Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: KONFRANSIMIZ KİV-DƏ GENİŞ İŞIQLANDIRILMIŞDIR
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

KONFRANSIMIZ KİV-DƏ GENİŞ İŞIQLANDIRILMIŞDIR
AzərTAc, APA, Azadinform, Mediaforum, SİA, QHTXEBER, XEZER TV və digər kütləvi informasiya vasitələrində Rusiya və Azərbaycan Arbitraj İnstitutlarının birgə təşkilatçılığı ilə 24 dekabrda “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda keçirilən  beynəlxalq hüquq konfransı geniş işıqlandırılmışdır.
Həmin informasiyalardan bir neçəsini saytımızda yerləşdiririk.



***

Bakıda “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər”
mövzusunda beynəlxalq hüquq konfransı keçirilib

Bakı. Ramil Məmmədli-APA. Bakıda Rusiya və Azərbaycan Arbitraj İnstitutlarının birgə təşkilatçılığı ilə “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib.
APA-nın məlumatına görə, konfransda hər iki ölkənin arbitraj institutlarının rəhbərlərinin, hüquqşünas və arbitlərin Azərbaycanda, Rusiyada və Avropa ölkələrində kommersiya münasibətlərinin münsif üsulu ilə həlli, arbitraj forumunun, yerinin seçilməsi meyarları, səlahiyyətləri, müasir tendensiyalar, arbit statusunun təkamülü, həmçinin tələblər və məhdudiyyətlər, MDB-də xarici investisiyalı subyektlər arasında mübahisələrin həlli probleminə dair məruzələr dinlənilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal deyib ki, Azərbaycan MDB məkanında beynəlxalq arbitraj haqqında qanun qəbul edən və beynəlxalq konvensiyalara qoşulan ilk ölkələrdən biri olub. Azərbaycanda hüquqi islahatların uğurla aparıldığı qeyd edən V. Mirkamal arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda bu məhkəmənin mühüm rolunu da vurğulayıb. O, qurumun 10-dan çox ölkəni nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığı da söyləyib.
Rusiya Arbitraj və Mediasiya Mərkəzi yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Nina Bilkova təmsil etdiyi ölkənin bu sahə ilə bağlı təcrübəsi haqda məlumat verib. Onun sözlərinə görə, artıq 80 ilə yaxındır ki, Rusiyada arbitraj məhkəməsi fəaliyyət göstərir. N. Bilkova arbitraj məhkəmələrinin dövlət məhkəmə sistemi ilə müqayisəsini aparıb və kommersiya sahəsində çalışan şəxslər üçün arbitraj institutunun üstünlüyünü vurğulayıb.

***

Konfrans müzakirələr ətrafında davam etdirilib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib
Bakı, 24 dekabr (AzərTAc). Dekabrın 24-də Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) və Rusiya Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin birgə təşkilatçılğı ilə “MDB-də kommersiya və investisiya arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilmişdir.
AAMM yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal bildirmişdir ki, tədbirin əsas məqsədi beynəlxalq arbitrajla bağlı digər dövlətlərin qabaqcıl təcrübəsindən faydalanmaq, onu tətbiq etmək və yaymaqdır. Vurğulanmışdır ki, Azərbaycan MDB məkanında beynəlxalq arbitraj haqqında qanunu qəbul edən və beynəlxalq konvensiyalara qoşulan ilk ölkələrdən biridir. Ölkəmizdə hüquqi islahatların uğurla aparıldığı, arbitraj ideyalarının yayılması və təbliğində AAMM–in mühüm rolu qeyd edilmiş, qurumun 10-dan artıq ölkənin nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığı, Bakıda Stokholm və Venesiya arbitrajları ilə birlikdə beynəlxalq tədbirlərin keçirildiyi diqqətə çatdırılmışdır.
Rusiya Ticarət Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin Rəyasət Heyətinin üzvü, tanınmış hüquqşünas Nina Vilkova və digərləri Azərbaycan, Rusiya və Qərbi Avropa ölkələrində kommersiya mübahisələrinin münsiflər vasitəsilə həlli, arbitraj forumunun və arbitrajın yerinin seçilməsi meyarları, arbitraj prosesi və arbitrajın səlahiyyətlərinə dair qanunvericilkdə və təcrübədə müasir tendensiyalar barədə ətraflı məlumat vermişlər.
Konfransda, həmçinin arbitr statusunun təkamülü, arbitrlərə tətbiq olunan tələblər və məhdudiyyətlər, MDB-də xarici investisiyalı subyektlər arasında mübahisələrin həlli problemlərinə dair məruzə və çıxışlar dinlənilmiş, təcrübə mübadiləsi aparılmışdır.
Tədbirdə dövlət və özəl sektor müəssisələrinin hüquqşünasları, menecerlər, vəkillər, ali məktəb müəllimləri iştirak etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

***


Bakıda Rusiya və Azərbaycan Arbitaj İnstitutlarının birgə beynəlxalq hüquq konfransı keçirilib
15:04 / 24.12.2010
Bu gün Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin birgə təşkilatçılığı ilə “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib. SİA-nın xəbərinə görə, hər iki ölkə Arbitraj institutlarının rəhbərlərinin, tanınmış hüquqşünas və arbitrlərin Azərbaycanda, Rusiyada və Qərbi Avropa ölkələrində kommersiya mübahisələrinin münsif üsulu ilə həlli, arbitraj forumunun və arbitrajın yerinin seçilməsi meyarları, arbitraj prosesi və arbitrajın səlahiyyətlərinə dair qanunvericilikdə və təcrübədə müasir tendensiyalar, arbitr statusunun təkamülü, həmçinin, arbitrlərə tətbiq olunan tələblər və məhdudiyyətlər, MDB-də xarici investisiyalı subyektlər arasında mübahisələrin həlli problemlərinə dair məruzə və çıxışları dinlənilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Çıxışlarda respublikamızın MDB məkanında beynəlxalq arbitraj haqqında qanunu qəbul edən və beynəlxakj konvensiyalara qoşulan üç ölkələrdən biri olduğu, Azərbaycanda hüquqi islahatların uğurla aparıldığı qeyd edilib, arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda AAMM-ın mühüm rolu vurğulanıb, qurumun 10-dan ölkənin nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığı, bundan əvvəl də Bakıda Stokholm və Venesiya Arbitrajı ilə birlikdə belə beynəlxalq tədbirlər keçirdiyi diqqətə çatdırılıb.
Azərbaycan və Rusiyanın Beynəlxalq Kommersiya Arbitraj Məhkəmələri arasında əməkdaşlıq planına uyğun olaraq keçirilən tədbirdə dövlət və özəl sektor müəssisələrinin hüquqşünasları, menecerlər, vəkillər, praktiki hüquqşünaslar, ali məktəb müəllimləri iştirak edib. Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

***

Bakıda “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar
və perspektivlər” mövzusunda beynəlxalq konfras keçirilir


Günel Əbilova/AZADİNFORM. Bu gün Bakıda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Beynəlxalq kommersiya Arbitraj Məhkəməsinin birgə təşkilatıçılığı ilə Rusiya və Azərbaycan Arbitraj İnstitututlarının birgə konfransı keçirilir. AZADİNFORM xəbər verir ki, konfransın mövzusu “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər”dir.
Konfransda Rusiya Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin üzvi Nina Vilkova və Savranskiy Mixail, Beynəlxalq kommersiya Arbitraj Məhkəməsinin AAMM-dakı nümayəndəsi Vidadi Mirkamal, dövlət və özəl müəssisələrin hüquqşunasları, menecerlər, vəkillər, praktik hüquqşunaslar, ali məktəb müəllimləri iştirak edir.
Konfransda çıxış edən Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin AAMM-dakı nümayəndəsi Vidadi Mirkamal bildirib ki, Azərbaycanda Arbitraj İnstitu 1992-ci ildən inkişaf etməyə başlayıb, O qeyd edib ki, bu məsələdə Azərbaycan əsasən başqa dövlətlərin təcrübəsindən yararlanır.
Tədbirdə çıxış edən rusiyalı qonaqlar ölkəmizin MDB məkanında beynəlxalq arbitraj haqqında qanunu qəbul edən və beynəlxalq konvensiyalara qoşulan ilk ölkələrdən biri olduğunu, Azərbaycanda hüquqi islahatların uğurla aparıldığını qeyd ediblər. Arbitraj ideyalarının yayılması,təbliği və institusional quruculuğunda AAMM-ın mühüm rolu vurğulanıb.
Sonda konfrans iştirakçılarına sertifakatlar təqdim olunub.

***


Bakıda “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar
\və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib


Bakı. Ramil Məmmədli-APA. Bakıda Rusiya və Azərbaycan Arbitraj İnstitutlarının birgə təşkilatçılığı ilə “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib.
APA-nın məlumatına görə, konfransda hər iki ölkənin arbitraj institutlarının rəhbərlərinin, hüquqşünas və arbitlərin Azərbaycanda, Rusiyada və Avropa ölkələrində kommersiya münasibətlərinin münsif üsulu ilə həlli, arbitraj forumunun, yerinin seçilməsi meyarları, səlahiyyətləri, müasir tendensiyalar, arbit statusunun təkamülü, həmçinin tələblər və məhdudiyyətlər, MDB-də xarici investisiyalı subyektlər arasında mübahisələrin həlli probleminə dair məruzələr dinlənilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal deyib ki, Azərbaycan MDB məkanında beynəlxalq arbitraj haqqında qanun qəbul edən və beynəlxalq konvensiyalara qoşulan ilk ölkələrdən biri olub. Azərbaycanda hüquqi islahatların uğurla aparıldığı qeyd edən V. Mirkamal arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda bu məhkəmənin mühüm rolunu da vurğulayıb. O, qurumun 10-dan çox ölkəni nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığı da söyləyib.
Rusiya Arbitraj və Mediasiya Mərkəzi yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Nina Bilkova təmsil etdiyi ölkənin bu sahə ilə bağlı təcrübəsi haqda məlumat verib. Onun sözlərinə görə, artıq 80 ilə yaxındır ki, Rusiyada arbitraj məhkəməsi fəaliyyət göstərir. N. Bilkova arbitraj məhkəmələrinin dövlət məhkəmə sistemi ilə müqayisəsini aparıb və kommersiya sahəsində çalışan şəxslər üçün arbitraj institutunun üstünlüyünü vurğulayıb.
Konfrans müzakirələr ətrafında davam etdirilib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

***

Bakıda Rusiya və Azərbaycan arbitraj institutlarının
birgə beynəlxalq hüquq konfransı keçirilib


qhtxeber.az// Bu gün Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin təsisçiliyi ilə yaradılmış Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin birgə təşkilatçılığı ilə «MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib. Qhtxeber.az saytının məlumatına əsasən, hər iki ölkə Arbitraj institutlarının rəhbərlərinin, tanınmış hüquqşünas və arbitrlərin Azərbaycanda, Rusiyada və Qərbi Avropa ölkələrində kommersiya mübahisələrinin münsif üsulu ilə həlli, arbitraj forumunun və arbitrajın yerinin seçilməsi meyarları, arbitraj prosesi və arbitrajın səlahiyyətlərinə dair qanunvericilikdə və təcrübədə müasir tendensiyalar, arbitr statusunun təkamülü, həmçinin, arbitrlərə tətbiq olunan tələblər və məhdudiyyətlər, MDB-də xarici investisiyalı subyektlər arasında mübahisələrin həlli problemlərinə dair məruzə və çıxışları dinlənilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Çıxışlarda respublikamızın beynəlxalq arbitraj haqqında qanun təsdiq edən və bu konvensiyalara qoşulan ilk ölkələrdən biri olduğu, Azərbaycanda hüquqi islahatların uğurla aparıldığı qeyd edilib, arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda AAMM-ın mühüm rolu vurğulanıb, qurumun 10-dan ölkənin nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığı, bundan əvvəl də Bakıda Stokholm və Venetsiya Arbitrajları ilə birlikdə belə beynəlxalq tədbirlər keçirdiyi diqqətə çatdırılıb. Azərbaycan və Rusiyanın Beynəlxalq Kommersiaya Arbitraj Məhkəmələri arasında əməkdaşlıq planına uyğun olaraq keçirilən tədbirdə dövlət və özəl sektor müəssisələrinin hüquqşünasları, menecerlər, vəkillər, praktiki hüquqşünaslar, ali məktəb müəllimləri iştirak edib.
Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU