Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: Müsabiqə qalibi olan kənd məktəbinə təbrik məktubu göndərilmişdir
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Müsabiqə qalibi olan kənd məktəbinə təbrik məktubu göndərilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2010/2011-ci tədris ilində” keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” 28 iyun 2011-ci il tarixli sərəncamına əsasən mükafatlandırılan məktəblər arasında Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbinin də adı var.
Bununla əlaqədar HİYM-in sədr müavini, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevin imzası ilə Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbinin direktoru cənab Hakim Ələkbərova göndərilən məktubda deyilir:

“Hörmətli Hakim müəllim!
Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin “2010/2011-ci tədris ilində” keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında 28 iyun 2011-ci il tarixli sərəncamına əsasən 2010/2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandığınıza görə mükafatlandırıldığınız üçün Sizi və Sizin timsalınızda Qaradəmirçi kənd orta məktəbinin pedaqoji kollektivini səmimi qəlbdən təbrik edir, Sizə və məktəbin pedaqoji kollektivinin üzvlərinə uzun ömür, can sağlığı arzulayıram.
Məzunu olduğum məktəbin bu uğuruna hədsiz dərəcədə sevindiyimi Sizlərə çatdırıram.
Sizə və məktəbimizin pedaqoji kollektivinə daha böyük uğurlar arzulayıram.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU