Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: ARBİTRLƏRİMİZ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

ARBİTRLƏRİMİZ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Ticarət-Sənaye Palatası (TSP) yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. «Beynəlxalq kommersiya arbitrajı Rusiyada və dünyada: inkişaf meylləri və müasir praktika» mövzusunda keçirilən konfransa Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi də dəvət olunmuşdu. Konfransda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin arbitrləri Arif Əsədov və Niyazi Məmmədov iştirak etmişlər.
Moskva Konfransını Rusiya Federasiyası TSP-nin prezidenti Sergey Kotırin təbrik çıxışı ilə açdıqdan sonra Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevin tədbir iştirakçılarına təbrik məktubu oxunmuşdur. Qeyd edək ki, ixtisasca hüquqşünas olan D.Medvedev həm də Rusiya STP yanında BKAM-ın üzvüdür, lakin hazırki vəzifəsi ilə əlaqədar müvəqqəti olaraq arbitraj məhkəmə icraatında iştirak etmir. Rusiya Prezidentinin sahibkarların hüquqları üzrə müvəkkili Boris Titov təbrik nitqi ilə çıxış edərək, arbitraj institutunun fəaliyyətinin Rusiyanın beynəlxalq imicinə, sahibkarlığın inkişafına müsbət təsirini qeyd etmişdir. RF Dövlət Dumasının, RF Konstitusiya Məhkəməsinin, RF Ali Məhkəməsinin, Ali Arbitraj Məhkəməsinin konfrans iştirakçılarına təbrik məktubları oxunmuşdur. A.Əsədov Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin Rusiya STP yanında BKAM-ın 80 illiyinə ünvanlanmış təbrik məktubunu oxumuş və AAMM ilə Rusiya STP yanında BKAM-ın qarşılıqlı əməkdaşlığını əks etdirən «Dostluq bayrağını» bu qurumun sədri Aleksey Kostinə təqdim etmişdir. Azərbaycan nümayəndələrinin təbrik çıxışı və iki ölkənin arbitraj institutları arasındakı dostluq münasibətlərini əks etdirən simvolik hədiyyəsi konfrans iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.

Elmi-praktik konfransda müasir dövrdə dünyada və Rusiyada beynəlxalq arbitraj institutlarının inkişaf meylləri və mövcud problemlərə dair təcrübəli ekspertlərin məruzələri dinlənilmişdir. İsveç, Almaniya, Böyük Britaniya, Ukrayna, Rusiya, Qazaxıstan, Çex Respublikası, Polşa və s. ölkələrin arbitraj institutlarının nümayəndələri müasir dövrdə beynəlxalq arbitraj prosesinə dair maraqlı məruzələrlə çıxış etmiş, müzakirələr aparmışlar. Rusiya STP yanında BKAM-ın üzvləri 1922-ci ildən indiyədək BKAM-ın keçdiyi inkişaf yoluna bir daha nəzər salmış, bu qocaman arbitraj institutunun hazırki fəaliyyətinə dair iştirakçılara geniş məlumat vermişlər. Bildirilmişdir ki, Rusiya STP yanında BKAM dünyanın ən nüfuzlu arbitraj institutlarından biridir, il ərzində 250-dən artıq kommersiya mübahisəsi üzrə işlərə baxan BKAM-ın arbitrləri siyahısında 170-dən artıq arbitr var ki, onların da 1\3 hissəsini xarici mütəxəssislər təşkil edir.
Konfrans iştirakçılarına Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verilmiş, nümayəndə heyətimiz bir sıra xarici arbitraj institutlarının rəhbərləri ilə ikitərəfli danışıqlar aparmış və əməkdaşlıq barədə razılıqlar əldə etmişlər. Rusiya STP yanında BKAM-la qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək, bundan sonra qarşılıqlı işgüzar səfərlərin intensivləşdirilməsi, hər iki ölkənin arbitraj institutlarının arbitrlər siyahısına qarşılıqlı surətdə arbitrlərin təqdim edilməsi və əməkdaşlığın digər formaları ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi dünyanın nüfuzlu arbitraj institutları ilə əməkdaşlığını daim genişləndirir və beynəlxalq əlaqələrini inkişaf etdirir. Rusiya STP yanında BKAM-la Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi arasında səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri vardır. 2010-cu ilin dekabr ayında Rusiya STP yanında BKAM və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda beynəlxalq hüquq konfransı keçirilmişdi.
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU