Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: BEYNƏLXALQ İŞGÜZAR KONFRANS
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

BEYNƏLXALQ İŞGÜZAR KONFRANS
Avropa və Asiyanın arbitraj və mediasiya üzrə mütəxəssisləri Bakıda keçirilən işgüzar konfransda mübahisələrin alternativ həlli üsulları barədə müzakirələr apardılar.
25 oktyabr 2012-ci ildə Bakıda «Grand Europe Hotel»də «Yerli və beynəlxalq mübahisələrin həllində arbitrlər və mediatorlar» mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi, Polşanın Novotomısk Ticarət Palatası yanında Arbitraj Məhkəməsi, Polşa Arbitraj və Mediasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Mərkəzi və Şərqi Avropa ölkələrindən, həmçinin Türkiyə və Orta Asiyadan arbitraj və mediasiya üzrə nüfuzlu mütəxəssislər iştirak etmişlər. 
3 sessiyada davam edən konfransda Polşa, Böyük Britaniya, Fransa, Türkiyə, Ukrayna, Almaniya, Rusiya, Gürcüstan və s. ölkələrdən arbitraj və mediasiya sahəsində təcrübəli və nüfuzlu ekspertlərin məruzələri ilə yanaşı, Azərbaycanda mübahisələrin alternativ həlli üsulları ilə bağlı da iştirakçılara məlumat verildi.
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin Baş katibi Alidə Mahmudova «Azərbaycanda  beynəlxalq arbitrajın inkişafı» mövzusunda çıxış edərək, ölkəmizdə hüquq islahatlarının aparılması nəticəsində beynəlxalq arbitraj institutunun fəaliyyətinə şərait yaranması ilə bağlı məlumat vermişdir. A.Mahmudova Azərbaycanda beynəlxalq arbitraj institutunun, o cümlədən, mübahisələrin digər alternativ həlli üsullarının geniş tətbiq olunması üçün qanunvericilik bazasının mövcudluğunu vurğulamaqla yanaşı, bəzi normativ aktların təkmilləşdirilməsinə zərurət olduğunu qeyd etmişdir. 

Konfransda 10-dan artıq beynəlxalq ekspert mübahisələrin alternativ həlli üsulları ilə bağlı aktual mövzularla çıxış etmişlər. Polşa Arbitraj və Mediasiya Assosiasiyasının və Novotomısk STP yanında Arbitraj Məhkəməsinin sədri beynəlxalq arbitr Vlodzimer Brıx  «Arbitrlər və onların daimi arbitraj məhkəmələri (arbitraj institutları) ilə münasibətləri», Rusiya STP yanında BKAM-ın arbitri, professor Mixail Savranskiy «Postsovet məkanında beynəlxalq arbitrajın inkişafının aktual aspektləri», Beynəlxalq Hüquq Elmləri Assosiasiyasının (Paris) sədri, professor, beynəlxalq arbitr Ergün Özsünay «Mübahisələrin həllində arbitrlər və mediatorlar» mövzusunda, Özbəkistan Milli Universitetinin Hüquq fakültəsinin professoru Yusif Nəzərov «Milli və beynəlxalq mübahisələrin həllində arbitrlər və mediatorlar» mövzusunda, Salans UK Ltd. (Bakı) şirkətinin hüquqşünası Ruhiyyə İsayeva «Arbitraj qeyd-şərtinin köməyi ilə kommersiya müqavilələrinin yurisdiksiyasının mübahisələndirilməsi » mövzusunda, ARDNŞ-in hüquq şöbəsinin hüquq məsləhətçisi Xəyal Məmmədov «Arbitrlərin müstəqilliyi və qərəzsizliyi: Azərbaycan qanunvericiliyinin təhlili»  mövzusunda, beynəlxalq arbitr (Polşa) Robert Çiçörz  «Polşa qanunvericiliyində xarici arbitrlərin statusu» mövzusunda, beynəlxalq arbitr (Polşa) Pavel Pietkieviç «Arbitrlərin təyinatı və geri çağırılmasında dövlət məhkəmələrinin rolu» mövzusunda, Baker & McKenzie - CIS, Ltd (Bakı) şirkətinin portnyoru Gündüz Kərimov «Arbitrlərin irəli sürülməsi və təyinatı» mövzusunda, ReedSmith LLP (London) hüquq şirkətinin portnyoru Şai Vade  «Beynəlxalq arbitraj icraatında arbitrlərin geri çağırılması» mövzusunda, Poznan (Polşa) Kommersiya Arbitraj Məhkəməsinin sədri Rizard Vargin «Arbitraj məhkəməsinin tərkibi» mövzusunda, İstanbul STP-nin hüquq məsləhətçisi Feyza Eker Ayhan  «Mediasiya haqqında yeni Türkiyə qanunvericiliyi haqqında», Acariya Muxtar Respublikasının (Gürcüstan, Batumi) Beynəlxalq Arbitraj Məhkəməsinin sədr müavini Paata Kopaleşvili «Kommersiya mübahisələrinin həllində  arbitraj və mediasiyanın kombinasiyası» mövzusunda, Gürcüstan Mübahisələrin Həlli Mərkəzinin arbitri, Gürcüstan-Amerika Universitetinin dosenti Madona Qhibradze «Gürcüstanın hüquq sistemində mediasiya» mövzusunda, Arbitraj Məhkəmə icraatı İnstitutunun direktoru Levan Canaşiya «Gürcüstanda məhkəmə mediasiyası» mövzusunda, Gürcüstan Notariat Palatasının İdarə Heyətinin üzvü David Okroşidze «Gürcüstanda notarait  mediasiyası» mövzusunda çıxış etmişlər.
Bütün çıxışlar iştirakçılar tərəfindən maraqla dinlənilmiş, hər bir mövzu ətrafında müzakirələr aparılmış və problemli məsələlərin həlli yolları ilə bağlı təkliflər səslənmişdir.

Qeyd edək ki, «Mərkəzi, Şərqi Avropa ölkələri və Asiyanın bəzi ölkələrində arbitraj və mediasiya» seriyasından hər il beynəlxalq konfrans keçirilir. Növbəti konfransın Bakıda keçirilməsi Mərkəzi və Şərqi Avropa ölkələrinin arbitraj institutlarının Azərbaycan Respublikasına göstərdiyi maraqdan irəli gəlir. Xarici ekspertlər konfrans çərçivəsində aparılan müzakirələrdə Azərbacyanda mübahisələrin alternativ həlli üsullarının tətbiqinə münbit şəraitin olduğunu, bu sahənin perspektivli inkişafına inandıqlarını bildirmişlər.
Qeyd edək ki, son illərdə Azərbaycanda mübahisələrin məhkəmədən kənar alternativ həlli üsullarının tətbiqi ilə bağlı müəyyən təcrübə yaranıb. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi mübahisələrin alternativ həlli üsulları ilə bağlı maarifləndirici tədbirlərlə yanaşı, həmçinin, bu sahədə peşəkar mütəxəssislərin iştirakı ilə konkret mübahisələrin həlli ilə məşğul olur.
Beynəlxalq konfransda məruzəçi-ekspertlərlə yanaşı, xarici və yerli mütəxəssislər, hüquqşünaslar və sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak etmişlər.
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU