Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: AAMM Avropa arbitraj qurumları ilə əlaqələrini genişləndirir
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

AAMM Avropa arbitraj qurumları ilə əlaqələrini genişləndirir
19 fevral 2012-ci ildə Bolqarıstan Ticarət Sənaye Palatasının (BTSP) arbitraj fəaliyyətinin 116 illiyi və BTSP yanında Arbitraj Məhkəməsinin 60 illiyinə həsr olunmuş konfrans keçirilib. Təşkilatçıların dəvəti ilə konfransda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) Baş katibi, AAMM yanında Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) arbitri Alidə Mahmudova iştirak edib. 
Bolqarıstanın paytaxtı Sofiya şəhərinin «Şeraton» otelində keçirilən tədbirdə BTSP yanında Arbitraj Məhkəməsinin sədri S.Çernev, BTSP-nin sədri Ç.Simeonov açılış nitqi ilə çıxış ediblər. BTSP yanında Arbitraj Məhkəməsinin 60 illik fəaliyyətinə dair məruzə ilə çıxış edən S.Çernev qonaqlara bu qurumun beynəlxalq arbitraj sahəsində gördüyü işlər, Bolqarıstanın arbitraj qanunvericilyi və arbitraj təcrübəsi haqqında məlumat verib.
A.Mahmudova AAMM və BKAM adından bolqar həmkarlarını təbrik edib, həmçinin, beynəlxalq arbitraja dair Azərbaycan Respublikasının qanunvericiliyi, son illərdə ölkəmizdə beynəlxalq arbitraj və mediasiya sahəsində görülən işlər, yeni təcrübələr barədə məlumat verib. Azərbaycanda qısa müddət ərzində fəaliyyət göstərən arbitraj və mediasiya qurumunun fəaliyyətinə dair A.Mahmudovanın məlumatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində A.Mahmudova Bolqarıstan TSP yanında Arbitraj Məhkəməsi və Şərqi Avropa ölkələrinin arbitraj qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. AAMM ilə Avropanın inkişaf etmiş bir neçə qurumu arasında qarşılıqlı əməkdaşlığa dair ilkin razılaşmalar əldə olunub.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU