Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: AAMM ŞİMALI QAFQAZ MÜNSİF HAKİMLƏRİ VƏ ARBİTRLƏRİ MİLLİ ŞURASI İLƏ ƏMƏKDAŞLIQ EDİR
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

AAMM ŞİMALI QAFQAZ MÜNSİF HAKİMLƏRİ VƏ ARBİTRLƏRİ MİLLİ ŞURASI İLƏ ƏMƏKDAŞLIQ EDİR
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) xarici münsif və arbitraj məhkəmələri, mübahisələrin alternativ həlli mərkəzləri ilə əməkdaşlığını genişləndirir. Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Regional Münsif Məhkəməsinin təşəbbəsü ilə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi ilə bu qurum arasında əməkdaşlıq barədə müzakirələr aparılmışdır. Əldə olunmuş ümumi anlaşmaya əsasən, hər iki qurum qarşılıqlı olaraq Rusiyada və Azərbaycanda arbitraj sahəsində qanunvericilik və praktiki işlərə dair informasiya mübadiləsi aparmaq, arbitraj araşdırmalarında iştirak etmək üçün qurumların arbitrlər (münsiflər) siyahısında təmsil olunmaq və s. tədbirlər haqqında razılığa gəlmişlər.

Əməkdaşlıq sahəsində müzakirələri davam etdirmək üçün yanvarın 25-də Dərbənd Regional Münsif Məhkəməsinin sədri Farid Ramazanov və Şimali Qafqaz Federal Dairəsinin münsif hakimləri və arbitrləri Milli Şurasının və RF Dağıstan Respublikasının münsif hakimləri Regional Palatasının sədri Sapiyulla Bammatov Bakıya gəlmişlər. AAMM-də keçirilən görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının münsif və arbitraj məhkəmələri, o cümlədən Münsiflər Palatası ilə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi arasında ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə olunmuşdur. Qonaqlarla işgüzar görüşdə AAMM-in direktoru Natiq Abdullayev və AAMM-in arbitri (və mediatoru) Habil İsgəndərov iştirak etmişlər.   

Məlumdur ki, Rusiya Federasiyasının müxtəlif regionlarında, o cümlədən, Dağıstanda  Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri olan iş adamlarının sayı çoxdur. Çoxsaylı azərbaycanlılar və Azərbaycan Respublikasının hüquqi şəxsləri bu regionda ciddi biznes fəaliyyəti ilə məşğuldurlar. Həmçinin, Azərbaycan Respublikasında Rusiya Federasiyasının biznes qurumları fəaliyyət göstərirlər. Azərbaycan Respublikası və RF Dağıstan Respublikası arasında xarici ticarət dövriyyəsi aktivdir. Belə bir şəraitdə qarşılıqlı münasibətlərdə olan biznes qurumları və iş adamları arasında yaranan və ya yarana biləcək mübahisələrin arbitraj yolu ilə həll olunması hər iki ölkənin iş adamları, biznes qurumları üçün səmərəlidir. Bu baxımdan AAMM və Dağıstanda çalışan arbitrlər biznes qurumları arasında arbitrajın üstünlüyünə dair maarifləndirmə aparılması, arbitrajın tanınması və qəbul olunması üçün zəruri tədbirlər görülməsi barədə razılığa gəliblər. Artıq bu istiqamətdə işlər görülür. Hər iki ölkənin biznes qurumlarının iqtisadi fəaliyyətlə bağlı müqavilələrində gələcəkdə yarana biləcək mübahisələrin AAMM yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində və ya Dərbənd Münsif Məhkəməsində baxılmasına dair arbitraj (münsif) qeyd-şərtinin nəzərdə tutulması məqsədilə biznes qurumları və iş adamları arasında maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Hər iki ölkədən olan biznes qurumlarının və iş adamlarının etimadının qazanılması üçün AAMM ilə xarici arbitraj (münsif) qurumları arasında əməkdaşlığın bir forması da arbitrlərin qarşılıqlı surətdə təmsil olunmasıdır. Bu məqsədlə AAMM-in arbitri və mediatoru Habil İsgəndərovun əvvəlcədən irəli sürülən namizədliyi Rusiya Federasiyası Münsif hakimləri və arbitrləri Milli Şurasında müzakirə olunmuşdur. Yanvarın 25-də Bakıya gələn Dərbənd Münsif Məhkəməsinin sədri F.Ramazanov və RF Şimali Qafqaz Federal Dairəsi münsif hakimləri və arbitrləri Milli Şurasının sədri S.Bammatov H.İsgəndərovun Dərbənd Münsif Məhkəməsinin hakimi seçilməsi barədə məlumat verib və ona müvafiq vəsiqəni təqdim ediblər.
Bundan sonra Azərbaycan və Dağıstan biznes qurumları, iş adamları arasında iqtisadi mübahisələrin həllində münsif hakimi kimi H.İsgəndərov da iştirak edə biləcək. 
AAMM və RF Dağıstan Respublikasının münsif məhkəmələri arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə memorandum imzalanmasına dair razılıq əldə olunub.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU