Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: Nəşrimiz Konstitusiya Məhkəməsinin kitabxanasına hədiyyə edilmişdir
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Nəşrimiz Konstitusiya Məhkəməsinin kitabxanasına hədiyyə edilmişdir
Bununla əlaqədar HİYM-in sədr müavini, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevin imzası ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə göndərilən məktubda deyilir:

Hörmətli Fərhad müəllim!
“Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi” tərəfindən Vidadi Mirkamalın müəllifliyi ilə “Beynəlxalq arbitraj prosesi” kitabı çap etdirilmişdir.
Bu kitabda ölkəmizdə ilk dəfə olaraq Arbitraj Məhkəmələrinin fəaliyyəti prosessual nöqtəsi-nəzərdən araşdırılır, qloballaşan müasir dünyada beynəlxalq arbitraj məhkəmələrinin rolunun və əhəmiyyətinin artmasını şərtləndirən səbəblər, Azərbaycan Respublikasının qoşulduğu müvafiq konvensiyaların mahiyyəti geniş şəkildə şərh olunur.
Hesab edirik ki, bu kitab Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kitabxanası üçün dəyərli vəsait ola bilər.
Odur ki, kitabın bir neçə nüsxəsini böyük məmnuniyyətlə Konstitusiya Məhkəməsinin kitabxanasına təqdim edirik.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU