Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: PRESS-RELİZ: BAKIDA RUSİYA VƏ AZƏRBAYCAN ARBİTRAJ İNSTİTUTLARININ BİRGƏ BEYNƏLXALQ HÜQUQ KONFRANSI KEÇİRİLİB
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

PRESS-RELİZ: BAKIDA RUSİYA VƏ AZƏRBAYCAN ARBİTRAJ İNSTİTUTLARININ BİRGƏ BEYNƏLXALQ HÜQUQ KONFRANSI KEÇİRİLİB
24 dekabrda Park İnn Otelində Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin birgə təşkilatçılığı ilə «MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib.
Hər iki ölkə Arbitraj institutlarının rəhbərlərinin, tanınmış hüquqşünas və arbitrlərin Azərbaycanda, Rusiyada və Qərbi Avropa ölkələrində kommersiya mübahisələrinin münsif üsulu ilə həlli, arbitraj forumunun və arbitrajın yerinin seçilməsi meyarları, arbitraj prosesi və arbitrajın səlahiyyətlərinə dair qanunvericilikdə və təcrübədə müasir tendensiyalar, arbitr statusunun təkamülü, həmçinin, arbitrlərə tətbiq olunan tələblər və məhdudiyyətlər, MDB-də xarici investisiyalı subyektlər arasında mübahisələrin həlli problemlərinə dair məruzə və çıxışları dinlənilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Çıxışlarda respublikamızın beynəlxalq arbitraj haqqında qanun təsdiq edən və  bu konvensiyalara qoşulan ilk ölkələrdən biri olduğu, Azərbaycanda hüquqi islahatların uğurla aparıldığı qeyd edilib, arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda AAMM-ın mühüm rolu vurğulanıb, qurumun 10-dan ölkənin nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığı, bundan əvvəl də  Bakıda  Stokholm və Venetsiya Arbitrajları ilə birlikdə belə beynəlxalq tədbirlər keçirdiyi diqqətə çatdırılıb.
Azərbaycan və Rusiyanın Beynəlxalq Kommersiaya Arbitraj Məhkəmələri  arasında əməkdaşlıq planına uyğun olaraq keçirilən  tədbirdə dövlət və özəl sektor müəssisələrinin hüquqşünasları, menecerlər, vəkillər, praktiki hüquqşünaslar, ali məktəb müəllimləri iştirak edib.
Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Rusiyalı qonaqlar paytaxtımızın tarixi görməli yerlərini də gəzib, Bakıda aparılan geniş quruculuq-abadlıq işlərinin vüsətindən məmnun qaldıqlarını bildiriblər.

Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi


AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU