Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: Məhkəmələrdə mediasiya
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Məhkəmələrdə mediasiya
Mart ayının 16-da Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Ali Məhkəməsinin binasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) «Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi» layihəsinin, USAİD-nin və Gürcüstan Ali Məhkəməsinin dəstəyi ilə «Məhkəmələrdə mediasiya və mübahisələrin alternativ həlli yolları. Şərqi Avropa ölkələrində və digər ölkələrdə perspektivlər» mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd Şərqi Avropa ölkələrinin hakim assosiasiyalarının üzvlərinin və mövzu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə mübahisələrin alternativ həlli yolları (mediasiya) ilə bağlı müzakirələrin keçirilməsi, təcrübə mübadiləsi aparmaq olmuşdur. Tədbirdə GİZ-in proqram rəhbəri və ekspertləri, Almaniya Hakimlər Assosiasiyasının sədri və məhkəmə hakimləri, Azərbaycan, Polşa, Ukrayna, Qazaxıstan, Moldova, Türkiyə, Ermənistan, Gürcüstan hakim assosiasiyalarının rəhbərləri, məhkəmə hakimləri, mediasiya sahəsində mütəxəssislər iştirak etmişlər.
Beynəlxalq tədbirdə Azərbaycanı Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin və Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Amil Dosiyev, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin arbitri Habil İsgəndərov təmsil ediblər.
Dəyirmi Masada AAMM-ın arbitri H.İsgəndərov Azərbaycan məhkəmələrində mübahisələrin mediasiya yolu ilə həlli imkanları və mübahisələrin məhkəmədənkənar həlli mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə mübahisələrin məhkəmələrdə mediasiya yolu ilə həlli sahəsində qanunvericiliyin vəziyyəti, gözlənilən yeniliklər və perspektivlərlə bağlı məsələlər, o cümlədən, hazırda mübahisələrin məhkəmədənkənar həlli sahəsində AAMM-ın gördüyü işlər barədə məlumat verilmişdir. H.İsgəndərov çıxışında, həmçinin, vurğulamışdır ki, Azərbaycan Respublikasının müvafiq prosessual qanunvericiliyində mediasiya prosesinin məhkəmələrdə tətbiqi nəzərdə tutulmamışdır. Lakin qanunvericilikdə məhkəmələrdə baxılan mübahisələrin tərəflərin barışıq sazişi bağlaması ilə həll olunması imkanı nəzərdə tutulur. Hazırda məhkəmələr də öz fəaliyyətlərində tərəflərin barışmasına və mübahisələrin barışıq sazişi ilə həll olunmasına köməklik göstərirlər. Məruzədə həmçinin, belə bir inam ifadə olunmuşdur ki, kifayət qədər səmərəli şəkildə məhkəmə-hüquq islahatları aparılan Azərbaycan Respublikasında mediasiya haqqında qanunun yaxın gələcəkdə qəbul olunması mübahisələrin alternativ həlli üsullarının təcrübədə tətbiqi imkanlarına şərait yarada bilər.  
Dəyirmi Masada çıxış edən Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov mübahisələrin həllində mediasiya institutunun tətbiqinin məhkəmələrdə iş yükünün azalmasına, eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin daha da artmasına müsbət təsir edə biləcəyini bildirmişdir.
Dəyirmi Masada Almaniya və Şərqi Avropa ölkələrində məhkəmələrdə mediasiyanın tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi təşəbbüsləri, hakim-mediatorların praktiki fəaliyyəti ilə bağlı mütəxəssislərin məruzələri dinlənilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirdə iştirakçı ölkələrin hakim assosiasiyalarına mübahisələrin məhkəmələrdə və məhkəmədənkənar həllində mediasiyanın tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinə dair tövsiyələr verilmişdir.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU