynəlxalq konfransda iştirak edən Azərbaycan Arbitraj və Mediasiya
Mərkəzinin arbitri Niyazi Məmmədov Mediasiyanın Azərbaycanda inkişafı
mövzusunda çıxış etmişdir. N.Məmmədov Azərbaycan Arbitraj və Mediasiya
Mərkəzinin 2008-ci ildən fəaliyyət göstərdiyini, xüsusən, ailə, müki və
kommersiya mübahisələrinin məhkəmədənkənar, mediasiya yolu ilə həlli
sahəsində bir sıra nəticələr əldə edildiyini bildirmişdir. N.Məmmədov həmçinin,
xüsusilə qeyd etmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının
Qanununun qəbul edilməsi, Prezident İlham Əliyev tərəfindən məhkəmə-hüquq
islahatlarının dərinləşdirilməsi və təkmilləşdirilməsinə dair bir sıra fərmanların
imzalanması ilə mediasiyanın Azərbaycanda tətbiqi və dinamik inkişafı üçün
beynəlxalq standartlara uyğun mükəmməl hüquqi baza yaranmışdır. Tədbirdə
Polşa, Ukrayna, Türkiyə, Moldova, Çin, Özbəkistan, Almaniya Arbitraj və
Mediasiya İnstitutlarının nümayəndələri, iş adamları iştirak etmişlər.
Tədbirin 2-ci günü, iyunun 8-də  konfrans iştirakçıları arasında atıcılıq üzrə
ənənəvi yarış keçirilmişdir. Azərbaycan təmsilçisi II-ci yerin qalibi olmuşdur.

AAMM-ın Katibliyi
Images: star.gif


 

Şərhlər
Şərh bildirilməmişdir.
Şərh bildir
Şərh etmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU