Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: “BEYNƏLXALQ ARBİTRAJ PROSESİ” KİTABI NƏŞR EDİLMİŞDİR
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

“BEYNƏLXALQ ARBİTRAJ PROSESİ” KİTABI NƏŞR EDİLMİŞDİR
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi tərəfindən tanınmış hüquqşünas Vidadi Mirkamalın “BEYNƏLXALQ ARBİTRAJ PROSESİ” kitabı çapdan buraxılmışdır.
Kitabda ölkəmizdə ilk dəfə olaraq Arbitraj Məhkəmələrinin fəaliyyəti prosessual nöqteyi-nəzərdən araşdırılır, müstəqil tədris kursu kimi əhatəli şəkildə təqdim edilir.
Tədqiqat əsərində qloballaşan müasir dünyada beynəlxalq arbitraj məhkəmələrinin rolunun və əhəmiyyətinin artmasını şərtləndirən səbəblər, Azərbaycan Respublikasının qoşulduğu müvafiq konvensiyaların mahiyyəti də geniş şərh olunur. Kitab ilk təşəbbüs olaraq hüquqşünaslar, elmi işçilər, tələbələr və bu sahənin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
“E.L” Nəşriyyat və Poliqrafiya Şirkəti MMC-nin mətbəəsində 500 tirajla çapdan buraxılan 450 səhifəlik kitabın redaktoru  Habil İsgəndərovdur.
Kitab oxuculara ünvanlanmış “Ön Söz”lə açılır:

ÖN SÖZ

SSRİ dağılandan sonra müstəqillik qazanmış ölkələrdə beynəlxalq hüquqa, beynəlxalq iqtisadi proseslərə və birliklərə inteqrasiya meylləri başladı. Azərbaycan Respublikası bu cəhətdən istisnalıq təşkil etmədi, belə ki, Azərbaycan bir çox Konvensiyaları imzalamış və beynəlxalq təşkilatlara üzv olmuşdur. İnteqrasiya prosesi bir sıra yeni institutların, mərkəzlərin yaranmasını həyati zərurətə çevirmişdir.
Dünyada gedən inteqrasiya və qloballaşma prosesləri arbitraj orqanlarının da fəaliyyətində özünü göstərir. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində, azad iqtisadi zonalarında daimi fəaliyyət göstərən arbitraj məhkəmələri mövcuddur.
XX əsrin 80-ci illərindən yeni arbitraj institutlarının yaranması geniş vüsət almağa başladı. Avro-Ərəb Arbitraj Sistemi, Honq-Konq Beynəlxalq Arbitraj Mərkəzi, Amerikaarası Kommersiya Arbitraj Komissiyası, Asiya-Afrika hüquq məsləhət Komitəsi bu qəbildən olan mərkəzlərdəndir.
Son dövrlər ölkəmizdə beynəlxalq arbitraj məhkəmələrinin rolunun və əhəmiyyətinin artmasına və xarici dillərdə (ingilis, fransız, alman, rus) kifayət qədər ədəbiyyatın nəşr olunmasına baxmayaraq, Azərbaycan dilində bu sahədə sanballı monoqrafiya, elmi-tədqiqat əsərləri, kitablar yazılmamışdır.
Beynəlxalq Kommersiya Arbitraj Məhkəmələrinin fəaliyyəti istər postsovet məkanında yerləşən ölkələrdə, istərsə də Avropa ölkələrində prosessual baxımdan müstəqil tədqiqat obyekti olmamışdır, bu kitab Arbitraj Məhkəmələrinin fəaliyyətini prosessual nöqteyi-nəzərdən müstəqil araşdıran və onu müstəqil tədris kursu kimi təqdim edən ilk təşəbbüs və cəhddir. 
Lakin bu kitab bu sahədə yazılan ilk əsər olduğuna görə müəyyən çatışmazlıqlardan və Sizdə mübahisə doğura biləcək məqamlardan da xali deyildir.
Müəllif bu problemin tədqiqatını davam etdirmək niyyətindədir və bu dərsliklə bağlı oxucuların, xüsusən tədqiq olunan sahənin mütəxəssislərinin rəy və təklifləri çox maraqlı və gərəklidir. 
Ona görə də Sizlərin hər bir qeydinizi və iradınızı müəllif dərin minnətdarlıq hissi ilə qəbul etməyə hazırdır.

Kitabın tam mətni “Nəşrlər” bölməsində yerləşmişdir.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU